- Xarakter olaraq necə birisiniz?
- Çox səbrli, ünsiyyətcil, mehriban və gülərüz biriyəm. Eyni zamanda da, sərt və kəskin insanam.
- Oxuculara nə məsləhət görürsünüz?
- Ailə dəyərlərimizə, milli mentalitetimizə önəm verək. İnsanlığımızı, mərhəmət və vicdanımızı unutmayaq.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, mən bəzi dağılan ailələrin yenidən barışmasına, işdən qovulmuş əməkdaşın işə bərpasına vəsilə ola bilərəm. Bu hallar məni çox sevindirir və mənə peşəmi daha da sevdirir.
Əlaqə nömrəsi: (050) 500 96 20
Instagram: mediator_periahmadova