ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda məhkəmə hakimi arvadını ÖLDÜRDÜ


Bakıda məhkəmə hakimi arvadını ÖLDÜRDÜ

Bakıda məhkəmə hakimi arvadını öldürüb.

Insanhuquqlari.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə ötən gecə saat 23:30 radələrində paytaxtın Sabunçu rayonu, Ləhiş bağlarında baş verib.

Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədov evində ov tüfəngindən açılan atəşlə həyat yoldaşının ölümünə səbəb olub. Hadisənin ehtiyatsızlıqdan, yaxud qəsdən törədildiyi məlum deyil.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, cütlüyün 3 övladı var.

Qeyd edək ki, 1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR