ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

"Məhv olduq!" - Məşhurlar Operativ Qəragaha ETİRAZ ETDİ

Baxış Sayı:33

"Məhv olduq!" - Məşhurlar Operativ Qəragaha ETİRAZ ETDİ

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilib və bir sıra yeni qərarlar qəbul edilib. Lakin teatr və kinoteatrların fəaliyyətinin məhdudulaşdıırlması qərarı qüvvədə qalıb. Belə ki, uzun müddətdir səhnədən uzaq düşən sənətçilər Operativ Qərargahın teatr və kinoteatrların yenə də qapalı saxlanması qərarına etirazlarını bildiriblər.

Bir qrup sənət adamı öz etirazını "Facebook" vasitəsilə çatdırıb.

Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Nicat Kazımov öz etirazını belə bildirib:

"Yəni doğrudanmı xəstəliyi yalnız teatrlar yayır? Nə futbol, nə ticarət mərkəzləri, nə metro teatr qədər təhlükəli deyil? Əslində isə brifinq keçirənlərin millət üçün teatrın nə qədər lazımlı olmasından xəbərləri yoxdur. Bəsdir bizi səhnədən məhrum etdiniz! Teatrları açın!"

İllüzionist Çingiz Həziyev teatrların açılmamasını təhlükəli oyun hesab edir. Onun fikrincə, bunun fəsadları çox yaxın vaxtlarda üzə çıxacaq:

"Cəmiyyətdə yalnız manqurtlaşmış kütləni saxlayacaqlar. Düşünən bütün insanlar ölümə məhkum ediləcəklər. Yeni din - COVID-19. Ya səcdə edəcəksən, ya da ölümə məhkumsan deyirlər açıq-aşkar. Və illər sonra gələn nəsillər COVID dövründə yaşayan insanları haqlarının, hüquqlarının ayaqlar altına atılıb, alçaldılmasına susduqlarına görə qınayacaqlar. Və deyəcəklər, “Allah sizə rəhmət eləsin, ölülər!””

Aktyor və ssenarist Azər Aydəmir isə kinoteatrların bağlı qalmasının bu sahənin insanlarına böyük zərbə vurduğunu bildirib. O, ölkənin kinoteatrsız olmasını absurd hesab edir. Onun fikrincə, bu, insanlara böyük zərbədir. Aktyor əlavə edib ki, yeni çəkilən filmlər yığılıb qalıb, heç yerdə göstərilmir. Bu sahə zəncirvari bir-birinə bağlıdır. Filmlər göstərilməlidir ki, qoyulan sərmayə götürülsün, aktyorlar qonorar ala bilsinlər:

"Bu sahənin adamları artıq işlərini dəyişməyə başlayıblar. Çünki dediyim kimi, kinoteatrlar qapalıdır, bu sahə iflic vəziyyətindədir. Sahibkarlar fəal olmalı, haqqını tələb etməlidirlər. Necə olur, toylar və digər sahələrə icazə verilir, amma kinoteatrlar bağlı qalıb? Özəl film sektoru boğulur. Kinoteatrlar həm də insanın rifahını, emosional stabilliyini saxlayan mənəvi alətdir. Ona görə vacibdir!"

Gənc aktyor Elşad Süleymani isə, "Tamaşa bitməmiş, teatr açılmaz", - deyə şərh edib.

Tanınmış aktrisa Lətafət Quluzadə "150 nəfər toya olar, amma teatra olmaz - bu mənəvi yoxluğa gedən yoldur",- deyə etirazlarını bildirib.

Əməkdar artist Naibə Allahverdiyeva isə teatrların yenə də bağlı qalması xəbərinə "Məhv olduq!" başlıqlı şərh bildirib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR