ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Putin daha iki dəfə prezident seçilə bilər - Qanun imzalandı

Putin daha iki dəfə prezident seçilə bilər - Qanun imzalandı



Rusiya Prezidenti Vladimir Putin dövlət başçısına yenidən iki müddətə prezidentliyə namizədliyini irəli sürmək hüququ verən qanunu imzalayıb.

“RİA Novosti” xəbər verir ki, sənəd Rusiyanın rəsmi hüquqi internet portalında dərc olunub. Sözügedən sənəddə seçkilərlə bağlı qanunvericilik Konstitusiyaya edilən düzəlişlərlə uyğunlaşdırılıb.

Təşəbbüsün müəllifləri millət vəkilləri Pavel Kraşennikov və Olqa Savastyanova, senator Andrey Klişas olub.

Qeyd edək ki, Rusiya Konstitusiyasına edilən dəyişikliyə əsasən, hazırkı prezidentin əvvəlki prezidentlik müddətləri nəzərə alınmadan o, yenidən daha 2 müddətə namizədliyini irəli sürə bilər.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR