ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Meksikada tanınmış jurnalist qətlə yetirildi

Meksikada tanınmış jurnalist qətlə yetirildi

Meksikanın cənubunda tanınmış jurnalist naməlum şəxs tərəfindən qətlə yetirilib.

“insahuquqlari.az” “Heraldo de Chiapas” nəşrinə istinadən xəbər verir ki, insident oktyabrın 28-i axşam saatlarında baş verib.

Bildirilir ki, 62 yaşlı Fredi Lopes Arevalo evinə dönərkən avtomobilindən əşyalarını götürdüyü zaman naməlum bir şəxs ona atəş açıb və hadisə yerindən motosikletlə qaçıb.

Qeyd olunur ki, Lopes Arevalo müxtəlif xarici xəbər agentliklərinin müxbiri olub. O, həmçinin “Novedades de México”, “Prensa Libre de Guatemala” və “Notimex” kimi yerli nəşrlərdə redaktor vəzifəsində çalışıb.

Eyni zamanda, Arevalo ispan, ingilis və fransız dillərində xəbərlər dərc edən “Maya Press” agentliyinin təsisçisi idi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR