ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Beyləqanda təhsil ocağı əkinçilik sahəsinə çevrilib - Foto


Beyləqanda təhsil ocağı əkinçilik sahəsinə çevrilib - Foto

Beyləqan rayon Təhsil Şöbə rəhbərliyini vecə almayan Beyləqanın Birinci Şahsevən kəndinin Gəray Əsədov adına 1 nömrəli orta məktəbin direktoru ərazini əkinçilik sahəsi ilə dəyişik salıb. Təhsil ocağında bundan başqa digər qanunsuzluqların cərəyan etməsi ilə bağlı məlumatlarda daxil olmaqdadır. 

"Şəkildə gördüyünüz pambıq sahəsi Beyləqanın Birinci Şahsevən kəndinin Gəray Əsədov adına 1 nömrəli orta məktəbinin həyətindədir”

24saat.org xəbər verir ki, bunu ADR Hərəkatının sədri Qubad İbadoğlu paylaşıb. 

"Məktəbin direktoru ikiqat qazanc yeri tapıb, bir tərəfdən məktəbdən, digər tərəfdən də ucuz işçi qüvvəsinin cəlbi yolu ilə pambıqçılıqdan qazanır. Şagirdlərin də gələcəkləri göz qabağındadır, uzağa getmək lazım deyil, hər gün dərsə gedəndə də, dərsdən gələndə də pambıq sahəsini görür, hətta onun zəhərli havası ilə nəfəs də alırlar” 
– deyə Qubad İbadoğlu bildirib.

Beyləqanda təhsil ocağı əkinçilik sahəsinə çevrilib - Foto

Oxşar xəbərlər
SON XƏBƏRLƏR