ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Üç ildir axtarışda olan şəxs tutularaq istintaqa cəlb edilib

Üç ildir axtarışda olan şəxs tutularaq istintaqa cəlb edilib
Paytaxtın bir neçə rayonu ərazisində işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən və üç ildir axtarışda olan şəxs Səbail rayon 9-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şəki şəhər sakini, 2016-cı ildən Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə axtarışda olan 56 yaşlı Azər Zəkərəliyev 9-cu polis bölməsinin və Baş İnformasiya Kommunikasiya İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonu ərazisində yaxalanıb.

A.Zəkərəliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə müraciət edə bilərlər.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR