ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Ruhsar Pekcan: “Qarşılıqlı investisiyaları artırmaq istiqamətində də çalışmalarımız davam edir”

Ruhsar Pekcan: “Qarşılıqlı investisiyaları artırmaq istiqamətində də çalışmalarımız davam edir”
Azərbaycanda səfərdə olan Türkiyənin Ticarət naziri Ruhsar Pekcan Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.

“Anadolu” agentliyi xəbər verir ki, Şəhidlər Xiyabanını və Türk Qəbiristanlığını da ziyarət edən türkiyəli nazir jurnalistlərə açıqlamalar verib.

O, 1 aprel tarixindən etibarən Azərbaycan və Türkiyə arasında tək şəxsiyyət vəsiqəsi ilə səyahət müddətinin başlanmasından məmnun olduğunu bildirib.

Pekcan iki ölkə arasında imzalanmış Sadələşdirilmiş Gömrük Anlaşma Memorandumunun 15 apreldə qüvvəyə minəcəyini qeyd edib:

“Keçid kvotalarının qaldırılmasında, ödəniş haqlarının endirilməsində, Bakı-Tbilisi-Qars xəttinin gücləndirilməsində, Orta Dəhlizin strateji gücləndirilməsində, Azərbaycanın logistika mərkəzinə çevrilməsində, bölgə ölkələri və Türkiyə ilə bərabər iqtisadi inkişafda birgə çalışacağıq”.

O vurğulayıb ki, Azərbaycanın Qarabağla bağlı sahədə və masada qazandığı müvəffəqiyyətlər Türkiyənin də uğurudur:

“İşğaldan azad olan bölgələrin yenidənqurma və bərpasında birlikdə həm dövlət qurumlarımız, həm də özəl sektorumuzla Azərbaycana xidmət etməyə hazır olduğumuzu bildirmişik. Bu mövzuda ortaq səylərimiz davam edir. Qarşılıqlı investisiyaları artırmaq istiqamətində də çalışmalarımız davam edir”.

Pekcan iki ölkə başçılarının 15 milyard dollar həcmində ticarəti hədəflədiklərini də xatırladıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR