ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Rusiyada koronavirusun “Delta” növü aşkarlandı

Rusiyada koronavirusun “Delta” növü aşkarlandı

Rusiyada Hindistanda meydana gələn koronavirusun "Delta plyus" ştammına yoluxma faktı qeydə alınıb.

Bu barədə Qrip üzrə Smorodintsev Elmi-Tədqiqat İnstitutu direktorunun araşdırma üzrə müavini Daria Danilenko məlumat verib. Danilenko yeni növə yoluxma faktının hələ ki, ölkədə ilk və tək olduğunu qeyd edib. Mütəxəssisin fikrincə, bu növün təhlükə dərəcəsindən danışmaq üçün hələ ki, tezdir.

Bundan əvvəl, Rospotrebnadzorun "Vektor" Viroloji və Bioteknoloji Tədqiqat Mərkəzinin baş direktoru Rinat Maksyutov Rusiyada 16 mindən çox potensial COVID-19 mutasiyasının aşkarlandığını açıqlamışdı.

Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, “Delta” ştamı artıq 85-dən çox ölkədə qeydə alınıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR