KEYFİYYƏTLİ REKLAM XİDMƏTLƏRİ ( Reklamınız 7/24 yayımda olacaq) Bizimlə əlaqə: (012) 511-53-15 , (077) 333 18 33.Ölkəmizdə söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur !!


Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Saakaşvilidən Məmmədovun təyinatına reaksiya
Türkiyə Yaxın Şərqdən qalib çıxdı - Makron
ETSN: Xəzər dənizində dalğanın hündürlüyü 4,8 metrə çatıb - FAKTİKİ HAVA
Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Gəncədə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin M Ə L U M A T I
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin M Ə L U M A T I
Azərbaycan Respublikası sosial, hüquqi, iqtisadi, tibbi və digər vasitələrlə uşaqları istismarın bütün növlərindən və təsirlərdən, o cümlədən fiziki və psixi zorakılıqdan mühafizə edir, məişət zorakılığının, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrinin qarşısının alınması, zərər çəkmiş şəxslərin müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirir. Bu ilin sentyabr ayında Abşeron rayon sakini Qəhrəmanlı Fuad Əli oğlunun yetkinlik yaşına çatmayan qızları Sənay və Selcan Qəhramanlıya, eləcə də arvadı Zümrüd Qəhrəmanlıya qarşı zorakılıq edərək onlara iztirablar verməsi barədə Selcan Qəhrəmanlının sosial şəbəkə hesabında və kütləvi informasiya vasitələrində yayılan məlumatlar geniş ictimai rezonansa səbəb olmuşdur. Məlumatda Fuad Qəhramanlının təxminən 40 dəfə öz ailəsinə qarşı zorakı hərəkətlər etməsi qeyd edilmişdir. Həmçinin, Zümrüd Qəhrəmanlı “YouTube”da yerləşdirilən müsahibəsində əri Fuad Qəhrəmanlının 2010-cu ildə ağır şüşə stəkanla azyaşlı qızı Sənayın dizini sındırdığını, 2013-cü ilin yayında onun barmağını sındırdığını, 2015-ci ilin noyabrında isə ona digər xəsarətlər yetirdiyini, azadlıqda, hətta həbsdə olarkən belə onlara qarşı psixi iztirablar verdiyini bildirmişdir. Z.Qəhrəmanlı qızı Sənayın xəsarətlərini təsdiq edən sənədlərin və fotoşəkillərin olduğunu qeyd etmiş, həmin hadisələrdən Fuad Qəhrəmanlının təmsil olunduğu partiyanın sədri Əli Kərimli və rəhbərliyində təmsil olunan digərlərinin məlumatlı olmasına baxmayaraq onlar tərəfindən bu şiddətin qarşısının alınması üçün heç bir tədbir görülməməsi, yol verilmiş məişət zorakılığının üstünün ört-basdır edilməsinə cəhd göstərilməsi barədə məlumat vermişdir. Bundan başqa “facebook” sosial şəbəkəsində Gülnarə Mehdiyeva adlı jurnalist Zümrüd Qəhrəmanlının bədəni üzərində zorakılığın izlərini göstərən fotoşəkillər paylaşmış və Fuad Qəhrəmalının qızları ilə söhbət zamanı ataları tərəfindən uzun illər ərzində onlara və analarına qarşı olunan zorakılığı etiraf etdiklərinə dair məlumat yaymışdır. Həmin faktla bağlı Respublikada fəaliyyət göstərən bir sıra ailə, qadın və uşaq problemləri üzrə qeyri-hökumət təşkilatlarının sədrləri birgə bəyanat yayaraq, öz ailə üzvlərini fiziki və psixi iztirablara məruz qoymuş, onlara əzab vermiş Fuad Qəhrəmanlı barədə ciddi tədbir görülməsini bildirmişlər. Törədilmiş cinayətin azyaşlı və köməksiz vəziyyətdə olan şəxs barəsində törədilməsi xüsusatı nəzərə alınaraq cinayət prosessual qanunvericiliyinin tələbləri əsas götürülməklə Baş Prokurorluq tərəfindən müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı Bakı şəhəri Kliniki Tibbi Mərkəzin qeydiyyat jurnallarına baxış protokolu, təqdim olunmuş sənədlər, izahatlar və digər sübutlarla müəyyən edilmişdir ki, 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlı 2010-cu ilin yanvarında sağ diz nahiyyəsində travmatik çat (natamam sınıq), travmatik zədə yerində su yığılması və şişkinliklə bağlı müayinə və müalicə olunmuş, ona tibbi yardım göstərilmişdir. Sənay Qəhrəmanlı 26 sentyabr 2018-ci il tarixdə təkrarən sağ diz nahiyyəsində müayinə olunma zərurəti ilə bağlı həmin xəstəxanaya müraciət etmiş və aşağı ətrafların rentgen müayinəsi keçirilmişdir Göstərilən faktların tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 133.2.1 (iki və ya daha çox şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddələri ilə cinayət işi başlanmışdır. Cinayətin xarakteri, işin xüsusiyyətləri və hadisələrin Abşeron rayonunun ərazisində baş verməsi nəzərə alınaraq cinayət işinin istintaqı Abşeron rayon prokurorluğuna həvalə edilmişdir. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti ölkəmizdə səfərdədir
Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti ölkəmizdə səfərdədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Baş Prokurorluq xarici ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları ilə işgüzar əlaqələr və dostluq münasibətlərinin qurulması sahəsində səmərəli fəaliyyətini davam etdirir. Ölkəmizlə dost və qardaş Türkiyə arasında hərtərəfli strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətləri çərçivəsində hüquqi əlaqələr xüsusi yer tutur. Bu sahədə çoxşaxəli əməkdaşlığın növbəti təzahürü olaraq, Türkiyə Respublikası Hakimlər və Prokurorlar Şurasının Birinci Dairə rəhbəri Halil Koçun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Səfərin birinci günü nümayəndə heyəti Fəxri Xiyabana gələrək Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoymuşdur. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülmüşdür. Nümayəndə heyəti Şəhidlər Xiyabanını və Bakıdakı Türk Şəhidliyi abidəsini ziyarət etmişlər. Daha sonra Baş Prokurorluqda görüş keçirilmişdir. Qonaqları səmimi salamlayan Baş prokurorun müavini Namiq Əsgərov tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdiyini bildirərək bu əlaqələrin hər iki qardaş ölkənin dövlət başçıları cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, yürütdükləri uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıqdan qaynaqlandığını xüsusi vurğulamışdır. Xalqımızın taleyüklü problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin 20% ərazisinin erməni işğalı altında olması, 1 milyondan artıq qaçqın və məcburi köçkünlərimizin doğma yurdlarından didərgin düşməsini qeyd edən Baş prokurorun müavini, Türkiyənin daim Azərbaycanın haqlı mövqeyini qətiyyətlə dəstəklədiyini bildirmişdir. Azərbaycanın məhkəmə sistemi, Azərbaycan Prokurorluğunun strukturu və fəaliyyəti, məhkəmələrdə dövlət ittihamının müdafiəsi barədə qonaqlara ətraflı məlumat verilmişdir. Görüşdə həmçinin, ölkəmizdə məhkəmə-hüquq sistemində aparılan genişmiqyaslı islahatlar və yeniliklər, xüsusilə bu sahədə yeni mərhələ olan Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı və “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanı ilə əlaqədar görülmüş işlər barədə məlumat verilmişdir. Səmimi görüşə və ətraflı məlumata görə təşəkkür edən Halil Koç ölkəmizə ilk dəfə səfər etdiyini qeyd edərək, nümayəndə heyətinin üzvlərində Azərbaycan haqqında sürətlə inkişaf edən, dinamik, müasir və təhlükəsiz ölkə imicinin formalaşdığını bildirmişdir. Qonaq qarşılıqlı səfərlərin və mütəmadi təmasların ikitərəfli əlaqələrin inkişafına müsbət təsir edəcəyinə əminliyini ifadə edərək, ölkəmizlə bütün sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verildiyini vurğulamışdır. Halil Koç hər iki ölkənin müvafiq strukturları arasında əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəyini, əməkdaşlığımızın xalqlarımız və ölkələrimizin mənafelərinə xidmət edəcəyini bildirmişdir. Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmışdır.
Hadisə yerindən qaçan sürücü tutulmuşdur
Hadisə yerindən qaçan sürücü tutulmuşdur
Sumqayıt şəhərinin polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilmişdir. Belə ki, oktyabrın 13-də, saat 21 radələrində Sumqayıt şəhəri ərazisində naməlum sürücünün idarə etdiyi avtomobillə yolu keçmək istəyən piyada 1972-ci il təvəllüdlü Hüseynov Kamil Niftalı oğlunu vuraraq sonuncunun ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdır. Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilmişdir. Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin “Mitsubishi Pajero” markalı 90 BS 953 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü - 1982-ci il təvəllüdlü Dadaşov Sahib Nizam oğlu tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən, o, oktyabrın 14-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
“Nar+” ilə 5 hesabı birdən idarə etmək imkanı!
“Nar+” ilə 5 hesabı birdən idarə etmək imkanı!
Müştəriyönümlü strategiyasını uğurla davam etdirən mobil operator “Nar”, rəqəmsal formatda və real rejimdə şəxsi hesablara nəzarət etmək imkanı verən “Nar+” tətbiqini artıq bir aydır ki, abunəçilərinin istifadəsinə verib. Bu qısa müddət ərzində 35.000-dən çox “Nar” abunəçisi tətbiqi yükləyərək qeydiyyatdan keçib. Tətbiqin daha bir unikal xüsusiyyəti eyni anda vahid platforma üzərindən 5- dək hesaba nəzarət etmə imkanı verməsidir. Belə ki, əgər bir neçə şəxsi "Nar" nömrə istifadə edirsinizsə və ya yaxınlarınızın hesabında əməliyyat aparmaq lazımdırsa, tətbiqdən çıxmadan bir kliklə bir hesabdan digərinə keçid edə bilərsiniz. Tətbiq vasitəsilə abunəçilər artıq bir neçə saniyə ərzində tariflər haqqında məlumat əldə edib, özlərinə ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, yeni internet paketi sifariş edə, bonuslarını yoxlaya və yeniləyə bilərlər. Bundan başqa, tətbiq kredit və balans sorğularını icra etməyə, rominq paketləri barədə də məlumat alıb bir kliklə xidməti aktivləşdirməyə imkan verir. Bundan başqa, “Nar+” tətbiqi ümumilikdə lazım olan bütün informasiyanı verməklə, müştəri xidmətlərinə zəng etmək ehtiyacını minimuma endirir və abunəçilərin vaxtına qənaət etmiş olur. Hər hansı bir sual yarandığı təqdirdə isə onlayn çat vasitəsilə kömək təqdim olunur. Qeyd edək ki, “Nar+” tətbiqini AppStore və PlayStore-dan yükləyə bilərsiniz. Tətbiq haqqında daha ətraflı məlumatı https://www.nar.az/plus/ səhifəsindən əldə etmək olar. “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,6 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Vasim Məmmədəliyev dəfn edildi - Foto
Vasim Məmmədəliyev dəfn edildi - Foto
Ötən gün axşam saatlarında dünyasını dəyişən akademik Vasim Məmmədəliyevlə Bakı Dövlət Universitetində vida mərasimi keçirilir. Kult.az xəbər verir ki, vida mərasiminə bir çox ictimaiyyət və dövlət xadimləri qatılıb Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndərib. Mərasimdən sonra mərhumun nəşi İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq. *** Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev akademik haqqında fikirlərini bölüşüb: “Vasim Məmmədəliyevin həyatının böyük hissəsi BDU ilə bağlı olub. O, burada müxtəlif vəzifələrdə çalışıb. Mən onun həyatı və fəaliyyəti barədə çox danışa bilərəm. Lakin çıxışımı protokoldan uzaq tutaraq, ürək sözlərimizi demək istəyirəm. O özü ilə əvəzolunmaz, şux aurasını apardı. Vasim Məmmədəliyev heç vaxt özünü düşünməyib. Elmə, insanlara xidmət edib, heç kimin haqqını tapdalamayıb. O, yaşından asılı olmayaraq, hər kəslə öz dilində, məntiqlə əsaslandırılmış şəkildə danışırdı. Ən maraqlısı odur ki, onunla danışmaq ona qulaq asmaq qədər maraqlı idi. Bu, hər kəsə nəsib olmurdu. Öz ixtisasını dərindən mənimsəyib və yeniliklər tətbiq edirdi. O sahədə problemləri bilir və həmkərlarına məlumat verirdi. O, elə bir nadir insanlardan idi ki, paxıllıq nə olduğunu bilmirdi. Hamının rəğbətini çoxdan qazanmışdı. Son günlər isə gözümüzü yolda qoymuşdu. Biz müəllimimiz üçün çox darıxacağıq”. Daha sonra çıxış edən Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov akademik şərqsünaslıq elminə gətirdiyi yeniliklərdən bəhs edib. *** Vida mərasiminə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Vergilər naziri Mikayıl Cabbarov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Təhsil naziri Ceyhun Bayramov, Bakı meri Eldar Əzizov və digər dövlət rəsmiləri qatılıb. *** Tədbirin sonunda akademikin qardaşı Vamiq Məmmədəliyev vida mərasimində iştirak edənlərə təşəkkür edərək, onun ölüm anından danışıb: "Vasim müəllim hər şeyə layiqli insandır. Onu hamı - bütün Azərbaycan, İran sevirdi. Bu gün onu yola salırıq. Bu gün vida mərasimində çıxış edənlərə təşəkkür edirəm. Vasim müəllim ədəbiyyatı, muğamı gözəl bilirdi. Hər adamla öz dilində danışardı. Vasim müəllim sağdı və çıxışlardan hiss elədik ki, ona necə hörmət var. O ziyalı idi”. *** Akademik Vasim Məmmədəliyevlə vida mərasimi başa çatıb. Mərhumun cənazəsi Bakı Dövlət Universitetindən götürülüb. Akademikin nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılır. *** Akademik Vasim Məmmədəliyev İkinci Fəxri xiyabanda dəfn edillib. Dəfndə ademikin ailə üzvləri, BDU-nun rektoru Elçin Babayev, AYB-nin sədri Anar, millət vəkili Nizami Cəfərov, Xoşbəxt Yusifzadə və digər dövlət xadimləri iştirak edib.
“Nar”ın “Full” paketləri ilə qalıq bonusları növbəti ayda istifadə et!
“Nar”ın “Full” paketləri ilə qalıq bonusları növbəti ayda istifadə et!
Məhsul və xidmətlərini hər zaman müştərilərinin tələblərinə uyğun şəkildə formalaşdıran “Nar”, abunəçilərinə ən sərfəli təkliflərdən olan “Full” paketini təqdim etməkdədir. “Full” paketlərini seçən “Nar” abunəçiləri internet və dəqiqə bonuslarını sərfəli qiymətə əldə etməklə yanaşı, ay ərzində istifadə etmədikləri bonusları növbəti aya keçirə bilirlər. Azərbaycan mobil rabitə bazarında yalnız “Nar” abunəçilərinin yararlana bildiyi “Çevir” xidməti isə “Full” istifadəçilərinə ehtiyaclarına uyğun şəkildə dəqiqələri meqabaytlara və ya əksinə, meqabaytları dəqiqələrə dəyişmək imkanı verir. Özündə bol danışıq, meqabayt və digər bonusları birləşdirən 6 müxtəlif “Full” paketi abunəçilərin də marağına səbəb olub. Belə ki, tarifə qoşulanların sayı son bir ildə iki dəfə artıb. Sərfəli imkanlar təqdim edən “Full” paketlərinə qoşulmaq və daha ətraflı məlumat əldə etmək üçün http://www.nar.az/full səhifəsinə daxil ola bilərsiniz. “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,6%-ni əhatə edir və 8000-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun M Ə L U M A T I
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun M Ə L U M A T I
Həyat yoldaşını öldürməkdə təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilmişdir. Belə ki, oktyabrın 9-da 1965-ci il təvəllüdlü İlham Əkbərovun Şəki Rayon Polis Şöbəsinə yaşadığı Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən mənzilində arvadı 1983-cü il təvəllüdlü Cavahir Əkbərovanı öldürməsi barədə verdiyi məlumat əsasında Nizami rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər aparılmışdır. Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir. Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Əkbərovun qısqanclıq zəminində metaldan olan idman aləti (qantel) ilə yatmış vəziyyətdə olan arvadı C.Əkbərovanın başına vurmaqla qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilmişdir. İ.Əkbərov təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Bu Bölmənin Digər Xəbərləri
YAZARLAR