ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Magistraturaya sənəd qəbulunun vaxtı açıqlandı

Baxış Sayı:15

Magistraturaya sənəd qəbulunun vaxtı açıqlandı

"Növbəti il üçün buraxılış və qəbul imtahanlarının tarixlərini özündə ehtiva edən cədvəl artıq hazırdır".

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, cədvəl Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edildikdən sonra ictimaiyyətə təqdim olunacaq.

M.Abbaszadə qeyd edib ki, gələn il üçün magistratura səviyyəsinə sənəd qəbuluna yanvar ayından başlanılması nəzərdə tutulur: "Lakin cədvəl təsdiqlənmədiyindən hələlik dəqiq tarix deyə bilmirəm. Qaydalara əsasən, magistraturaya qəbul adətən bir mərhələdə həyata keçirilir. Ötən il isə namizədlərə iki cəhd imkanı verdik. Əgər sərt karantin tədbirləri olmasa, çalışacağıq ki, bu il də belə bir imkan yaradaq".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR