ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Paşinyan rəqiblərini bir-bir həbs edir: SONU NƏ OLACAQ? - TƏHLİL

Paşinyan rəqiblərini bir-bir həbs edir: SONU NƏ OLACAQ? - TƏHLİL

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbs olunub. Məhkəmə sabiq nazirin iki ay həbsi barədə qərar çıxarıb. Tonoyanın vəkili onun təqsirsiz olduğunu qeyd edib və qərarla bağlı apellyasiya şikayət veriləcəyini bildirib.Məlumata görə, D.Tonoyan və David Qalstyan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən 2011-ci ildə keyfiyyətsiz silah tədarükü ilə bağlı açılan cinayət işi çərçivəsində saxlanılıb.

Ötən güətbuatda Tonoyanın mənzilində axtarış aparıldığı, bundan sonra keçmiş nazirin həbs oluna biləcəyi barədə məlumatlar yayılıb.Paralel olaraq keçmiş aviasiya rəisi Avetik Muradyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın mənzillərində axtarışlar aparılıb.
Xatırladaq ki, Ermənistan prezidenti Armen Sarkisyanın sərəncamı ilə D.Tonoyan 2020-ci ilin noyabr 20-də vəzifəsindən azad edilib.

D.Tonoyanın həbsini “Sherg.az”a şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bunun gözlənilən olduğunu vurğulayıb:

“O, ötən ilin bu vaxtları Azərbaycana hədə-qorxu gəlirdi, yeni ərazilər işğal edəcklərini iddia edirdi. Ümumiyyətlə, Ermənistan siyasi-hərbi rəhbərliyində əksəriyyət vicdansız, cinayətkar insanlardır. Serj Sarkisyana, Robert Köçəryan, Seyran Ohanyana, Yuri Xaçaturova qarşı cinayət işi qaldırılıb. Əlbəttə, bu həbs dalğası davam edəcək. Hazırda Ermənistan bərbad durumdadır. Fransa, Rusiya və Amerikanın əlində alətdir. Orada 1999-cu ildə parlament gülləbaran edildi, buna oxşar hadisələr baş verəcək. Nikol Paşinyan guya vəziyyəti düzəltməyə çalışır, amma bu, mümkün deyil. Ermənistanı ağır günlər gözləyir, gərginlik hökm sürəcək. Üstəlik, noyabr ayına qədər üzərinə götürdüyü öhdəliklərlə bağlı sənədlərə imza atmalıdır. Ermənistanın xeyli problemləri var. Fikirləşirəm ki, orada çox maraqlı olaylar yaşanacaq”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR