ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda tıxac olan küçə və prospektlərin - Siyahısı

Bakıda tıxac olan küçə və prospektlərin - Siyahısı

Hazırda bir sıra küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

BNA-dan verilən məlumata görə, sıxlıq olan küçə və prospektlərdə ekspress və müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var. Hərəkət intervalında gecikmələr müşahidə edilir.

Sıxlıq olan ərazilər:

Ziya Bünyadov prospekti - 20 yanvar dairəsi istiqamətində Bakı Olimpiya Stadionundan başlayaraq Atatürk prospekti ilə kəsişməyədək;

Heydər Əliyev prospekti - Mərkəz istiqamətində əsas və köməkçi yolda sıxlıq;

8 noyabr prospekti - Mərkəz istiqamətində Ramiz Quliyev küçəsi ilə kəsişmədən Süleyman Əhmədov küçəsi ilə kəsişməyədək sıxlıq;

A.Salamzadə küçəsi - Z.Bünyadov prospekti istiqamətində Tbilisi prospekti ilə kəsişmədən körpünün üzərindən başlayaraq tunelədək sıxlıq;

Yusif Səfərov küçəsi - Xocalı prospekti ilə kəsişmədən başlayaraq Heydər Əliyev prospekti istiqamətində sıxlıq;

Aeroport şossesi - Mərkəz istiqamətində Ramana körpüsündən başlayaraq Sabunçu körpüsünədək sıxlıq;

Rəşid Behbudov küçəsi - Zərifə Əliyeva küçəsi ilə kəsişmədən Mərkəzi bankın qarşısınadək sıxlıq;

Moskva prospekti - 20 yanvar dairəsi istiqamətindən Avtovağzalın qarşısınadək sıxlıq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR