KEYFİYYƏTLİ REKLAM XİDMƏTLƏRİ ( Reklamınız 7/24 yayımda olacaq) Bizimlə əlaqə: (012) 511-53-15 , (077) 333 18 33.Ölkəmizdə söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur !!
15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibəti ilə təbrik edirik.


Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
ETSN: Xəzər dənizində dalğanın hündürlüyü 4,8 metrə çatıb - FAKTİKİ HAVA
Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Gəncədə vətəndaşları qəbul edəcək
Teymur Rəcəbov Dünya Kubokunun qalibi oldu
Rafael Cəbrayılovu hansı cəza gözləyir? - Hüquqşünas
Cəzaların icrası məcəlləsi
Cəzaların icrası məcəlləsi
AZƏRBAYCAN RESPUBLİKASININ CƏZALARIN İCRASI MƏCƏLLƏSİ[1]     Ümumi hissə   I bölmə   Cəzaların İcrası qanunvericiliyinin əsas müddəaları[2]   I fəsil   Ümumi müddəalar   Maddə 1. Cəzaların icrası qanunvericiliyi   Məhkəmə tərəfindən təyin edilən cəzaların icrası və çəkilməsi qaydalarını və şərtlərini müəyyən edən cəzaların icrası qanunvericiliyi bu Məcəllədən, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.   Maddə 2. Cəzaların İcrası Məcəlləsinin məqsəd və vəzifələri   2.1. Bu Məcəllənin məqsədi məhkumları islah etmək, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaqdır. 2.2. Bu Məcəllənin vəzifəsi cəzaların icrası və çəkilməsi qaydalarını və şərtlərini tənzimləməkdən, məhkumların islah edilmə vasitələrini müəyyən etməkdən, məhkumların hüquq və azadlıqlarını, qanuni mənafelərini qorumaqdan ibarətdir. 2.3. Bu Məcəllə qarşısına qoyulmuş vəzifələrə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzaların icrasının ümumi müddəaları və prinsiplərini, digər cinayət-hüquqi xarakterli tədbirləri, məhkumlara islah edilmə vasitələrinin tətbiqini, cəzaların icrası və çəkilməsi qaydalarını və şərtlərini, məhkumların hüquqi vəziyyətini, cəzanı icra edən müəssisə və orqanların fəaliyyət qaydasını, məhkumların islah edilməsində müvafiq icra hakimiyyəti orqanlarının, digər müəssisə, idarə və ya təşkilatların ictimai birliklərin və vətəndaşların iştirakını, məhkumların cəza çəkməkdən azad edilməsi və cəza çəkməkdən azad edilmiş şəxslərə yardım edilməsi qaydalarını müəyyənləşdirir.   Maddə 3. Cəzaların İcrası Məcəlləsi və beynəlxalq hüquqi aktlar   3.1. Bu Məcəllə cəzaların icrasına və məhkumlarla rəftar qaydalarına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktları nəzərə alır. 3.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Məcəllənin müddəalarından fərqli normalar müəyyən edilərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir. 3.3. Bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, müvafiq qanunlarına və beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq məhkumlarla rəftarda işgəncə və ya digər qəddar, qeyri-insani hərəkətlərə və yaxud ləyaqətin alçaldılmasına yol verilməməsinə əsaslanır. [3]   Maddə 4. Cəzaların icrasına dair normativ hüquqi aktlar   Müvafiq icra hakimiyyəti orqanları cəzaların icrası məsələlərinə dair qanunvericiliyə əsaslanan normativ hüquqi aktlar qəbul edə bilərlər.   Maddə 5. Cəzaların İcrası Məcəlləsinin məkana və zamana görə qüvvəsi   5.1. Bu Məcəllə Azərbaycan Respublikasının bütün ərazisində tətbiq edilir. 5.2. Cəzaların icrası, habelə məhkumlara islah edilmə vasitələrinin tətbiqi və cəza çəkməkdən azad edilmiş şəxslərə yardım edilməsi onların icrası zamanı qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirilir.   Maddə 6. Cəzaların icrasının əsasları   Cəzaların icrasının və məhkumlara cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqinin əsaslarını məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, yaxud məhkəmənin bu hökmü dəyişən qərarları, habelə amnistiya və ya əfvetmə aktları təşkil edir.   Maddə 7. Cəzaların icrası qanunvericiliyinin prinsipləri   Cəzaların icrası qanunvericiliyi qanunçuluq, humanizm, demokratizm, məhkumların qanun qarşısında bərabərliyi, cəzaların icrasının fərdiləşdirilməsi, məcburetmə tədbirlərindən və məhkumların islah edilmə vasitələrindən məqsədəuyğun istifadə edilməsi, onlarda qanuna itaətin həvəsləndirilməsi və cəzanın islahedici təsirinin artırılması prinsiplərinə əsaslanır.   Maddə 8. Məhkumların islah edilməsi və onun əsas vasitələri   8.1. Məhkumların islah edilməsi - onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. 8.2. Məhkumların islah edilməsinin əsas vasitələri aşağıdakılardır: 8.2.1. cəzanın icrasının və çəkilməsinin müəyyən edilmiş qaydası (rejim); 8.2.2. tərbiyə işi; 8.2.3. ictimai faydalı əmək; 8.2.4. ümumi təhsil; 8.2.5. ilk peşə-ixtisas təhsili və peşə hazırlığı; [4] 8.2.6. ictimai təsir. 8.3. Məhkumlara islah edilmə vasitələri cəzanın növü, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilir.   II fəsil   Məhkumların hüquqi vəziyyəti   Maddə 9. Məhkumların hüquqi vəziyyətinin əsasları   9.1. Azərbaycan Respublikası məhkumların hüquq və azadlıqlarına, qanuni mənafelərinə hörmət edir və qoruyur, məhkumların islah edilmə vasitələrinin tətbiq edilməsinin qanuniliyini, cəzaların icrası zamanı onların hüquqi müdafiəsini və şəxsi təhlükəsizliyini təmin edir. 9.2. Cəzaların icrası zamanı məhkumlara dair Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual məcəllələri, bu Məcəllə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş məhdudlaşdırmalar və istisnalarla onların Azərbaycan Respublikası vətəndaşlarına mənsub olan hüquq və azadlıqlarına təminat verilir. Məhkumlar qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, hüquq və azadlıqlardan irəli gələn vəzifələr daşıyırlar. 9.3. Əcnəbi və ya vətəndaşlığı olmayan məhkum şəxslər Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual məcəllələri, bu Məcəllə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş məhdudlaşdırmalar istisna edilməklə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinə dair qanunvericilikdə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilmiş hüquqlardan istifadə edir və vəzifələr daşıyırlar. 9.4. Məhkumların hüquq və vəzifələri, habelə bu hüquq və vəzifələrin məhdudlaşdırılması cəza növünün icrası və çəkilməsi qaydaları və şərtləri nəzərə alınmaqla bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyənləşdirilir.   Maddə 10. Məhkumların əsas hüquqları   10.1. Cəzaların icrası və çəkilməsi zamanı məhkumların qanunvericiliklə nəzərdə tutulmuş hüquq və azadlıqları təmin olunur. Məhkumların hüquq və azadlıqları yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada məhdudlaşdırıla bilər. 10.2. Cəzaların icrası və çəkilməsi zamanı məhkumların aşağıdakı hüquqları vardır: 10.2.1. cəzanı insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə çəkmək; 10.2.2. ictimai faydalı əməklə məşğul olmaq; 10.2.2-1. bədən tərbiyəsi və idmanla məşğul olmaq;[5] 10.2.3. istirahət etmək; 10.2.4. pensiya və ya sosial müavinət almaq; 10.2.5. ilk tibbi yardım daxil olmaqla, tibbi rəydən asılı olaraq ambulator və ya stasionar şəraitdə tibbi yardım almaq; 10.2.6. öz hüquq və vəzifələri barədə, o cümlədən məhkəmə tərəfindən təyin edilmiş cəzanın icrası qaydası və şərtləri barəsində məlumat almaq; 10.2.7. hüquq və azadlıqlarının müdafiəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təklif, ərizə və şikayətlə dövlət dilində və ya başqa dildə müraciət etmək, zəruri hallarda isə bu məqsədlər üçün cəzanı icra edən müəssisə və ya orqan tərəfindən təqdim edilən tərcüməçi xidmətindən istifadə etmək; 10.2.7-1. cəzanın icrası və çəkilməsi ilə əlaqədar barəsində qəbul edilən qərarlara dair öz rəyini bildirmək və ya onlardan şikayət etmək;[6] 10.2.8. dini ayinlərin icra edilməsində iştirak etmək; 10.2.9. hüquqi yardım almaq; 10.2.9-1. psixoloji yardım almaq; [7] 10.2.10. təhsil almaq və peşə hazırlığı keçmək; 10.2.11. əcnəbi, vətəndaşlığı olmayan və ya qaçqın statusuna malik olan məhkumların qısa müddətdə şəxsi məsələlər üzrə öz dövlətlərinin Azərbaycan Respublikasındakı diplomatik və konsulluq nümayəndəlikləri ilə və ya onlara himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlarla əlaqəyə girmək; 10.2.12. cəzanın çəkilməsinin təxirə salınması və ya onun ləğv edilməsi, xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi, ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad edilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi, amnistiyanın tətbiq edilməsi, müalicə müəssisəsində saxlanma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi, məhkumluğun vaxtından əvvəl götürülməsi üçün ərizə ilə məhkəməyə, əfv edilmək üçün isə Azərbaycan Respublikasının Prezidentinə bilavasitə və ya qanuni nümayəndələrinin vasitəsilə, habelə yetkinlik yaşına çatmayan və ya fiziki qüsurlardan, yaxud psixi xəstəlikdən əzab çəkən məhkumlar barəsində isə onların müdafiəçilərinin və qanuni nümayəndələrinin vasitəsilə müraciət etmək. 10.3. Cəzaları icra edən müəssisə və ya orqanın işçi heyəti məhkumlara qarşı münasibətdə nəzakətli olmalıdır. Məhkumlar qəddar və ya insan ləyaqətini alçaldan rəftara məruz qalmamalıdırlar. Məhkumlara məcburetmə tədbirləri yalnız qanuna əsasən tətbiq edilə bilər. 10.4. Məhkumlar onların həyat və sağlamlıqlarını təhlükə altında qoya bilən tibbi və ya başqa təcrübələrə məruz qala bilməzlər. 10.5. Məhkumların hüquqlarının həyata keçirilməsi qaydası bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilir. 10.6. Məhkumların hüquqlarının həyata keçirilməsi zamanı normativ hüquqi aktların, fiziki və hüquqi şəxslərin hüquqlarının pozulmasına yol verilmir.   Maddə 11. Məhkumların əsas vəzifələri   11.1. Məhkumlar Azərbaycan Respublikasının vətəndaşları üçün qanunvericiliklə müəyyən olunmuş vəzifələri yerinə yetirməli və cəmiyyətdə qəbul edilmiş müvafiq davranış normalarına riayət etməlidirlər. 11.2. Məhkumlar bu Məcəllənin, habelə ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinə riayət etməlidirlər. 11.3. Məhkumlar cəzanı icra edən müəssisə və ya orqanın işçi heyətinin qanuni tələblərini yerinə yetirməlidirlər. 11.4. Məhkumlar cəzanı icra edən müəssisənin işçi heyətinə və cəzaçəkmə müəssisəsinə baş çəkən şəxslərə, habelə digər məhkumlara qarşı nəzakətlə davranmalıdırlar. 11.5. Məhkumlar üzərinə düşən vəzifələri, habelə cəzanı icra edən müəssisə və ya orqanın işçi heyətinin qanuni tələblərini yerinə yetirmədikdə, qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.   Maddə 12. Məhkumların şəxsi təhlükəsizlik hüququ   12.1. Məhkumlar şəxsi təhlükəsizlik hüququna malikdirlər. 12.2. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun həyatına, sağlamlığına, yaxud şəxsiyyətinə qarşı digər məhkumlar tərəfindən və ya başqa şəxslər tərəfindən təhlükə yaranarsa, o, cəzaçəkmə müəssisəsinin müdiriyyətinə təhlükəsizliyini təmin etmək üçün ərizə və ya şifahi müraciət etmək hüququna malikdir.[8] 12.3. Cəzanı icra edən cəzaçəkmə müəssisəsinin müdiriyyəti təhlükənin aradan qaldırılması üçün məhkumun təhlükəsiz yerə köçürülməsi və ya başqa tədbirlər görülməsi barədə qərar qəbul edir.[9]   Maddə 13. Məhkumların vicdan və dini etiqad azadlığının təmin edilməsi   13.1. Məhkumların vicdan və dini etiqad azadlığına təminat verilir. Onlar istədikləri dinə etiqad etmək və ya etməmək hüququna malikdirlər. 13.2. Məntəqə tipli cəzaçəkmə müəssisələrində məhkumların xahişi ilə onlara cəzanın icra edildiyi inzibati ərazi vahidi hüdudları daxilində ibadət yerlərinə getməyə icazə verilə bilər.[10] 13.3. Müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış dini birliklərin din xadimləri məhkumların xahişi ilə cəzaçəkmə müəssisələrinə dəvət olunurlar. Məhkumlara cəzaçəkmə müəssisələrində dini ayinləri yerinə yetirməyə, dini ləvazimat və ədəbiyyatdan istifadə etməyə icazə verilir. Bu məqsəd üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti müvafiq yer ayırır. 13.4. Din xadimlərinin şəxsi təhlükəsizliyi təmin olunmaqla, onlar xüsusi rejimli cəzaçəkmə müəssisələrinin birnəfərlik kameralarında, intizam və cərimə təcridxanalarında, kamera tipli otaqlarda saxlanılan məhkumların yanına buraxıla bilərlər. 13.5. Ağır xəstəliyi ilə əlaqədar həyatı üçün təhlükə yaranan məhkumların xahişi ilə din xadimləri zəruri dini ayinləri yerinə yetirmək üçün cəzaçəkmə müəssisələrinə dəvət oluna bilərlər.   Maddə 14. Məhkumların müraciətləri və onlara baxılması qaydaları   14.1. Məhkumların təklif, ərizə və şikayətləri yazılı və şifahi verilə bilər. 14.2. Azadlıqdan məhrum edilmiş şəxslərin bu Məcəllənin 10.2.12-ci maddəsində göstərilən təşkilatlara ünvanlanmış təklif, ərizə və şikayətləri cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən göndərilir. Digər cəza növlərinə məhkum edilmiş şəxslər təklif, ərizə və şikayətlərini sərbəst göndərirlər.[11] 14.3. Məhkumların cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxslərinin qərar və hərəkətlərinə dair təklif, ərizə və şikayətləri həmin qərarların və hərəkətlərin icrasını dayandırmır. 14.4. Məhkumların təklif, ərizə və şikayət göndərdiyi orqan və ya vəzifəli şəxslər onlara qanunvericiliklə müəyyən edilmiş müddətdə baxmalı və nəticəsi barədə məhkuma yazılı məlumat verməlidirlər. 14.5. Cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxsləri məhkumları müəyyən edilmiş və onlara bildirmiş günlərdə və saatlarda qəbul edir.   III fəsil   Cəzanı icra edən müəssisə və orqanlar, onların fəaliyyətinə nəzarət   Maddə 15. Cəzanı icra edən müəssisə və orqanlar   15.1. İctimai işlər növündə cəza məhkumun yaşadığı, cərimə və əmlak müsadirəsi növündə cəzalar isə hökmü çıxaran məhkəmənin, həmçinin məhkumun işlədiyi və ya onun əmlakının olduğu yerin icra məmuru tərəfindən icra edilir. 15.2. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəza əsas cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. 15.3. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza məhkumun yaşayış yeri üzrə icra məmuru və ya cəzaçəkmə müəssisələrinin müdiriyyəti tərəfindən icra edilir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza barəsində hökmün tələbləri məhkumun iş yeri üzrə, həmçinin qanuna uyğun olaraq fəaliyyətin müvafiq növü ilə məşğul olmağa icazəni ləğv etmək səlahiyyəti olan orqanlar həyata keçirir. 15.4. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzanı nəqliyyat vasitəsini idarəetmə hüququnu verən orqan icra edir. 15.5. İslah işləri növündə cəzanı icra məmuru icra edir. 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir.[12] 15.6. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların icrasını müvafiq cəzaçəkmə müəssisələri həyata keçirirlər.[13] 15.7. Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə növündə cəza hökmü çıxaran məhkəmə tərəfindən icra edilir. Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə barəsində hökmün tələbləri həmin rütbəni, fəxri adı və ya dövlət təltifini verən orqan tərəfindən həyata keçirilir. 15.8. Hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza hərbi qulluqçuların xidmət yeri üzrə hərbi hissə komandiri, intizam xarakterli hərbi hissədə saxlama növündə cəza isə bu məqsədlər üçün yaradılmış hərbi hissənin komandiri tərəfindən icra edilir. 15.9. Şərti məhkum edilmiş məhkumlara nəzarəti icra məmurları həyata keçirir. 15.10. İntizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslərin cəzalarının icrası və çəkilməsi qaydalarının həyata keçirilməsi mexanizmi, bu cəza növlərinin xüsusiyyətlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş Daxili İntizam Qaydaları ilə müəyyən edilir.[14] 15.11. Cəzaları icra edən müəssisələr və ya orqanlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılır və ya ləğv edilir.   Maddə 15-1. Probasiya nəzarəti[15]   15-1.1. Probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. 15-1.2. Probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: 15-1.2.1. cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; 15-1.2.2. şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış şəxslər; 15-1.2.3. alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslər. 15-1.3. Probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 15-1.4. Probasiya nəzarətini həyata keçirən icra məmurları bu Məcəllə, “İcra haqqında” və “İcra məmurları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilənlərdən əlavə aşağıdakı vəzifələri yerinə yetirirlər: 15-1.4.1. məhkəmə qərarı əsasında elektron nəzarət vasitələrini məhkumlara tətbiq etmək və məhkum tərəfindən həmin vasitələrdən istifadə qaydalarına riayət edilməsinə nəzarət etmək; 15-1.4.2. məhkumun olduğu yer müəyyən edilmədikdə 10 günədək müddətdə onun axtarılması ilə əlaqədar ilkin tədbirlər həyata keçirmək; 15-1.4.3. məhkumun olduğu yer 10 gündən artıq müddətdə müəyyən edilmədikdə onun barəsində axtarış elan edilməsi haqqında qərar qəbul etmək, qərarın surətini müvafiq icra hakimiyyəti orqanına göndərmək, həmçinin məhkumun tutulması barədə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada vəsatət vermək; 15-1.4.4. probasiya nəzarəti tətbiq edilən məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş tədbirləri həyata keçirmək.   Maddə 15-2. Elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri   15-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. 15-2.2. Elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 15-2.3. Elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. 15-2.4. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. 15-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur.   Maddə 16. Cəzanın icra edildiyi yer barədə məlumat verilməsi   16.1. Cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxsləri məhkumun razılığı ilə onun ailəsinə və ya yaxın qohumlarından birinə, yaxud məhkumun göstərdiyi şəxsə ona təyin olunmuş cəzanın icrası, cəzanın çəkilmə yeri, məhkumun yerdəyişmələri və azad edilməsi barədə məlumat verməlidirlər.[16] 16.2. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin razılığı ilə onlar barəsində cəzanı icra edən müəssisə və ya orqan onların dövlətlərinin Azərbaycan Respublikasındakı diplomatik və ya konsulluq nümayəndəliklərinə, habelə onlara himayədarlığı öz üzərinə götürmüş beynəlxalq təşkilatlara dərhal məlumat verir.[17]   Maddə 17. Məhkumlara tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi   17.1. Məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. 17.2. Məhkumun cəza müddəti ərzində alkoqolizmə və ya narkomaniyaya düçar olması və ya anlaqlılığı istisna etməyən psixi pozuntusunun olması müəyyən edildikdə, cəzanı icra edən müəssisə və ya orqan həmin şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə məhkəməyə təqdimat verir. 17.3. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslərə tibbi xarakterli məcburi tədbirlər müvafiq qanunvericiliyin və bu Məcəllənin tələbləri nəzərə alınmaqla tətbiq edilir.   Maddə 17-1. Alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin xüsusiyyətləri[18]   17-1.1. Azadlıqdan məhrum etmə ilə əlaqədar cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin müalicəsi cəza çəkdiyi müddətdə cəzaçəkmə müəssisələri tərəfindən həyata keçirilir. 17-1.2. Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 17-1.3. Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumlara təyin edilmiş məcburi müalicə kursu başa çatdıqda, müvafiq icra hakimiyyəti orqanının həkim-məsləhət komissiyası (bundan sonra - həkim-məsləhət komissiyası) aparılmış tibbi xarakterli məcburi tədbirlərin qiymətləndirilməsini həyata keçirir. Aparılmış tibbi xarakterli məcburi tədbirlərin həkim-məsləhət komissiyası tərəfindən qiymətləndirilməsi qaydası bu Məcəllənin 17-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydalarla müəyyən edilir. 17-1.4. Cəzaçəkmə müəssisəsində cəza çəkən narkoloji xəstə məhkumların səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşması səbəbindən barəsində təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda, tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi məsələsi həkim-məsləhət komissiyasının tibbi rəyi əsasında məcburi müalicəni həyata keçirən cəzaçəkmə müəssisəsinin müdiriyyətinin təqdimatı ilə cəzanın çəkildiyi yer üzrə məhkəmə tərəfindən həll edilir. 17-1.5. Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin müalicəsi müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən həyata keçirilir. 17-1.6. Şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 17-1.7. İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi şərtlərə və qaydalara uyğun aparılır. 17-1.8. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. 17-1.9. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicədə olan şəxsin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və ya məcburi müalicə müddətinin uzadılması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda məhkəmənin qərarı əsasında həyata keçirilir.   Maddə 18. Cəzaların icrasına müvafiq icra hakimiyyəti orqanlarının nəzarəti   Cəzaları icra edən müəssisə və orqanın fəaliyyətinə nəzarəti müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Bu nəzarətin həyata keçirilməsi qaydaları normativ hüquqi aktlarla müəyyənləşdirilir.   Maddə 19. Məhkəmə nəzarəti   19.1. Cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxsləri məhkuma təyin olunmuş cəzanın icrası, cəzanın çəkilmə yeri, məhkumun yerdəyişmələri və azad edilməsi barədə hökm çıxarmış və hökmün icrası barədə göstəriş vermiş hakimə dərhal məlumat verməlidirlər. 19.2 Məhkəmə cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cəzanın çəkilməsinin təxirə salınması və ya onun ləğv edilməsi, xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi, ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsində saxlanılma şəraitinin dəyişdirilməsi, amnistiyanın tətbiq edilməsi, müalicə müəssisəsində saxlanma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi, məhkumluğun vaxtından əvvəl götürülməsi məsələlərinin həlli zamanı cəzanın icrasına nəzarət edir. 19.3. Məhkəmə cəzanı icra edən müəssisə və ya orqanın fəaliyyəti ilə əlaqədar daxil olmuş şikayətlərə baxaraq müvafiq qərar qəbul edir.   Maddə 20. Məhkumların islah edilməsində ictimai təşkilatların iştirakı   20.1. İctimai təşkilatlar məhkumların islah edilməsində iştirak edir və cəzanı icra edən müəssisə və ya orqanların fəaliyyətinə ictimai nəzarəti həyata keçirirlər. 20.2. İctimai təşkilatların məhkumların islah edilməsində iştirakı və cəzanı icra edən müəssisə və ya orqanların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydaları normativ hüquqi aktlarla müəyyənləşdirilir.   Maddə 21. Prokurorluğun cəzaların məqsədinə nail olunmasında iştirakı   Prokurorluğun məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirakı hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair müraciətlərə məhkəmə iclasında baxılarkən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.   Maddə 22. Cəzaçəkmə müəssisələrinə baş çəkilməsi   22.1. Qanunvericilik hakimiyyəti orqanı tərəfindən müvəkkil edilmiş Azərbaycan Respublikası Milli Məclisinin deputatları, müvafiq icra hakimiyyəti orqanlarının icraatında olan cinayət işləri üzrə istintaq və digər prosessual hərəkətləri aparan təhqiqatçılar və ya müstəntiqlər, təhqiqata və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorlar, habelə məhkəmə nəzarəti funksiyalarını həyata keçirən hakimlər öz vəzifələrini yerinə yetirərkən, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı icra edən müəssisələrə baş çəkə bilərlər.[19] 22.1-1. Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) və Milli preventiv qrup üzvlərinin istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən cəzaçəkmə müəssisələrinə daxil olmaq, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdikləri tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, cəzaçəkmə müəssisələrinin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) isə həmçinin cəzaçəkmə müəssisələrinə müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ vardır.[20] 22.2. Kütləvi informasiya vasitələrinin nümayəndələri və bu Məcəllədə göstərilən digər şəxslərin müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı icra edən müəssisələrə baş çəkmələri yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda və qaydada həyata keçirilə bilər. 22.3. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı icra edən müəssisələrə daxilolma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 22.4. Cəzaçəkmə müəssisələrində məhkumlarla kino, foto, video çəkilişlərinin aparılması, onlardan müsahibə almaq, həmçinin audio və video texniki vasitələrindən istifadə edilməsi onların razılığına əsasən həyata keçirilir. 22.5. Məhkumların təhlükəsizliyini və mühafizəsini təmin edən obyektlərin kino, foto və video çəkilişləri müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilir.   Xüsusi hissə   II bölmə   Məhkumun cəmiyyətdən təcrid edİlməsi ilə əlaqədar olmayan cəzaların icrası   IV fəsil   Cərimə növündə cəzanın icrası   Maddə 23. Cərimə növündə cəzanın icrası qaydası   23.1. Məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. icra məmuru cərimənin ödənilmədiyi halda məhkumu, ondan cərimənin məcburi tutulacağı barədə xəbərdar edir. 23.2. Məhkum cəriməni üzrlü səbəbdən bir ay müddətində ödəyə bilmədikdə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə məhkumun ərizəsinə əsasən cərimənin ödənilməsinin altı ayadək müddətə təxirə salınması və ya müddəti göstərilməklə onun hissə-hissə ödənilməsi haqqında qərar qəbul edə bilər.[21]   Maddə 24. Cərimənin məcburi qaydada tutulması   24.1. Məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada, yəni məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldilməklə həyata keçirilir. 24.2. Cərimənin tutulması o halda məhkumun əmək haqqına və ya başqa qazancına yönəldilir ki, onun əmlakı olmasın, yaxud bu əmlak cərimənin tamamilə ödənilməsi üçün kifayət etməsin.   Maddə 25. Cərimə növündə cəzanı icra edən orqan   Əsas cəza kimi və ya şərti məhkum etmə zamanı əlavə cəza kimi cərimə növündə cəzanın icrası məhkumun yaşadığı və ya işlədiyi yerin, yaxud onun əmlakının olduğu yerin icra məmuru, digər əsas cəza növlərinə əlavə cəza kimi təyin edilmiş cərimənin icrası isə məhkumun əsas cəzanı çəkdiyi yerin icra məmuru tərəfindən həyata keçirilir.   Maddə 26. Cəriməni ödəməkdən boyun qaçırmanın nəticələri   Məhkum ona edilən rəsmi xəbərdarlıqdan sonra cəriməni ödəməkdən boyun qaçırarsa və onun xüsusi mülkiyyətdə əmlakı, ümumi mülkiyyətdə payı və digər qazancı olmazsa məhkəmə əsas cəza kimi təyin edilmiş bu cəza növünü icra məmurunun təqdimatına əsasən ictimai işlər, islah işləri və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edə bilər.   Maddə 27. Cərimə növündə cəzanın icrasının qurtarması   İcra məmuru cərimənin tam ödənilməsi haqqında hökmü çıxarmış məhkəməyə məlumat verir.   V fəsil   Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası   Maddə 28. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası qaydası   28.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas cəza kimi və yaxud müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya əlavə cəza kimi təyin edildikdə, habelə şərti məhkum etmə zamanı məhkəmə qanuni qüvvəyə minmiş hökmün surətini cəzanın icra edilməsi üçün məhkumun işlədiyi yerin işəgötürəninə, habelə bu cəzanın icrasına nəzarət edilməsi üçün icra məmuru göndərir. 28.2. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya əlavə cəza kimi təyin edildikdə, cəzaçəkmə müəssisəsinin müdiriyyəti əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edildiyi hallarda hökmün surətini cəzanın icrası üçün məhkumun yaşadığı yerin icra məmuruna göndərir. 28.3. ləğv edilmişdir.[22] 28.4. Cəzanın icrası müddətində məhkum müddətli həqiqi hərbi xidmətə çağırılarsa və ya hərbi xidmətə qəbul edilərsə, icra məmurunu hökmün surətini cəzanın icrası üçün müvafiq hərbi komissarlığa və ya məhkumun xidmət yerinə göndərir.[23]   Maddə 29. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası zamanı işəgötürənin vəzifələri   29.1. İşəgötürən hökmün surətini aldığı gündən sonra üç gün ərzində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmiş məhkumla əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xitam verir və məhkəmənin hökmünə uyğun olaraq məhkumun əmək kitabçasına onun hansı əsasla, hansı müddətə və hansı vəzifəni tutma hüququndan məhrum edilməsi və ya hansı fəaliyyət növü ilə məşğul olma hüququndan məhrum edilməsi barədə qeyd edir. Hökmü çıxarmış məhkəməyə bu barədə dərhal məlumat verilir. 29.2. İşəgötürən hökmə zidd olmadıqda məhkumun razılığı ilə ona başqa vəzifə və ya başqa fəaliyyət növü ilə məşğul olmaq imkanı yarada bilər. 29.3. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməyə məhkum olunmuş şəxs əmək müqaviləsi bağlayarkən onun əmək kitabçasında müvafiq qeyd olmadıqda işəgötürən bu cəzanın icrasına nəzarət edən müvafiq icra məmurunun təqdimatı ilə məhkəmənin hökmünə uyğun olaraq həmin əmək kitabçasında onun hansı əsasla, hansı müddətə və hansı vəzifəni tutma hüququndan məhrum edilməsi və ya hansı fəaliyyət növü ilə məşğul olma hüququndan məhrum edilməsi barədə qeyd edir. 29.4. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza çəkmiş, yaxud qanunla müəyyən edilmiş qaydada bu cəzadan azad edilmiş şəxsə onun xahişi ilə əmək kitabçası əvəzinə bu kitabçanın cəza haqqında qeyd yazılmış dublikatı verilir.   Maddə 30. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası zamanı cəzanı icra edən müəssisə və ya orqanın vəzifələri   Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzaya məhkum olunmuş şəxslər əsas cəzanı çəkərkən, cəzanı icra edən müəssisə və ya orqan bu şəxsləri hökmdə qadağan edilmiş işlərə cəlb edə bilməz.   Maddə 31. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası zamanı məhkəmə icrasının vəzifələri   31.0. Məhkumun yaşadığı yerin icra məmuru: 31.0.1. müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə barədə məhkəmənin hökmünün tələblərinə məhkumun riayət etməsinə nəzarət edir; 31.0.2. müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə barədə məhkəmənin hökmündə nəzərdə tutulan tələblərin işəgötürən tərəfindən yerinə yetirilməsini yoxlayır.   Maddə 32. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası müddətinin hesablanması   Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada hesablanır.[24]   Maddə 33. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icra edilməməsinin nəticələri   33.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməyə məhkum olunmuş şəxs hökmdə görülməsi ona qadağan edilmiş işə girdikdə, yaxud hökmlə ona qadağan edilmiş fəaliyyətlə məşğul olduqda icra məmuru işəgötürənə məlumat verərək, məhkumun hökmlə qadağan edilmiş fəaliyyətinə xitam verilməsi üçün üç gün müddətində tədbir görülməsini təklif edir və onu hökmün icra edilməməsinin məsuliyyətə səbəb olması barədə xəbərdar edir. 33.2. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmiş məhkum cəzanın çəkilməsindən qərəzli boyun qaçırdıqda, habelə vəzifəli şəxs müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanı qərəzli icra etmədikdə onlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.   VI fəsil   İctimai işlər növündə cəzanın icrası   Maddə 34. İctimai işlər növündə cəzanın icrası qaydası   34.1. İctimai işlər növündə cəzanı məhkumun yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai işlər növündə cəzaya məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[25] 34.1-1. Müvafiq icra hakimiyyəti orqanı müvafiq inzibati-ərazi vahidi üzrə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısını və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı növbəti ay başlayanadək müvafiq icra hakimiyyəti orqanına göndərir. 34.1-2. İcra məmuru ictimai işlər növündə cəzaya məhkum olunmuş şəxsə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısındakı iş yerlərindən birində işləmək üçün göndəriş verir. İctimai işlərin həyata keçiriləcəyi yerlərlə bağlı hər hansı məlumat tələb edildikdə icra məmuru müvafiq icra hakimiyyəti orqanına bu barədə sorğu verir. Sorğuya beş gündən gec olmayaraq cavab verilməlidir.[26] 34.2. İctimai işlər növündə cəzaya məhkum olunmuş şəxslər məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası haqqında məhkəmənin hökmünün surətini və müvafiq göstərişinin icra məmuru tərəfindən alındığı gündən sonra on beş gün müddətində cəzanın çəkilməsinə cəlb olunurlar. 34.3. icra məmuru məhkumların qeydiyyatını aparır, onlara cəzanın icrasının qayda və şərtlərini izah edir, müvafiq icra hakimiyyəti orqanı ilə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısını razılaşdırır, məhkumların davranışına nəzarət edir, onların işləmiş olduğu vaxtın uçotunu aparır, ayda iki dəfədən az olmayaraq şəxsin ictimai işləri yerinə yetirməli olduğu vaxtlarda həmin işlərin görüldüyü yerlərə baş çəkməklə protokol tərtib edir, cəzanın bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün digər tədbirləri görür.[27]   Maddə 35. İctimai işlər növündə cəzanın çəkilməsi və icrası şərtləri   35.1. Məhkumlar ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar üçün müəyyən olunmuş yerlərdə və hökmdə müəyyən olunmuş müddətdə işləməli və yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat verməlidirlər. 35.2. Əsas iş yerində məhkuma növbəti məzuniyyətin verilməsi ictimai işlər növündə cəzanın icrasını dayandırmır. 35.3. İctimai işlər növündə cəza çəkən məhkum və ya onun qanuni nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada cəzadan azad edilmə haqqında məhkəməyə ərizə ilə müraciət edə bilər.   Maddə 36. İctimai işlər növündə cəzanın müddətinin hesablanması   36.1. İctimai işlər növündə cəzanın müddəti saatla hesablanır. 36.2. İctimai işlər növündə cəzanın müddəti, bir qayda olaraq, həftə ərzində on iki saatdan az olmayaraq müəyyən edilir. İctimai işlər növündə cəzanın müddəti istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri, ümumxalq hüzn günü və məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında dörd saatdan, iş günlərində isə iki saatdan, məhkumun razılığı ilə isə dörd saatdan çox ola bilməz. Bu cəza növünün icra müddəti on beş yaşınadək məhkumlar üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək məhkumlar üçün isə üç saatdan çox ola bilməz. Üzrlü səbəblər olduqda icra məmuru məhkuma həftə ərzində müəyyən olunmuş vaxtdan az işləməyə icazə verə bilər.[28]   Maddə 37. İctimai işlər növündə cəzanın icrası zamanı işəgötürənin vəzifələri   İşəgötürən ictimai işlərin həyata keçirilməsi üçün mövcud olan yerlər barədə müvafiq icra hakimi
Trampın
Trampın "Canavar" limuzini: kimyəvi silah da... - Foto
ABŞ Prezidenti Donald Trampın bahalı maşın kolleksiyasının olduğu hər kəsə bəlli idi. İndi isə onun test zamanı kameralara tuş gələn "Canavar" (Monster) ləqəbli və xüsusi sifarişlə hazırlanan limuzininin görüntüləri yayılıb. Publika.az xəbər verir ki, Donald Trampın bu tip dövlət avtomobilləri çox olsa da, məhz "Kadillak" limuzini "General Motors" tərəfindən istehsal edilib. Avtomobil tamamilə digər modellərdən seçiləcək şəkildə kamuflyaj olunub. ABŞ-ın gizli xidmət agentliyindən avtomobillə bağlı verilən məlumata görə, kimyəvi silahlara qarşı belə dözümlü olan bu limuzin xüsusi olaraq 15,8 milyon dollarlıq müqavilə əsasında hazırlanıb. Zirehli ekipaj yeni nəsil texnologiya əsasında gizli istehsal edilib. Limuzinin digər modellərinin də cari ilin sonlarına yaxın təqdim ediləcəyi gözlənilir. İstehsalçılar avtomobillərin hazırlanma prosesini təhlükəsizlik məqsədilə gizli saxlayırlar. Verilən ilkin məlumatlara görə, lüks sedan limuzin ballistik silahlara, bomba, istənilən silahlardan açılan atəşə, eləcə də kimyəvi hücumlara qarşı qoruma mexanizmi ilə təchiz edilib. Təkərlərin üzəri gülləkeçirməz şinlərlə örtülüb. Həyati təhlükəli məqam üçün isə avtomobilin içərisində xüsusi tibbi çanta və ləvazimatların olduğu bölmə yaradılıb. Avtomobil "Kadillak" flaqmanına, "CT6" Sedan avtomobil dizaynına bənzəyir. ABŞ prezidentlərini daşıyan xüsusi zirehli limuzinlər "Kadillak" firması tərəfindən 1993-cü ildən etibarən hazırlanır.
Sabiq nazirlərin oğullarına bəd xəbər
Sabiq nazirlərin oğullarına bəd xəbər
Böyük Britaniya hökuməti hələ ötən ilin aprel ayında korrupsiya ilə mübarizə çərçivəsində dünyada ilk dəfə olaraq oliqarxların daşınmaz əmlakının xüsusi reyestrini yaratmaq qərarı vermişdi. Axar.az Musavat.com-a istinadən xəbər verir ki, reyestrə Londonda offşor şirkətlərin vasitəsilə mülk və mənzillər alan oliqarxların, xarici hökumət məmurlarının ad və soyadları daxil edilib. "Tayms” o zaman yazırdı ki, Londonun elit "The London City İsland2 yaşayış kompleksindəki çoxmərtəbəli binalardakı mənzillərin sahiblərinin əksəriyyəti xaricilərdir. Məsələn, yaşayış kompleksindəki yeni istifadəyə verilən 29 mərtəbəli, 289 mənzilli binada mənzillərin cəmi ikisi Böyük Britaniya vətəndaşına məxsusdur. Bu binadakı qalan mənzillər Azərbaycan, Çin, Yaponiya, Zimbabve də daxil olmaqla 18 xarici ölkənin vətəndaşları tərəfindən alınıb. Bildirilir ki, Londonda mənzil alan oliqarxlar və xarici məmurlar onları əsasən Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş hansısa offşor şirkətlərin adlarına rəsmiləşdirirlər. Bu səbəbdən onların əsl sahibinin kimliyini bir çox hallarda müəyyənləşdirmək mümkün olmurdu. Yeni qanuna isə Londonda dəbdəbəli mülklərin və mənzillərin sahibi olanlar öz kimliklərini gizlətməyi yasaqlayır. Britaniya hakimiyyəti ötən həftə qüvvəyə minmiş və mütəşəkkil cinayətkarlığa, korrupsiyaya qarşı mübarizəni nəzərdə tutan yeni qaydalar əsasında da oliqarxları hədəfə alacaq. Böyük Britaniya ərazisində dəbdəbəli həyat tərzi keçirən və korrupsiyada şübhəli sayılan zəngin xarici vətəndaşlar bu sərvətin mənbəyini əsaslandırmalı olacaqlar. Virtualaz.org yazıb ki, bu barədə Britaniyanın təhlükəsizlik naziri Ben Uolles "Tayms”a bildirib. Məlumata görə, bu qaydalar Böyük Britaniyanın nəzarət orqanlarına 70 min dollardan yuxarı dəyəri olan şübhəli aktivlərə sahibi həmin pulun mənbəyini lazımi qaydada izah etməyənə qədər həbs qoymağa imkan verir. Bildirilir ki, bu yoxlamalar Rusiya, Çin və Yaxın Şərqdən olan investorlara tətbiq ediləcək. Söhbət Londonda daşınmaz əmlaka milyard dollar sərmayə qoyan oliqarxlardan gedir. Ben Uolles qeyd edib ki, Rusiyadan xarici banklar, o cümlədən Britaniya bankları üzərindən on milyardlarla dollarlar xaricə çıxarılıb. Britaniyanın mütəşəkkil cinayətkarlıq üzrə Milli agentliyinin məlumatına görə bu ölkə üzərindən hər il orta hesabla 127 milyard dollar "yuyulur”. Lakin agentlik bu rəqəmi də aşağı sayaraq ehtimal edir ki, Britaniya offşorları üzərindən yuyulan çirkli pulların məbləği bundan da çox ola bilər. Adları korrupsiyada hallanan bəzi azərbaycanlı oliqarxların və iş adamlarının Londonda dəyəri milyonları aşan malikanələrinin olması sirr deyil. Britaniyanın Cinayətkarlığa qarşı Mübarizə Agentliyi ("National Crime Agency”) 2016-cı ildə yaydığı hesabatda bildirilirdi ki, Londonu çirkli pulların yuyulması və qanunsuz daşınmaz əmlakın alınması mərkəzinə çevirən şirkətlər və dövlətlər arasında Azərbaycanın da adı var. Həmçinin digər beynəlxalq hesabatlarda sabiq MTN şefi Eldar Mahmudov və oğlu Anar Mahmudovun, Beynəlxalq Bankın həbsdəki sabiq rəhbəri Cahangir Hacıyev və həyat yoldaşı Zamirə Hacıyevanın adı vardı. Ötən ilin yanvarında isə sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun da Londonda dəyəri milyonlarla dollar olan mənzil aldığı xəbəri yayılmışdı. Xəbərdə deyilirdi ki, Londonun mərkəzində tikilmiş çox bahalı "One Hyde Park” yaşayış kompleksində mənzil sahiblərindən biri də Anar Məmmədovdur. Təxminən 1,7 milyard dollara başa gələn dünyaca məşhur dəbdəbəli kompleksdə mənzillərin kvadrat metri 100 min dollardan başlayır. Kompleksdə ən ucuz mənzilin dəyəri 29 milyon dollardır. Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, məhkəmənin hökmü ilə 15 il azadlıqdan mərhum edilən Cahangir Hacıyevin xanımı Zamirə Hacıyeva barəsində isə istintaqdan yayınması haqda məhkəmə qərarı var. Bu məhkəmə qərarından sonra isə məlum olmuşdu ki, Zamirə Hacıyeva on ildən artıqdır Britaniyada yaşayır və oranın vətəndaşıdır.
Bu Bölmənin Digər Xəbərləri
YAZARLAR