ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

“Qarabağ” “Qəbələ”ni, “Səbail” “Keşlə”ni qəbul edəcək

“Qarabağ” “Qəbələ”ni, “Səbail” “Keşlə”ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək.

Turun açılış matçında “Səbail” “Keşlə”ni qəbul edəcək. “ASCO Arena”dakı matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Günün digər matçında “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. “Azersun Arena”dakı görüşü Kamal Umudlu baş hakim olacaq.

2 mart (çərşənbə axşamı)

16:00. “Səbail” –“Keşlə”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rəhim Həsənov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“ASCO Arena”

18:15. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“Azersun Arena”.

Qeyd edək ki, turun digər iki matçı martın 3-də olacaq. “Neftçi” “Sabah”ı, “Sumqayıt” isə “Zirə”ni qəbul edəcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR