KEYFİYYƏTLİ REKLAM XİDMƏTLƏRİ ( Reklamınız 7/24 yayımda olacaq) Bizimlə əlaqə: (012) 511-53-15 , (077) 333 18 33.Ölkəmizdə söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur !!
15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibəti ilə təbrik edirik.


Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
ETSN: Xəzər dənizində dalğanın hündürlüyü 4,8 metrə çatıb - FAKTİKİ HAVA
Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Gəncədə vətəndaşları qəbul edəcək
Teymur Rəcəbov Dünya Kubokunun qalibi oldu
Rafael Cəbrayılovu hansı cəza gözləyir? - Hüquqşünas
Milli mədəniyyətimiz Heydər Əliyev ideyalarından güc alır
Milli mədəniyyətimiz Heydər Əliyev ideyalarından güc alır
Azərbaycan öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınmışdır. Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox-çox qədim zamanlara gedib çıxır. XX əsrdə isə xalqımızın mədəni həyatında yeni bir dövr başlanmışdır. Bu, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ulu öndər deyirdi ki, “xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Məhz ona görə də ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır.   Ulu öndər yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqət artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi. Bizim nəsil xoşbəxtdir ki, Heydər Əliyevlə bir epoxada yaşamaq bizə nəsib oldu və ulu öndərin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi böyük qayğının şahidi olduq. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltaraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. Açığını deyim ki, Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmamışlar. Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Onların adlarını sadalamaqla qurtaran deyil. Azərbaycanın müqtədir sənətkarları sovet dövründə məhz Heydər Əliyevin qayğısı nəticəsində Sosialist Əməyi Qəhrəmanı kimi SSRİ-nin yüksək fəxri adını almışlar. Heydər Əliyev bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanardı. Onun hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf proqramına çevrilərdi. Hansı sahədən danışırdısa, elə hiss edirdin ki, bu sahənin mütəxəssisi, bilicisidir. Heydər Əliyev özü də incəsənət meyilli şəxsiyyət idi. Elə gəncliyində də incəsənətə gəlmək, memar olmaq istəyirdi. Amma zaman ulu öndəri siyasət memarına çevirdi. Çünki bu xalqın belə bir siyasət xadiminə çox böyük ehtiyacı var idi. Hələ sovetlər dönəmində Heydər Əliyev Azərbaycanda mədəniyyətin maddi-texniki bazasının möhkəmlənməsinə xüsusi diqqət yetirirdi. Nə qədər kinoteatrlar, teatr binaları, muzeylər inşa olundu. Mədəniyyətimizin kadr potensialı gücləndirildi. SSRİ-nin ən nüfuzlu incəsənət yönlü ali məktəblərində Azərbaycan gəncləri təhsil alıb Bakıya dönürdülər. Sankt-Peterburqun, Moskvanın teatr, rəssamlıq, musiqi üzrə ali təhsil ocaqlarını bitirmiş gənclər bu gün Azərbaycan mədəniyyətinin aparıcı sənətkarlarıdır. Heydər Əliyev bu kadrların hazırlanmasında ona görə maraqlı idi ki, gələcək müstəqil Azərbaycanımız üçün onlar gərəkli olacaqdılar. Necə ki, oldular da. Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı sanki Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. Sosial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları Vətənə döndülər, onlara xüsusi qayğı göstərilməyə başlandı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən tamaşaçıların üzünə açdı. Azərbaycanda bir çox tamaşa müəssisələri təmir olundu, Filarmoniya təmirdən sonra yenidən istifadəyə verildi. Musiqi sənətimizin inkişafına xüsusi qayğı ilə yanaşan ulu öndərin sərəncamı ilə 24 bəstəkar və musiqişünasa Prezident təqaüdü verildi. Onların bir çoxu “Şöhrət” ordeninə layiq görüldülər. Arif Məlikov, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Habil Əliyev, Arif Babayev kimi musiqi xadimləri “İstiqlal” ordeni ilə təltif olundular. Azərbaycan kinosunun böyük bir dövr inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Bizə yaxşı məlumdur ki, bir sıra filmlərimizin yaranmasında ulu öndərin şəxsi təşəbbüsü olmuşdur. “Uzaq sahillərdə”, “İstintaq”, “Bir cənub şəhərində”, “Nəsimi”, “Babək” filmlərinin yaranmasında, sovet senzurasından keçməsində Heydər Əliyevin səyləri danılmazdır. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dondurulmuş kino istehsalı bərpa edildi, “Azərbaycanfilm”in fəaliyyətində canlanma hiss edilməyə başlandı. Dövlət sifarişi ilə filmlərin istehsalı kino xadimlərini yenidən fəaliyyətə qaytardı. Azərbaycanda beynəlxalq səviyyəli kinofestivallar keçirilir, filmlərimiz beynəlxalq festivallarda nümayiş etdirilməyə başlayırdı. Ən əhəmiyyətli fakt bu idi ki, Azərbaycanda ilk film nümayiş etdirildiyi 2 avqust (1898) kino işçilərinin peşə bayramı kimi qeyd olunmağa başladı. Əgər 1994-1996-cı illərdə iki film istehsal olunmuşdusa, 1998-2000-ci illərdə dövlət sifarişi ilə dörd tammetrajlı bədii film yaradıldı. Teatrlarımız öz fəaliyyətlərini genişləndirdi. Heydər Əliyev teatrı çox sevirdi. O, həmişə tamaşadan sonra yaradıcı kollektivlə görüşür, onlara öz tövsiyə və tapşırıqlarını verirdi. Bu görüşlər sənət adamlarının məsuliyyətini artırır, onları öz qüvvələrini səfərbər etməyə istiqamətləndirirdi. Ulu öndərin hakimiyyəti illərində muzey və kitabxana işi, rəssamlıq, heykəltaraşlıq və memarlıq sənəti sürətlə inkişaf etmişdir. Bakıda ucaldılmış çox dəyərli heykəllər, inşa edilmiş müasir və klassik ənənələri birləşdirən əzəmətli binalar xalqımızın milli sərvətinə çevrilmişdir. Bakımız gözəlləşmiş, yeni görünüş almışdır. Elə regionlarımızda da mədəniyyətin inkişafı diqqətdən yayınmamışdır. Azərbaycanın qədim şəhərsalma ənənələrini özündə ehtiva edən İçərişəhərin Şirvanşahlar Saray Kompleksi ilə birgə YUNESKO-nun maddi irs siyahısına daxil edilməsi böyük tarixi hadisə idi. Azərbaycan mədəniyyətinin təbliğini həmişə diqqət mərkəzində saxlayan ulu öndərin hakimiyyəti illərində çox səmərəli tədbirlər reallaşdırılıb. Ümummilli lider Azərbaycanın sivil dünya ilə inteqrasiyasına, xalqların iqtisadi-siyasi, humanitar yaxınlaşmasına dövlətçiliyi möhkəmləndirən, xalqı inkişaf etdirən ən vacib vasitələrdən biri kimi baxırdı. Və bu zaman dünya ilə dil tapmağın ən sınanmış və optimal yollarından biri olaraq, mədəni dəyərlərin qarşılıqlı dərkini və təbliğini əsas götürürdü. Bu mənada xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyət və incəsənət günləri, eyni zamanda Azərbaycanda keçirilən belə tədbirlər mədəniyyətlərarası dialoqun inkişafına çox gözəl yol açırdı. Ulu öndərin fəaliyyəti incəsənətimizin bu gün ən dəyərli mövzusudur. Deyə bilərəm ki, onun haqqında çəkilən filmlər, yaradılan musiqi əsərləri və ədəbi əsərlər xalqımızın milli-mənəvi sərvətidir və gələcək nəsillər onlardan çox şeylər öyrənəcəklər. “Əsl məhəbbət haqqında” (rejissor V.Mustafayev) filmi ulu öndərin yüksək insani keyfiyyəti haqqında həqiqətləri tamaşaçılara çatdırır. Bu film ulu öndərə həsr olunan on filmdən biridir. “General”, “Birinci”, “Moskva, Kreml”, “Lider”, “Tale”, “Bir həsədin tarixi”, “Professional”, “Patriot”, “Xüsusi təyinat” kimi digər filmlər də bu böyük şəxsiyyətin həyat və fəaliyyətinin çox uğurlu ekran versiyasıdır. Heydər Əliyevin mədəniyyət siyasəti bu gün hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən çox ləyaqətlə davam etdirilir. 2003-cü ildən sonra Azərbaycanda Heydər Əliyevin mədəniyyətimizin inkişafı ilə bağlı ideyaları davamlı olaraq həyata keçirilir. Azərbaycanda mədəniyyətin müxtəlif sahələri — teatr, kino, kitabxana və muzey işinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratmışdır. Bu gün mədəniyyət obyektləri təmir olunur, yeniləri inşa edilir. Bakıda təmir olunmamış teatr binası qalmamışdır. “Nizami” kinoteatrı əsaslı təmir olunur, Milli Akademik Dram Teatrın təmiri başa çatmaq üzrədir. Bakının 2009-cu ildə İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası istiqamətində çox önəmli bir hadisə idi. Heydər Əliyevin mədəniyyət siyasətinin reallaşması işində bu gün ulu öndərin adını şərəflə daşıyan Fondun böyük xidmətləri vardır. Milli-mənəvi dəyərlərimizə qayğı, onların qorunması və təbliğində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Fondun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir. İndi Bakıda Muğam Mərkəzi fəaliyyət göstərir, Xalça Muzeyi inşa olunur, yeni sərgi salonları yaradılır. Bunlar Heydər Əliyev ideyalarında güc alan dövlət başçımızın həyata keçirdiyi mədəniyyət siyasətinin real nəticələridir. Bu yazını ulu öndərin mədəniyyətlə bağlı bir fikri ilə tamamlamaq istəyirəm. “Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur”.
O, həm TV işçisidir, həm də rəssam - FOTO
O, həm TV işçisidir, həm də rəssam - FOTO
ünən Rəssamlar İttifaqının sərgi salonunda Azərbaycan Rəssamlar İttifaqının üzvü, istedadlı rəssam və tarixçi Rüstəm Məmmədovun rəngkarlıq və qrafika işlərindən ibarət ilk fərdi sərgisi keçirilib. Sənətsevərlərə təqdim olunan sərgi rəssamın rəngarəng, düşündürücü və fərqli yanaşmasının məhsulu, eyni zamanda əhatəli yaradıcılıq hesabatıdır. Təsviri sənətin, əsasən rəngkarlıq və qrafika sahəsinə aid olan yaradıcılıq nümunələri onun dünyaya özünəməxsus bədii baxışını - münasibətini əks etdirir. Sərginin ekspozisiyasına daxil edilmiş 50-ə yaxın əsər müxtəlif mövzulara həsr olunub. Bu da onun rəssam kimi bir janr çərçivəsində qalmayıb, təxəyyülünü təsviri sənətin ifadə zənginliyini özündə ehtiva edə biləcək digər janrlarında da gerçəkləşdirmək - dünyamızın rənglərin sayagəlməz çalarında nə qədər gözəl və dəyişgən olduğunu tərənnüm etmək istəyini əks etdirir. Bütün yaradıcılığı boyu həyatda gördüklərini, duyğu və düşüncələrində, təxəyyülündə canlandırdığı mövzuları realizm ənənələrinə sadiq qalaraq rənglərdə ifadə edən istedadlı rəssam Rüstəm Məmmədov, əslində, həm də bununla dünyamızı real-gerçəkçi cizgi və rənglərlə ifadə etmək imkanlarının nəhayətsiz olduğunu nümayiş etdirir. Onun düşündürücü, məna-məzmunla zəngin olan süjetli tabloları (“Ömrün qürub çağı”, “Səssizliyin harayı”, “Kamanın Habil zirvəsi”, “Yüksəliş”, “Füzuli ömrü”, “Səmazən”, “Zəriflik” və s.), İmaddəddin Nəsimi, Məhəmməd Füzuli, Əmir Teymur, Aşıq Veysəl, Həsən bəy Zərdabi və Fəxrəddin Paşa kimi görkəmli şəxsiyyətləri əks etdirən portretləri, insanı duyğulandıran mənzərələri ( “Qürub”, “Şamaxıda “Yeddi günbəz” məzarlığı”, “Gün batarkən”, “Tənha ağac”, “Bakı gecələri” və s.), eləcə də müxtəlif təbii sərvət və nemətlərin gözəlliyini əyaniləşdirən natürmortları dediklərimizi təsdiqləyən bədii nümunələrdir. Rəssamın zəngin mənəvi dünyasının və təxəyyülünün rənglərlə təzahürü, tablolardakı təbiiliyin və səmimiyyətin tamaşaçı baxışlarını ovsunlaya bilməsində müəllifin zamanın axarında püxtələşən dəst-xəttinin də rolu böyükdür. Onu da qeyd edək ki, Rustəm Məmmədov eyni zamanda Xəzər Tv MMC – nin Proqramlar Departamentinin rəhbəridir. Sənətsevərlər tərəfindən böyük maraq və sevgiylə qarşılanan sərgi 7 - 11 iyun tarixlərində davam edəcək.
Məşhur müğənni ata oldu
Məşhur müğənni ata oldu
İfaçının qızı olub. Türkiyənin məşhur aktyoru, ifaçısı və rejissoru Mahsun Kırmızıgül ata oldu. ANS PRESS-in məlumatına görə, ifaçının qızı olub. Körpə Los Ancelesin xəstəxanaların birində dünyaya gəlib. "Cütlük hələlik qızın adının nə olacağı barədə qərar verməyiblər". Körpə təbbi yolla dünyaya gəlib. Müğənninin həyat yoldaşı Ece Binay və yeni doğulmuş övladının vəziyyətinin yaxşı olduğu bildirilir. Hətta ana ilə bala artıq xəstəxanadan evə buraxılıb. Cütlük hələlik qızın adının nə olacağı barədə qərar verməyiblər. Məlumata görə, ailə bir aydan sonra Türkiyəyə dönəcək. M.Kırmızıgül isə Kemerburğazdakı evinə Ece Binaydan 1 həftə tez gələcək. Rejissor və aktyor qızının otağını hazırlayacaq. M.Kırmızıgül həyatında ikinci dəfə ata olub. Onun 23 yaşlı Mahmud adlı oğlu var.İfaçının adı mərasimin girişində asılan tabloda səhv yazılıb. Cütlüyün toyu 14 fevralda Los-Ancelesdə olub. Vəkili ilə evlənən Kırmızıgülün toyunda 30 nəfər iştirak edib. Mahsun nikah mərasimində bir ildir sevgili olduğu Ece Binaya "hə" deyərkən təsirli nitq söyləyib: "Sevginin sənə nə zaman gələcəyini, səni harada tapacağını bilə bilməzsən. Ece, səninlə yaşlanmaq istəyirəm". Toyun ən gülməli anı isə ifaçının soyadının mərasimin girişində asılan tabloda səhv yazılması olub. Onun soyadı “Mahsun Kirmizipul” kimi qeyd edilib. Kırmızıgül sevgilisinə evlənmə təklifi etdiyi zaman 5 min dollarlıq (təqribən 7 926 manat) üzük hədiyyə edib.
Bu Bölmənin Digər Xəbərləri
YAZARLAR