ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

İstifadə etdiyimiz ətə qırmızı boya qatılır? - VİDEO

Baxış Sayı:18

İstifadə etdiyimiz ətə qırmızı boya qatılır? - VİDEO

Ötən gün sosial şəbəkədə həkim Sevinc Hüseynovanın paylaşdığı foto hər kəsin marağına səbəb olub. Belə ki, həmin fotoda marketdən alınan ətin bir müddət sonra qaba çıxan suyunun əsil qan olmadığı və tavada bənövşəyi rəngin qaldığı görünür.

Fotoları paylaşan həkimlə Baku TV əlaqə saxlayıb:

“Marketdən ət aldım, əti kənarda gözlədəndə çıxan suyun qan olmadığını gördüm. Çünki özüm də həkiməm və hansı rəngin və maddənin qan olub-olmadığını çox aydın başa düşə bilirəm”.

Mütəxəssislər deyir ki, bir çox ölkələrdə ətin təbii görünməsi üçün süni texnologiyalardan istifadə edilir. Lakin bunun ölkəmizdə tətbiq olunması adət-ənənələrimizə ziddir.

İstehlakçıların məhsulların sənədlərini tələb etmək hüququ vətəndaşları arxayınlaşdırmamalıdır. Qidaları orqanizmdə göstərəcəyi təsir və nəticələri də nəzərə alınmaqla daha diqqətli seçməliyik. Çünki alternativlər çoxaldıqca daha sağlam qidanı seçmək ehtimalımız azalır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR