ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Şabranda maşın aşdı: Dörd məktəbli xəsarət aldı

Şabranda maşın aşdı: Dörd məktəbli xəsarət aldıŞabran rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Gəndob kəndi ərazisində qeydə alınıb.

“Fiat” markalı maşının yoldan çıxıb aşması nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlar Şabran rayon sakinləri - 1985-ci il təvəllüdlü Musayev Azər Zahid oğlu, 1986-cı il təvəllüdlü Rəsulov Kamil Arif oğlu, 1986-cı il təvəllüdlü Qasanov Ziya Məzahir oğlu və 1986-cı il təvəllüdlü Mirzəliyev Pərvin Nəsrulla oğludur.

Xəsarət alan şəxslər orta məktəb şagirdləridir və eyni sinifdə oxuyurlar.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR