ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Ermənistandan xarici şirkətlər, investorlar qaçır - GƏLİŞMƏ

Ermənistandan xarici şirkətlər, investorlar qaçır - GƏLİŞMƏ

Ermənistanın iqtisadiyyat üzrə eksperti Akop Koçaryan düşmən ölkənin vəziyyətinin olduqca ağır olduğunu etiraf edib. Ekspert bildirib ki, Ermənistanda qeyri-sabit vəziyyət pik nöqtədə qalmaqda davam edir. Hətta dövlətçiliyi itirmək təhlükəsi böyükdür. Onun sözlərinə görə, müharibənin bitməsindən 6 ay keçsə də, ölkədə problemlər və risklər azalmır:

“Ən çox qorxduğumuz şeylər baş verir. Xarici investorlar ölkədəki gərgin vəziyyətə görə Ermənistan iqtisadiyyatına sərmayə yatırmaqdan imtina edirlər. Bu azmış kimi Ermənistandan investorlar qaçır”. Koçaryan əlavə edib ki, Ermənistan tənəzzülün bir addımlığındadır:

“Rəsmi məlumata görə, cari ilin üç ayı ərzində xarici rezidentlər Ermənistanın bank sistemindən 125,5 mlrd. dram çıxarıblar. Söhbət 241 milyon dollardan gedir”.

Düşmən ölkədəki gərgin vəziyyəti “Şərq”ə dəyərləndirən siyasi şərhçi Anar İmanov bildirib ki, müharibədə darmadağın edilmiş, onsuz da zəif olan iqtisadiyyatı tamamilə çökmüş Ermənistan tənəzzül dövrünü yaşamaqdadır. Analitikin sözlərinə görə, vəziyyət olduqca kritikdir və hər an sosial partlayış mümkündür:

“Çox sayda erməni normal gələcək görmür və sərhədlər açılan kimi ölkəni birdəfəlik tərk etməyi düşünür. Bu acı reallığı iqtidar da, müxalifət də çox yaxşı görür, dərk edir, amma vəziyyətin düzəlməsi üçün heç bir addım atılmır.

Hələlik ölkədə hakimiyyət uğrunda savaş gedir. Paşinyan və Koçaryan cəbhəsi bir-birini qırır, pisləyir, söyür, alçaldırlar.

Müharibədəki məğlubiyyəti bir tərəf digərinə yükləməyə çalışır. Halbuki, Ermənistanda iqtidar da, müxalifət də əsl günahkardır. Ermənilərin indiki vəziyyətə düşməsində 30 ilə yaxın müddətdə onlara dəstək verən, işğala haqq qazandıran havadarları da suçludur”.

A.İmanov bildirib ki, əgər Ermənistan normal dövlət olsaydı, mina xəritələrini Azərbaycana qeyd-şərtsiz təhvil verər və sülh münasibətləri qurmaqda maraqlı olduğunu göstərərdi: “Ermənistana bu şans verilmişdi.

Amma biz əksini gördük. Erməni tərəfi xəritələri verməməklə qalmadı, hələ üstəlik Azərbaycan ərazilərinə qanunsuz hərbi birləşmələr, terrorçular göndərdi. İndiyə qədər də sərhədlərin müəyyən olunmasında min cür problem yaradırlar.

Belə gedişlə Ermənistan hökumətinin absurd və əsassız iddialarından vaz keçməsi gözlənilmir.

Erməni hökuməti anlamır ki, mənasız israr çox təhlükəlidir və sonu fəlakətdir. Ölkənin gələcəyini görməyən, məhvə doğru iri addımlarla addımlayan hakimiyyət əhalinin qarşısında yalnız bir seçim qoyur – qaçmaq, ölkəni tərk etmək”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR