ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Qala-Pirallahı avtomobil yolunda yeni körpü inşa edilib - FOTO

Qala-Pirallahı avtomobil yolunda yeni körpü inşa edilib - FOTO

Qala-Pirallahı avtomobil yolunun 3,6-cı kilometrliyində yeni yerüstü piyada keçidi inşa edilib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, körpünün inşası nəqliyyat vasitələrinin intensiv hərəkəti nəzərə alınaraq tədbirlər planına uyğun olaraq həyata keçirilib.

Sözügedən ərazidə, yolun hər iki tərəfində yaşayış massivi və orta məktəb mövcuddur. Bu üzdən keçid yolun sağ və sol tərəflərinə maneəsiz, təhlükəsiz piyada gedişini təmin edəcək.

Müasir görünüşü ilə fərqlənən keçidin uzunluğu 76,7 metr, daxili hündürlüyü 3 metr, keçidaltı qabariti 2,5 metrdir. Piyada keçidi iki giriş-çıxışdan ibarətdir.

Konstruksiyası metal, bəzək materialı alüminium kompozit panel və örtükdən ibarət olan yerüstü piyada keçidində fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün 2 müasir lift quraşdırılıb.

Piyada keçidi təhlükəsiz istismarı, ətraf mühitin qorunması, həmçinin partlayış-yanğın təhlükəsizliyini təmin edən normalara, təlimatlara və Dövlət Standartlarına uyğun olaraq inşa edilib.

Qeyd edək ki, 2020-ci il ərzində respublikamızın ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 9 piyada keçidi tikilərək istifadəyə verilib.
Qala-Pirallahı avtomobil yolunda yeni körpü inşa edilib - FOTO
Qala-Pirallahı avtomobil yolunda yeni körpü inşa edilib - FOTO
Qala-Pirallahı avtomobil yolunda yeni körpü inşa edilib - FOTO
Qala-Pirallahı avtomobil yolunda yeni körpü inşa edilib - FOTO
Qala-Pirallahı avtomobil yolunda yeni körpü inşa edilib - FOTO

Oxşar xəbərlər
SON XƏBƏRLƏR