ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

“Legiya” Mahiri qəhrəman adlandırdı


“Legiya” Mahiri qəhrəman adlandırdı

“Legiya”nın heyətində dubl edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli komandası tərəfindən qəhrəman kimi təqdim edilib.

Polşa komandasının rəsmi sosial şəbəkə hesabında Mahirin fotosu paylaşılaraq qəhrəman (Hero) şərhi yazılıb.

Həmçinin, M. Emreli dünəndən etibarən sosial şəbəkələrin də gündəmini zəbt edib, paylaşım platformalında ən çox müzakirə olunan şəxs olub.

Qeyd edək ki, həmyerlimiz Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Çexiyanın “Slaviya” klubu ilə keçirilən ev oyununda iki qolla komandasını irəli aparıb.

O, 59 və 70-ci dəqiqələrdə fərqlənib. Mahirin vurduğu qollar Polşa klubunu Avroliqanın qrupuna daşıyıb.

“Legiya” Mahiri qəhrəman adlandırdı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR