Bölgə - İnsanhuquqlari.az https://insanhuquqlari.az/ tr Bölgə - İnsanhuquqlari.az DataLife Engine İcra başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdirdi - FOTO https://insanhuquqlari.az/gundem/35407-cra-bas-tibb-iilrin-kdki-tullantlar-tmizltdirdi-foto.html https://insanhuquqlari.az/gundem/35407-cra-bas-tibb-iilrin-kdki-tullantlar-tmizltdirdi-foto.html İcra başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdirdi - FOTO

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov rayondan olan xanımları “iməcilik” adı altına məcburi əməyə cəlb edib.

Bununla bağlı bir qrup şəhər sakini Demokrat.az-a şikayət göndərib.

Şikayətçilər iddia edirlər ki, martın 11-də İcra Hakimiyyəti rəhbərliyinin tapşırığı ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının tibbi heyəti də daxil olmaqla, rayonda çalışan qadınlara “ümumşəhər iməciliyinin keçirilməsi” adı altında məcburi şəkildə küçələr təmizlətdirilib.

Məlumata görə, iməciliyə çıxan qadınlara Şirvan şəhər İcra Hakimiyyəti rəsmilərinin müşayiəti ilə yol kənarlarındakı tullantılar və səkilər təmizlətdirilib, digər abadlıq işləri gördürülüb.

Sakinlərin sözlərinə görə, Şirvan şəhər İcra Hakimiyyəti rəhbərliyi texnika ilə görülməsi nəzərdə tutulan işləri qanunsuz şəkildə şəhərdə çalışan xanımlara gördürür.

Məsələ ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətindən telefon zənglərinə cavab verilməyib.
İcra başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdirdi - FOTO
İcra başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdirdi - FOTO
İcra başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdirdi - FOTO

Xebertime.info
]]>
azad Mon, 13 Mar 2023 07:54:34 +0400
Xankəndi-Laçın yolunda aksiya 36 gündür davam edir https://insanhuquqlari.az/bolge/34552-xankndi-lan-yolunda-aksiya-36-gndr-davam-edir.html https://insanhuquqlari.az/bolge/34552-xankndi-lan-yolunda-aksiya-36-gndr-davam-edir.html Xankəndi-Laçın yolunda aksiya 36 gündür davam edir

Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası otuz altı gündür davam edir.

2022-ci il dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Gənc aktivistlər gün ərzində olduğu kimi, yüksək fəallıq göstərirlər. Onlar gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Belə ki, ekofəallar və gənc könüllülər "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Xatırladaq ki, ötən gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus ümumilikdə 33 avtomobil maneəsiz hərəkət edib.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

"Report"
]]>
azad Mon, 16 Jan 2023 08:51:07 +0400
2023-cü ilin ilk gününün qəzaları https://insanhuquqlari.az/gundem/34300-2023-c-ilin-ilk-gnnn-qzalar.html https://insanhuquqlari.az/gundem/34300-2023-c-ilin-ilk-gnnn-qzalar.html 2023-cü ilin ilk gününün qəzaları

Ötən gün respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb.

Bu barədə DİN-in məlumatında qeyd olunub.

Belə ki, yanvarın 1-də saat 10 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində Çünzəli kənd sakini G.Cəfərov idarə etdiyi “Ford” markalı yük avtomobilini arxaya verərkən yolu keçən Xəlilabad kənd sakini N.Nuriyevanı vurub. Nəticədə piyada xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Həmin gün saat 13 radələrində paytaxtın Nizami rayonu ərazisində, “Şəfa” stadionun yaxınlığında Bakı şəhər sakinləri V.Abdullayevin idarə etdiyi “Mercedes” və P.Əlizadənin idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə V.Abdullayev, sərnişinləri A.Allahyarova və K.Namazova hadisə yerində, P.Əlizadə və sərnişini J.Aslanova xəstəxanada ölüb.

Eyni gündə saat 19 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində Şamaxı rayon sakini R.İsayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini E.Əzizovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qəzaların hər biri ilə bağlı araşdırma aparılır.]]>
azad Mon, 02 Jan 2023 14:28:14 +0400
Xankəndi yolundakı aksiyanın 15-ci günü: Sülhməramlıların maşınları maneəsiz hərəkət etdilər - FOTO https://insanhuquqlari.az/gundem/34183-xankndi-yolundak-aksiyann-15-ci-gn-slhmramllarn-manlar-manesiz-hrkt-etdilr-foto.html https://insanhuquqlari.az/gundem/34183-xankndi-yolundak-aksiyann-15-ci-gn-slhmramllarn-manlar-manesiz-hrkt-etdilr-foto.html Xankəndi yolundakı aksiyanın 15-ci günü: Sülhməramlıların maşınları maneəsiz hərəkət etdilər - FOTO

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on beş gündür davam edir.

Dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiyada gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhər də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.

Onların tələbləri ilk gündən dəyişməz olaraq qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər.
Xankəndi yolundakı aksiyanın 15-ci günü: Sülhməramlıların maşınları maneəsiz hərəkət etdilər - FOTO
Xankəndi yolundakı aksiyanın 15-ci günü: Sülhməramlıların maşınları maneəsiz hərəkət etdilər - FOTO
Xankəndi yolundakı aksiyanın 15-ci günü: Sülhməramlıların maşınları maneəsiz hərəkət etdilər - FOTO

Eyni zamanda, bu gün səhər saatlarında Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 ədəd təminat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Belə ki, Xankəndindən Laçın istiqamətinə Rusiya sülhməramlılarına məxsus hərbi polis maşını və hərbçiləri daşıyan avtomobil keçib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Xankəndi yolundakı aksiyanın 15-ci günü: Sülhməramlıların maşınları maneəsiz hərəkət etdilər - FOTO
Xankəndi yolundakı aksiyanın 15-ci günü: Sülhməramlıların maşınları maneəsiz hərəkət etdilər - FOTO
Xankəndi yolundakı aksiyanın 15-ci günü: Sülhməramlıların maşınları maneəsiz hərəkət etdilər - FOTO
Xankəndi yolundakı aksiyanın 15-ci günü: Sülhməramlıların maşınları maneəsiz hərəkət etdilər - FOTO

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.

“Report”]]>
azad Mon, 26 Dec 2022 09:38:58 +0400
Rusiya sülhməramlılarının hərbçisi “Report”un avtomobilinə avtomat silahla zərər yetirib https://insanhuquqlari.az/gundem/33973-rusiya-slhmramllarnn-hrbisi-reportun-avtomobilin-avtomat-silahla-zrr-yetirib.html https://insanhuquqlari.az/gundem/33973-rusiya-slhmramllarnn-hrbisi-reportun-avtomobilin-avtomat-silahla-zrr-yetirib.html Rusiya sülhməramlılarının hərbçisi “Report”un avtomobilinə avtomat silahla zərər yetirib

Rusiya sülhməramlılarının hərbçisi “Report”un avtomobilinə avtomat silahla zərər yetirib.

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, hadisə Şuşa ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatları (QHT) üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilən etiraz aksiyası zamanı qeydə alınıb.

Aksiyanın işıqlandırılmasında iştirak edən “Report” İnformasiya Agentliyinin (İA) avtomobilinə zərər yetirilib. Belə ki, sülhməramlıların hərbçisi əlindəki avtomat silahın qundağı ilə avtomobili əzib.

Hazırda etiraz aksiyası davam edir.
Rusiya sülhməramlılarının hərbçisi “Report”un avtomobilinə avtomat silahla zərər yetirib
Rusiya sülhməramlılarının hərbçisi “Report”un avtomobilinə avtomat silahla zərər yetirib
]]>
azad Mon, 12 Dec 2022 11:57:59 +0400
Gəncədəki hadisədə ölənlərin sayı artdı https://insanhuquqlari.az/gundem/33968-gncdki-hadisd-lnlrin-say-artd.html https://insanhuquqlari.az/gundem/33968-gncdki-hadisd-lnlrin-say-artd.html Gəncədəki hadisədə ölənlərin sayı artdı

Ötən gecə Gəncə şəhərində qohumlar arasında baş vermiş dava-dalaş zamanı xəsarət alan şəxslərdən biri xəstəxanada vəfat edib.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, baş verən hadisədə bıçaqlanan Niyazi Bayramov da ölüb.

Qeyd edək ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində baş verib.

Borc pul üstündə yaranmış münaqişə zamanı 1980-ci il təvəllüdlü Əli Məmmədov güllələnərək qətlə yetirilib, onun oğlu, 2004-cü il təvəllüdlü Ayxan xəsarət alıb. Həmçinin 1986-cı il təvəllüdlü Kamal Bayramov və 1994-ci il təvəllüdlü Niyazi Bayramov bıçaqlanaraq ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdi.
]]>
azad Mon, 12 Dec 2022 09:46:04 +0400
İranda azərbaycanlı həkim barəsində ölüm hökmü verildi https://insanhuquqlari.az/gundem/33880-randa-azrbaycanl-hkim-barsind-lm-hkm-verildi.html https://insanhuquqlari.az/gundem/33880-randa-azrbaycanl-hkim-barsind-lm-hkm-verildi.html İranda azərbaycanlı həkim barəsində ölüm hökmü verildi

İranın Kərəc şəhərində yaşayan həkim Həmid Qarahəsənli barəsində ölüm hökmü verilib.

“Qafqazinfo” “BBC”yə istinadən xəbər verir ki, 53 yaşlı radioloq Həmid Qarahəsənli İranda keçirilən etiraz aksiyalarında SEPAH-a bağlı olan “Bəsic” qüvvələrinin üzvünün bıçaqlanaraq öldürülməsi işi üzrə ittiham edilərək edam cəzasına məhkum edilib.

H. Qarahəsənlinin həyat yoldaşı, 46 yaşlı Fərzanə Qarahəsənli isə 25 il müddətə azadlıqdan məhrum edilib.

Yerli media sözügedən cütlüyün azərbaycanlı olmasını iddia edir.

Qeyd olunur ki, ailə ölkədəki etirazlar zamanı öldürülən Hədis Nəcəfi adlı qadının 40 mərasiminə qatıldıqdan sonra saxlanılıblar. Daha sonradan cütlüyə qarşı ittihamlar irəli sürülüb.]]>
azad Wed, 07 Dec 2022 13:14:42 +0400
Qusarda yaşayış evində yanğın: Bir nəfər yanaraq öldü https://insanhuquqlari.az/gundem/33846-qusarda-yaay-evind-yann-bir-nfr-yanaraq-ld.html https://insanhuquqlari.az/gundem/33846-qusarda-yaay-evind-yann-bir-nfr-yanaraq-ld.html Qusarda yaşayış evində yanğın: Bir nəfər yanaraq öldü

Qusar şəhərində yaşayış evi yanıb, bir nəfər yanaraq ölüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin aynabəndinin döşəməsi 2 kvadratmetr sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
]]>
azad Mon, 05 Dec 2022 23:22:29 +0400
Laçının işğaldan azad edilməsinin ildönümüdür https://insanhuquqlari.az/gundem/33755-lann-ialdan-azad-edilmsinin-ildnmdr.html https://insanhuquqlari.az/gundem/33755-lann-ialdan-azad-edilmsinin-ildnmdr.html Laçının işğaldan azad edilməsinin ildönümüdür

Laçının işğaldan azad edilməsindən 2 il ötür.

Azərbaycan Ordusu tərəfindən Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə qarşı başlanan əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da böyük Zəfərlə başa çatıb.

Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu qəbul edən Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Sənədin 2-ci bəndinə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu, bəyanatın 6-cı bəndinə əsasən, 25 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonu Azərbaycana qaytarılıb.

Beləliklə, Laçının 28 ilik işğalına 2020-ci il dekabrın 1-də son qoyulub.

Azərbaycan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.

Lakin bəyanatın imzalandığı 10 noyabr 2020-ci ildən 1 dekabr 2020-ci ilə qədər - 20 gün müddətində ermənilər Laçın şəhərində və rayon ərazisində dağıntılar törədib, rayonu tərk edərkən binaları, evləri, tikililəri talan edib, yandırıb, ağacları qırıb, ekoloji terrora əl atıb.

Azərbaycan Prezidenti İlham Əliyev 1 dekabr 2020-ci ildə televiziya ilə müraciətində Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”, - dövlət başçısı bəyan edib.

Laçın rayonunun işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Laçının azad olunmasına görə” medalı təsis olunub.
Prezident İlham Əliyevin Sərəncamı ilə Laçının işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, 26 avqust 2022-ci il tarixində Laçın rayonunun Zabux və Sus kəndləri də nəzarətə götürülüb, Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib.

Xatırladaq ki, Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənistan işğal müddətində Laçın şəhərini və rayonun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib.]]>
azad Thu, 01 Dec 2022 07:25:46 +0400
Xudafərin körpüsünün işğaldan azad edilməsindən 2 il ötür https://insanhuquqlari.az/gundem/32942-xudafrin-krpsnn-ialdan-azad-edilmsindn-2-il-tr.html https://insanhuquqlari.az/gundem/32942-xudafrin-krpsnn-ialdan-azad-edilmsindn-2-il-tr.html Xudafərin körpüsünün işğaldan azad edilməsindən 2 il ötür

Cəbrayıl rayonunun Xudafərin kəndinin erməni işğalından azad edilməsindən 2 il ötür.

Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin 22-ci günündə - 2020-ci il oktyabrın 18-də tarixi Xudafərin körpülərini və Xudafərin kəndini işğaldan azad edib.
Həmin gün Azərbaycan Ordusu Cəbrayıl rayonunun Hacılı və Hacı İsaqlı kəndlərinin də işğalına son qoyub.

Ermənilər 30 ilə yaxın işğal dövründə digər ərazilər kimi Xudafərin kəndini də darmadağın edib, xarabalığa çevirib, evləri, inzibati binaları, bütün tikililəri söküb.

Xudafərin körpülərinin və Xudafərin kəndinin işğaldan azad edilməsi Vətən müharibəsinin əlamətdar hadisələrindən sayılır. Azərbaycan xalqının tarixində və taleyində mühüm rol oynamış Xudafərin körpülərinin işğaldan qurtarılması Azərbaycan Ordusunun Qələbəyə inamını daha da artırıb, düşmənin həm hərbi, həm də psixoloji məğlubiyyətinə yol açan vacib amillərdən olub.
]]>
azad Tue, 18 Oct 2022 08:58:57 +0400