ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Hansı hallarda Məhkəmə şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir:

Hansı hallarda Məhkəmə  şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir:Hansı hallarda Məhkəmə  şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir:


Məhkəmə aşağıdakı şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir:

- Şəxsin psixi pozuntusu ilə əlaqədar özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaratdığı halda psixi pozuntusu olan şəxslərə;

- cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə.

Şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən təyin edilir:

- Cinayət Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə;

- cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə;

- cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə.

Yuxarıda qeyd olunan bənddə nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır.

Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR