KEYFİYYƏTLİ REKLAM XİDMƏTLƏRİ ( Reklamınız 7/24 yayımda olacaq) Bizimlə əlaqə: (012) 511-53-15 , (077) 333 18 33.Ölkəmizdə söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur !!


Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
İtaliyadan Türkiyəyə yaşıl işıq: AB üzvlüyü...
Abşeron, Zəngilan və Şuşa rayon sakinlərinin nəzərinə
Saakaşvilidən Məmmədovun təyinatına reaksiya
Polkovnik: Bu silahlar aldığımızın cüzi hissəsidir
Polkovnik: Bu silahlar aldığımızın cüzi hissəsidir
Rusiyadan alınan hücum silahlarının daha bir hissəsinin ölkəmizə gətirilməsi ordumuzun güclənməsinə böyük töhfədir. Bunu Axar.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Mirşamil Hadıyev deyib. Ekspertin sözlərinə görə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən, Rusiyadan mərhələli şəkildə ölkəmizə müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası gətirilir: “Hesab edirəm ki, aprelin 26-da ictimaiyyətə təqdim edilən bu silah və texnika Müdafiə Nazirliyi tərəfindən alınan silahların hamısı yox, cüzi bir qismidir. Çünki alınan bütün silah və texnikaların hamısının nümayişi təhlükəsizlik baxımından yolverilməzdir. Əlbəttə ki, bu silah və texnika paradda nümayiş etdirilmək və yaxud da sıra baxışı üçün alınmayıb. Bunlar konkret olaraq döyüşdə istifadə edilmək və düşməni məhv edərək torpaqlarımızın azad edilməsi üçün alınıb. Əminəm ki, aldığımız texnika və silahlar tezliklə bu müqəddəs vəzifənin icrası zamanı istifadə olunacaq. İnanıram ki, alınan yeni silah və hərbi texnikanın tez bir zamanda mütəxəssislər tərəfindən mənimsənilərək döyüş bölgələrində yerləşən bölmələrimizin silahlanmasına verilməklə aktiv döyüşlər zamanı şəxsi heyətin döyüş imkanlarının daha da güclənməsini təmin etmiş olacaq”. Ekspert hesab edir ki, istifadədə olan silah və texnikanın ən yeni texnologiyaların tətbiqi ilə mərhələlərlə modernizə edilməsi prosesi də Silahlı Qüvvələrimizin qarşısında qoyulan tapşırıqların uğurla yerinə yetirilməsinə öz töhfəsini verəcək: “Hər kəs görür ki, Azərbaycan Ordusu həm texniki təchizat, həm döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasında öz yerini inamla tutmaqda davam edir və ordumuz bu yeniliklərin nəticəsi olaraq istənilən hərbi vəzifəni icra edə bilər və edəcək”.
İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir
İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir
Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın yeni prezidenti, həm də dünya azərbaycanlılarının yeni lideridir. Azərbaycanın yeni prezidenti İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. İndi Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada məşhurdur. Görkəmli siyasi və dövlət xadimi İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri, dahi dövlət xadimi Heydər Əliyevin oğludur. O, peşəkar siyasətçidir. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Orada elmi-pedaqoci fəaliyyətə başlamış (1982), aspirant, müəllim olmuşdur. Tarix elmləri namizədidir (1985). 1991-ci ildən Moskvada "Oriyent" şirkətinin baş direktoru işləmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti (1994-cü ildən) və birinci vitse-prezidenti (1997-ci ildən), Azərbaycan Respublikasının baş naziri (2003) vəzifəsində çalışmışdır. Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycanın qurulmasında Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur. İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarınının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri vardır. İlham Əliyevin böyük əməyi olan neft strategiyasının həyata keçirilməsi, beynəlxalq şirkətlərlə neft müqavilələrinin imzalanması nəticəsində 1994-2000-ci illərdə xarici şirkətlər Azərbaycana 800 milyon ABŞ dolları məbləğində bonus vermişlər. Azərbaycanın neft sektorunda 30 mindən artıq iş yeri açılmışdır. Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən İlham Əliyev, həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) lideridir. İlham Əliyev YAP-ın I qurultayında (1999) partiya sədrinin müavini, II qurultayında (2001) isə birinci müavini seçilmişdir. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn İlham Əliyev əhalinin geniş kütlələrinin Yeni Azərbaycanın quruculuğuna səfərbər olunmasında olduqca səmərəli fəaliyyət göstərir. 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına İlham Əliyev başçılıq etmişdir. Məhz onun rəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qələbə çalmış və Milli Məclisdə böyük əksəriyyəti qazanmışdır. İlham Əliyev Milli Məclisin deputatı olduğu dövrdə geniş və çoxşaxəli fəaliyyət göstərmişdir. O, daim xalqın içərisində olmuş, onun problemlərini öyrənmiş, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə müntəzəm qayğı göstərmişdir. Həmin dövrdə İlham Əliyevin əhalinin müxtəlif təbəqələrinin nümayəndələrinə, qaçqınlara, məcburi köçkünlərə və Qarabağ müharibəsinin əlillərinə qayğısı, Qaradağ rayonununda və ölkənin digər bölgələrində apardığı böyük quruculuq işləri doğma xalqa göstərilən bu qayğının parlaq təzahürləridir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü olmuş İlham Əliyevin Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti doğma xalqa qətiyyətlə və cəsarətlə xidmət etmək nümunəsidir. Onun AŞPA-dakı məqsədyönlü, qətiyyətli və cəsarətli çıxışları Azərbaycanın Avropa məkanında nüfuzunun daha da artmasına güclü təsir göstərmişdir. Məhz İlham Əliyevin yorulmaz fəaliyyəti, qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarları Avropa Şurasında ifşa olunmuş, Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağ haqqında, qondarma "Dağlıq Qarabağ problemi" barədə Qərb dünyasında obyektiv rəy formalaşmış, həmin münaqişəyə düzgün siyasi qiymət verilmiş, onun həlli yolunda mühüm addımlar atılmışdır. Avropa Şurasında Ermənistanın təcavüzkar, işğalçı dövlət kimi tanınmasında, erməni terrorçuluğunun beynəlxalq terrorizmin tərkib hissəsi olmasının sübuta yetirilməsində, nəzarətdən kənarda qalan Dağlıq Qarabağın narkotiklərin ötürücü məntəqəsinə və terror yuvasına çevrilməsinin Avropa və dünya ictimaiyyətinə çatdırılmasında İlham Əliyevin böyük xidmətləri var. Avropa Şurasındakı fəaliyyəti, AŞPA-dakı obyektiv və konstruktiv çıxışları İlham Əliyevə qərb siyasətçiləri arasında böyük hörmət və nüfuz qazanmışdır. O, AŞPA-nın vitse-spikeri və Büro üzvü seçilmişdir (2003, yanvar). İlham Əliyev Prezident Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərmişdir və bu sahədə fəaliyyətini indi də uğurla davam etdirir. 1997-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti təyin olunan İlham Əliyev az vaxt içərisində həmin sahədə də yüksək təşkilatçılıq istedadına malik olduğunu göstərmişdir. Onun yorulmaz və gərgin əməyi sayəsində, qısa müddət ərzində, Azərbaycan idmanı ayağa qaldırılmış, dünya şöhrətli qazanmışdır. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı parlaq uğurlar İlham Əliyevin başçılıq etdiyi idman hərəkatının, hər şeydən əvvəl, böyük siyasi qələbəsidir. İlham Əliyev uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Onun təşəbbüsü ilə təkcə paytaxt Bakıda deyil, eyni zamanda regionlarda (Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba) da olimpiya idmanı-sağlamlıq komplekslərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir. Hazırda Azərbaycanın beynəlxalq yarışlarda, idmanın müxtəlif sahələrində ön mövqelərə çıxması, Bakının dünya üzrə mühüm beynəlxalq yarışların keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın şöhrətini daha da artırır, onun beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Bu, İlham Əliyevin gənclər siyasətinin ən böyük uğurlarından biridir. İlham Əliyev beynəlxalq münasibətlər tarixi sahəsində dərin biliyə malik olan peşəkar siyasətçi kimi dünya miqyasında böyük hörmət və nüfuz qazanmışdır. O, Azərbaycan nümayəndə heyətinin başçısı, yaxud üzvü kimi ABŞ, İngiltərə, Türkiyə, Fransa, Rusiya, Ukrayna, İsveçrə, Qazaxıstan, Özbəkistan, Slovakiya, Polşa, Gürcüstan və b. ölkələrdə rəsmi səfərlərdə, o cümlədən dövlət səfərlərində olmuş, bir çox beynəlxalq konfrans və konqreslərdə məruzələrlə çıxış etmişdir. İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin (1-2-ci çağırış) deputatı olmuş, AŞPA-da Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin başçısı və AŞPA-nın vitse-spikeri və Büro üzvü vəzifələrində səmərəli fəaliyyət göstərmişdir. Azərbaycan xalqı qarşısındakı xidmətləri nəzərə alınaraq İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri təyin olunmuşdur. O, 2003-cü ilin Prezident seçkilərində parlaq qələbə qazanaraq xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Onun rəhbərliyi ilə ölkədə iqtisadi islahatlar daha da sürətlənmiş, xüsusi prezident fərmanı ilə 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramı qəbul olunmuşdur. Prezident İlham Əliyev ölkədə İnsan haqları və azadlıqlarının daha dolğun təmin olunmasını daim diqqət mərkəzində saxlayır. O, Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir. Onun "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" və "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamları (2004,12 yanvar), Milli Ensiklopediyanın nəşrinə rəhbərliyi şəxsən öz üzərinə götürməsi və bununla bağlı imzaladığı sərəncamlar, alimlərə elmi dərəcələrə görə verilən əlavə əmək haqqını, tələbələr, magistrlər və aspirantların təqaüdlərini dəfələrlə artırması milli-mənəvi və ümumbəşəri dəyərlərə dövlət qayğısının parlaq təzahürləridir. İlham Əliyev Azərbaycan xalqının tarixi keçmişinə xüsusi qayğı və diqqət göstərir. O, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki roluna yüksək qiymət vermişdir: "Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tariximizdə çox əlamətdar və önəmli hadisə idi. İlk dəfə müsəlman aləmində demokratik respublika yaranırdı, Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Ölkəmiz dünya birliyinə üzv olurdu. Bu, çox əlamətdar hadisə idi". Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır. Azərbaycan Prezidenti İlham Əliyev bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüş, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsəqyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilməkdədir.
Şəxsiyyətlər unudulmur
Şəxsiyyətlər unudulmur
İnsanlar vardır ki, doğulurlar bir müddət yaşadıqdan sonra ölürlər, öldükdən sonra isə onlari heç kəs xatırlamır, yaddaşlardan əbədi olaraq silinirlər. İnsanlarda vardır ki, doğulurlar, böyüyürlər dövləti üçün, milləti üçün, vətəni üçün əlindən gələni əsirgəmirlər. Öldükdən sonra isə əbədi olaraq insanların yaddaşında qalırlar. Azərbaycan tarixində və taleyüklü məsələlərin həllində bu kimi müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət xadimləri çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışdılar. Belə tarixi şəxsiyyətlərdən biri də görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Azərbaycan xalqının “Ümummilli lideri” Heydər Əliyevdir. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət “milli lider” səviyyəsinə qədər yüksəlmişdir. Həm milli liderlik, həm də siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. . Yuxarıda sadaladığımız keyfiyətlərin daşıyıcısı olan Heydər Əliyev 10 may 1923 – cü ildə Naxçıvan şəhərində anadan olmuşdu. Orta təhsilini doğma şəhərində başa vurduqdan sonra Bakı Sənaye İnistitutunun Memarlıq fakültəsinə qəbul olur, ancaq Böyük Vətən müharibəsi hamı kimi onunda təhsilini yarımçiq qoymuşdur. Bundan sonra Heydər Əliyev Naxçıvana qayıdır və 1941-ci ildən Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləməyə başlayır. Bu dövürdə ölkənin ağır vəziyyəti, insanların aclıq içində olması Heydər Əliyevi çox narahat edirdi. Bu da Vilayət Partiyasının gözundən yayınmırdı. Burada işlədiyi müddətdə Heydər Əliyevə verilən hər hansı bir tapşırığı tez və nöksansız yerinə yetirməsi, möhkəm hafizəsi və yaxşı yadda saxlama qabiliyyətinin olmasi onu 1944 – cu ildə Daxili İşlər Komissarlığından Təhlükəsizlik orqanlarina gətirib çixartdi. Bu idarədə H.Əliyev pillə - pillə yüksələrək xalqına daha da yaxinlaşdivə Heydər Əliyev 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, birinci müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. H.Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilir və həmin dövürdə özunun islahat platformasını irəli sürür və bununlada ulu öndərin Azərbaycanda rəhbərliyinin birinci dövrü başlayır. 1982-ci ilin dekabrında iseSovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilir və SSRİ-nin rəhbərlərindən birinə çevrilmiş olur. Heydər Əliyev 20 il ərzində SSRİ Ali Sovetinin deputatı, 5 il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 5 il həmin vəzifədə çalışdıqdan sora 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun Azərbaycana qarşı yönəltdiyi siyasətə etiraz edərək tutduğu vəzifəsindən istefa verir. Heydər Əliyevin SSR kimi böyük bir dövlətin yüksək vəzifəsindən uzaqlaşması ilə Azərbaycanda faciələrin əsası qoyuldu. Məhz bu istefa Respubilikamıza qarşı pis planların həyata keçirilməsində ilk addım oldu. İnsanların pis yaşaması, Azərbaycanda iqtisadi böhranin baş verməsi və bu kimi hadisələr Azərbaycanda Vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Azərbaycanın dar günündə həmişə Azərbaycana kömək əlini uzadan H.Əliyev belə bir dövürdə yenidən Azərbaycanı tək qoymadı və öz kömək əlini xalqına uzatdı. Azərbaycana mənəvi dəstək oldu onun haqq səsini dünyaya yaydı. Bitməz-tükənməz enerjiyə malik olan H.Əliyev dövlət idarəçiliyində isdedadını və bacarığını göstərərək 1990-cı ilin 20 Yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edib, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları cəzalandırılmasını və Qarbaçovun partiyanin sıralarını tərk etməsini tələb edib. Bundan sonra H.Əliyev 1990-cı ilin iyulunda Azərbaycana qayıtmış ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamışdi. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmiş və H.Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. 1993-cü ilin iyununda ölkədə siyası böhranının son dərəcə kəskinləşməsi ilə əlaqədar o zamankı respublika rəhbərləyi Heydər Əliyevi Bakıya, siyasi rəhbərliyə dəvət etmişdir. Heydər Əliyev 1993-cü il 9 iyunda hökümətin onun ardınca göndərdiyi təyyarə ilə Bakıya gelir və 1993-cü il 15 iyun tarixində Azərbaycan Ali Sovetinin sədri seçilir. Həmin gün Azərbaycan xalqının tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olur. Sonralar o günləri cənab Prezident belə xatırlayır: “Eşidəndə ki, mənim doğma vətənim, mənim doğma torpağım dağılır, uzun müddət bu vətənin, ölkənin inkişafına xidmət etmiş bir adam kimi mən bilirəm ki, biz burada nələr etmişik və bu, dağılır, şübhəsiz ki, özümü qurban verməli oldum və gəldim, məsuliyyəti öz üzərimə götürdüm”. Hadisələrin sonrakı gedişatı göstərirdi ki, bir tərəfdən vətəndaş müharibəsi, digər tərəfdən isə siyasi hakimiyyət böhranının məngənəsində sıxılan Azərbaycana rəhbərlik etmək məsuliyyətini yalnız Heydər Əliyev öz üzərinə götürə bilər. Bundan sonra H.Əliyev qarşısına çıxa biləcək çətinlikləri təsəvvür edirdi, lakin zaman H.Əliyevi siyasi mövzuda da sinamaq istədi. Heç kəsə sirr deyildir ki, H.Əliyev memar olmaq istəyirdi. O istəyirdi ki, öz əsərləri ilə dünyada şöhrət qazansın . H.Əliyev öz arzusuna çatdi, o Azərbaycanın memarı oldu. Öz uzağgörənliyi və apardığı siyasət nəticəsində Azərbaycanı yenidən ayağa qaldırdı. Bu hadisə kəskin sosial münaqişələr məkanına çevrilmiş, vətəndaş itaətsizliyi şəraitində yaşayan, qoluzorluluğun və özbaşınalığın tüğyan etdiyi, müstəqil dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşan Azərbaycanın düşdüyü bəlalardan xilas olması yolundan mühüm tarixi əhəmiyyət kəsb edirdi. Bu dövrdə dünyanın diqqət mərkəzı Azərbaycana yönəlmişdi. Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. H.Əliyevin uzağgörən siyasəti və səyi nəticəsində Azərbaycan bu təhlükədən uzaqlaşdı. Bir-birinin ardınca baş verən ağır siyasi proseslər, millətçi separatçılıq, Azərbaycanın dövlətçiliyini sarsıtmış, onun müstəqilliyini və azadlığını təhlükə altına almışdı. Belə çıxılmaz siyasi vəziyyətdə bütün bu çətinlikləri yaşadıqdan sonra millət birmənalı şəkildə dərk etdi ki, hər yetəndən “lider” ola bilməz. Onun özünə layiq rəhbəri olmalidir. Bu rəhbər H.Əliyev idi. Xalqımız bunu nəzərə alaraq H.Əliyevi yeniden hakimiyyətə gətirdi. 1993 – cü ildə H.Əliyev ümumixalq səsvermə yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun rəhbərliyi dövründə iqtisadiyyatin bütün sahələrində görunməmiş canlanma baş verdi. Qısa müddət ərzində ölkə əsrə bərabər inkfşaf yolu keçdi. İqtisadi və siyasi cəhətdən çətinlik çəkən Azərbaycan H.Əliyevin sayəsində ilk dəfə sərbəst nəfəs aldı. Azərbaycana layiqli ordu yaradıldı və Dağlıq Qarabağ məsələsi dinc yolla nizama salındı. Müharibədə uzunmüddətli atəşkəsə nail olundu. Azərbaycanın səsi dünya birliyi tərəfindən dəstəkləndi. H.Əliyev tərəfindən dünyanın tanınmış neft şirkətlərinin nümayəndələri Azərbaycana dəvət edildi. “Ümummilli lider”imizin səyi nəticəsində 1994-cü ildə “Əsrin müqaviləsi” adı altında ən böyük neft kontraktı imzalandı. Bu müqavilə əsasında neftimizi dünya bazarına çıxarmağa nail oldu. Qısa bir müddətdə isə Azərbaycan İslam Konfransı Təşkilatının, Türk Dövlətlər Birliyinin, Beynəlxalq Valyuta Fondunun, BMT-nin, NATO nun nüfuzlu üzvü oldu. Bundan əlavə Ulu öndər gənclərin sosial və ictimai məsələlərdə rolunu artırmaq, paytaxt və regionlarda yaşayan gənclərin ölkə miqyasında cərəyan edən proseslərdə iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə institusional reformalara da start verdi. «Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir» - deyən Ümummilli lider 1994-cü ildə Gənclər və İdman Nazirliyinin əsasını qoydu. Bu siyasi dövlət institutu qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirdi və reallaşdırmağa başladı. Gənclərə etibar edən Ulu öndər onlarla ünsiyyətin tərəfdarı idi və mütəmadi görüşlər keçirməklə, onların düşüncəsini, fikirlərini və təkliflərini öyrənir, müvafiq addımlar atırdı. Elə gənclərlə bu cür ünsiyyətin qurulması üçün ilk dəfə Ümummilli lider Heydər Əliyev 1995-ci ildə gənclərin forumunun keçirilməsi haqqında təklif irəli sürdü və bundan sonra 1996-cı ildən başlayaraq, forumlar təşkil edildi. Hər bir ölkənin perspektiv inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa olaraq, gələcəyin etibarlı təminatı olan gənc kadrların hazırlanmasından, onların intellektual və kreativ qüvvəyə, sosiumun aparıcı üzvlərinə çevrilməsindən asılıdır. Çünki, gənclər zamanın istənilən kəsimində böyük yaradıcı və eyni zamanda, dağıdıcı gücə malik olduğundan, onların düzgün istiqamətləndirilməsi nəticəsində dövlətçiliyin gələcəyi sığorta altına alınmış olur. Bu da bir faktdır ki, gənc nəslin inkişaf səviyyəsi həmin dövlətin və ya cəmiyyətin sosial-iqtisadi, mənəvi-mədəni, eyni zamanda, siyasi həyatının tərəqqi göstəricisinə çevrilir. Yəni, gənclərə göstərilən diqqət və qayğı dövlətin perspektiv inkişafından xəbər verir. Xatırlatmaq yerinə düşər ki, Ümummilli lider Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gələrkən, gənclərlə işə böyük diqqət ayırmışdı. Yüzlərlə azərbaycanlı gənci keçmiş SSRİ-nin ən tanınmış universitetlərində təhsil almağa göndərmişdi. Məhz, həmin kadrlar da bu gün Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və quruculuq prosesində əhəmiyyətli rol oynayırlar. Bir vaxtlar dunyanin siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycana indi dünyanin inkşaf etmiş dövlətləri arasında şan –şöhrətli dövlət kimi baxırlar. Haqlı olaraq H.Əliyevi bu gün qurub yaradan siyasətşi kimi qəbul edirlər. Çünki o sözun əsl mənasında Müstəqil Azərbaycan dövlətinin qurucusudur və memarıdır. Azərbaycan dövləti H.Əliyevin şah əsəridir. Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, nadir şəxsiyyətlərdən biridir. O təkcə güclü lider deyil, həm də sözlərinin çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir siyasi xadimdi. Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir şəxsiyətlərdəndır. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişatını öncə görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü büruzə vermişdi. Təsadüfi deyildir ki, onun atdığı addımlar, irəli sürdüyü problemlər, qəbul etdiyi qərarlar, söylədiyi fikirlər öz aktuallığı, düzgünlüyü və obyektivliyi və hər cəhətdən ölçülüb biçildiyindən ətraflardakıları heyrətləndirmiş, siyasət aləminin “patriarxı” adını qazandırmışdır. Hətta dünyanın ən görkəmli siyasət və dövlət xadimləri Heydər Əliyevlə məsləhətləşdiklərini, ondan öyrəndiklərini dönə-dönə etiraf etmişlər. Siyasətçilər bu dahi insanı “liderlərin lideri” adlandırırdılar. Yenidən 1998 –ci ildə keçirilən Prezident seçkilərində H.Əliyev xalqin yüksək fəallığı nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. H.Əliyev müstəqil dövlətin əsasını möhkəm və əbədi dayaqlar üzərində qurdu, xalqimizi demokratik inkşaf yoluna istiqamətləndirdi. Ürəyinin odunu və işığını vuruşduğu və canından artıq sevdiyi vətəninə həsr etdi. 2003 – cü ildə növbəti Prezident seçkilərində H.Əliyevin səhətində problem olduqu üçün seçkilərdən imtina etdi və İlham Əliyev yüksək səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Indi Azərbaycan müstəqil bir dövlət kimi dünyada öz yerini tutub. Bizdə çalışmaliyiq ki H.Əliyevin bizə miras qoyduğu müstəqil Azərbaycan dövlətini qoruyub saxlayaq ve onu gələcək nəsillərə ötürək. Yəqin ki, 2001 - ci il Dünya Azərbaycanlılarının I Qurultayında Heydər Əliyevin söylədiyi fraza kiçikdən tutmuş böyüyə qədər hər bir kəsin yaddaşındadır: “Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam”. Mən də bu sözlərə qoşuluram, mən də fəxr edirəm ki, bu vətənin övladıyam və mənim Heydər Əliyev kimi prezidentim olub. İndi biz H.Əliyevin qurub yaratdığı və bu qurculuğu səylə davam etdirən İ.Əliyevin prezidenti olduğu müstəqil Azərbaycan Respubilikasında yaşadığımız üçün fəxr edirik.
Heydər Əliyev erası müxtəlif sosial, iqtisadi və ideoloji qatlardan ibarətdir
Heydər Əliyev erası müxtəlif sosial, iqtisadi və ideoloji qatlardan ibarətdir
Biz Ulu öndərin fəaliyyətinə, Azərbaycan xalqı qarşısında xidmətlərinə nəzər saldıqda görəcəyik ki, dediyimiz bu era ayrı-ayrı qatlardan və mərhələlərdən ibarətdir. Bu qatların və mərhələlərin hər biri Azərbaycan xalqının tarixində ayrıca səhifədir. Ən əsası odur ki, bu səhifələr Azərbaycan xalqının və dövlətinin inkişafını özündə ehtiva edən, onu stimullaşdıran səhifələrdir. Əlbəttə ki, Ulu öndərin hakimiyyətinin ikinci dövrü Onun SSRİ rəhbərliyinə aparılması ilə bağlıdır. Bu dövrdə də yenə Azərbaycan daima Ulu öndərin diqqətində olmaqla respublikamızın inkişafı başlıca məsələ kimi SSRİ rəhbərliyinin diqqət mərkəzində tutulurdu. Və nəhayət Ulu öndərin sonrakı mərhələdəki fəaliyyəti Onu artıq müstəqil bir dövlətin, müstəqil bir xalqın lideri kimi səciyyələndirməyə imkan verir. Genetik olaraq, liderlik keyfiyyətlərinə və yüksək xarizmaya sahib olan Heydər Əliyev heç kəsin proqnozlaşdıra bilməyəcəyi proseslər baş verərkən, XX əsrin sonlarında bunları proqnozlaşdırmağı, həmçinin, öz yeri və mövqeyini bu proseslərin içində müəyyənləşdirməyi dəqiqliklə bacarırdı. Eyni zamanda, Onun qəbul etdiyi şəxsi qərarlar bir növ Azərbaycan xalqının siyasi qərarlarına çevrilirdi. Ən əsası isə bu qərarlar uzaqgörən və məqsədyönlü, konkret hədəfə doğru istiqamətlənmiş olduğu üçün bizim ümummilli yolumuzu işıqlandıran mayaka çevrildi. Azərbaycan xalqının milli özünüdərkinin bərpası və müstəqillik mübarizəmizin uğurla sona çatması üçün Ulu öndər böyük xidmətlər göstərdi 20 Yanvar faciəsindən sonra Moskvada Azərbaycanın Daimi nümayəndəliyinə gələrək, xalqının ağır günündə onun yanında olduğunu nümayiş etdirən Ulu öndərin bu addımı bütün dünyaya səs saldı. Əslində bu, Azərbaycanın milli dövlətçilik prinsiplərinin elan olunması və hədəflərinin göstərilməsi idi. Əlbəttə ki, Azərbaycan xalqının milli özünüdərkinin bərpası və müstəqillik mübarizəmizin uğurla sona çatması üçün Ulu öndər Heydər Əliyev böyük xidmətlər göstərdi. Baxmayaraq ki, o dövrdə, istər siyasi baxımdan, istər iqtisadi baxımdan, istərsə də mənəvi-psixoloji baxımdan daim məhdudiyyətlər və təzyiqlər altında fəaliyyət göstərirdi. Amma Naxçıvana gələr-gəlməz dərhal Naxçıvan MR Ali Sovetində Azərbaycanın bugünkü bayrağını və eyni zamanda, Azərbaycanın tarixi bayrağını-1918-20-ci illərdə dalğalanmış üçrəngli bayrağımızı, məhz, xüsusi qərarla Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin binası üzərində ucaltdı. Bu addımın özü xalqın milli azadlıq hərəkatına yeni keyfiyyət, yeni ruh və optimizm gətirdi. Hesab edirik ki, bu da tariximizin yaddaqalan, maraqlı və gərəkli səhifələrindəndir. Ondan sonrakı mərhələdə, əlbəttə ki, Ulu öndərin fəaliyyət sferası daha da genişlənməyə başladı. Azərbaycandan ilk dəfə olaraq imperiya əsgərlərinin çıxarılması və bir xarici dövlətlə sərhədlərin qorunmasının özümüzə qaytarılması da Heydər Əliyev erasında tariximizə yazılan qızıl səhifələrdəndir. Müstəqil dövlətimizin tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır Əlbəttə ki, başqa maraqlı bir dövr Azərbaycanda vətəndaş müharibəsinin qarşısının alınması ilə bağlıdır. Bu, olduqca mürəkkəb və təzadlı bir dövr idi. Azərbaycan dövləti parçalanmaq təhlükəsi ilə baş-başa qalmışdı. Həmin dövrə diqqətlə nəzər salsaq görərik ki, Ulu öndər Heydər Əliyev dahi bir dövlət xadimi kimi Azərbaycan dövlətinin və dövlətçiliyinin mənzərəsini çox aydın şəkildə görür və onun struktur formulasını müəyyənləşdirərək nəyin, necə olmasını dəqiq cizgilərlə qura bilirdi. Məhz bunun nəticəsi idi ki, müstəqil Azərbaycan dövləti quruldu. Məhz Ulu öndərin həmin dövrdə həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycan müstəqil dövlət kimi, yəni, formal müstəqil deyil, həqiqi müstəqil dövlət kimi tanınır. O, böyük müəllim, mükəmməl natiq, dahi təbliğatçı idi Ulu öndərin başqa böyük keyfiyyətlərindən biri də Onun böyük müəllim, dahi təbliğatçı və mükəmməl natiq olmasında idi. Heydər Əliyev “ideya, ideologiya və təbliğat” universal üçlük formulasından çox məharətlə istifadə etməyi bacarırdı. O, ideyanı verir, onu ideologiyaya çevirir və həmin ideologiyanın kütlə tərəfindən mənimsənilməsini təmin edirdi. Elə Azərbaycanı birləşdirəcək universal formula olan azərbaycançılıq ideologiyasının da müəllifi, təbliğatçısı və icraedicisi, məhz, Ulu öndərimiz olub. Əslində, bir xalqın vahid ideologiya ətrafında təşkilatlanması üçün illər keçir. Yəni, hər hansı bir ideologiyanın mənimsənilməsi, öyrənilməsi və xalqın həmin ideologiyanın daşıyıcısına çevrilmə prosesi uzun illər, bəlkə də qərinələr, yüzillər aparır. Amma Ulu öndər özünəxas xüsusi çevik üsul və metodlarla bu prosesi elə etdi ki, qısa müddətdə azərbaycançılıq ideologiyası Azərbaycanın başlıca milli-siyasi ideologiyasına çevrildi. Bir qədər sonra isə bu öz müsbət bəhrəsini verdi. Azərbaycanda bu ideologiyanın bərqərar olması və mənimsənilməsi ilə ölkəmizdə etnik separatçılığa son qoyuldu. Heydər Əliyev dövlətin siyasi və ideoloji varisliyini təmin etdi Ulu öndər elə böyük dövlət və siyasi xadimlərdən idi ki, dövlətçiliyin siyasi-ideoloji əsaslarını yaratmaqla bərabər, eyni zamanda, onun varisliliyini də təmin etdi. Hər hansı bir dövlətin var olması üçün mütləq ideoloji-siyasi varislik lazımdır. Əgər bu olmasa, dövlət bir nüfuza, liderə, bir fiziki şəxsə bağlı olduqda, o şəxsin fiziki-bioloji mövcudluğu bitdikdən sonra dövlətin də ömrü bitir. Məhz bunu bilən Ulu öndər dövlətçiliyimizin siyasi-ideoloji varisliliyini də təmin etmiş oldu. Heydər Əliyev üçün biz çoxlu titullar deyə bilərik. Ümummilli lider, Ulu öndər, Azərbaycan Respublikasının siyasi rəhbəri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, müstəqil Azərbaycan Respublikasının Prezidenti və s. Bunlar əlbəttə ki, hamısı bir titul, bir vəzifədir. Amma Heydər Əliyev şəxsiyyəti bütün bunların hamısının fövqündə duran bir nümunədir. Yəni, bu bir həqiqətdir ki, bütün bu vəzifələrdən və titullardan Heydər Əliyev Azərbaycan xalqının milli və dövlətçilik maraqlarının təmin olunması üçün istifadə etdi. O, bir millət mücahidi idi, xalq mücahidi idi, Azərbaycan xalqının böyük mücahidi idi, Azərbaycan xalqını beynəlxalq münasibətlərdə böyük arenaya çıxarmağı qarşısına məqsəd qoymuşdu. Azərbaycan  həqiqətlərini dünyaya çatdırmağı qarşısına məqsəd qoymuşdu. Müstəqil Azərbaycan dövlətinin əbədi olmasını qarşısına məqsəd qoymuş böyük bir mücahid idi. Prezidentlikdən tutmuş digər titul və vəzifələr isə Onun üçün, məhz, bu məqsədləri həyata keçirmək üçün bir mexanizm və vasitə idi. Ona görə də, Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı tərəfindən daima hörmətlə anılacaq. Xalqımız var olduqca O, da yaşayacaqdır.
O, böyük müəllim, mükəmməl natiq, dahi təbliğatçı idi
O, böyük müəllim, mükəmməl natiq, dahi təbliğatçı idi
Ulu öndərin başqa böyük keyfiyyətlərindən biri də Onun böyük müəllim, dahi təbliğatçı və mükəmməl natiq olmasında idi. İstər Şərqdə, istərsə də Qərbdə dahi dedikdə, bir qayda olaraq, qeyri-adi qabiliyyətə malik, intellektual fəaliyyətin bir çox sahələrində uğur qazanmağa qadir ensiklopedik şəxsiyyətlər başa düşülür. Amma xalqların siyasi liderlərə olan tələbləri, gözləntiləri fərqlidir, özünəməxsusluğu ilə seçilir. Şərqdə əsasən şəxsi keyfiyyətlərə önəm verilir, "liderlik liderin şəxsi keyfiyyətlərindən başlayır"  - deyilir. Yalnız o adamlar həqiqi mənada dahi lider  hesab edilir ki, xalqın qəhrəmanı səviyyəsinə yüksəlsin, sözü ilə əməli düz gəlsin, cəsarətli və ədalətli olsun. Qərbdə isə şəxsiyyətin xarizmi və ictimai dəyəri ön plana çəkilir, siyasi fəaliyyətdə milli maraqların üstün tutulması və həyatın cəmiyyətə xidmətə həsr olunması liderliyin əsas şərtləri kimi qəbul edilir. Bu nöqteyi-nəzərdən birmənalı şəkildə demək olar ki, Heydər Əliyev həm Şərq, həm Qərb meyarlarına cavab verən, ümumbəşəri bir fenomen, dahi liderdir.Heydər Əliyev hərtərəfli istedada, ensiklopedik savada malik bir şəxsiyyət idi, öz üzərində işləməyi sevirdi və bacarırdı, bir dəqiqəsini də boş keçirməməyə çalışırdı.  Onun intellektual potensialı, faktiki olaraq, hüdudsuz idi, nəzəriyyənin və təcrübənin bütün sahələrinə nüfuz edə bilirdi. Görəcəyi hər bir işin layihəsi ən xırda detallarına qədər əvvəlcədən beynində hazır olurdu. Öz işi - dövlət rəhbərliyi ilə birbaşa bağlı olan siyasəti, iqtisadiyyatı, dövlət idarəçiliyini, kadrların seçilməsi və yerləşdirilməsi prosesini yaxşı bildiyi kimi, fəlsəfəni, tarixi, ədəbiyyatı və mədəniyyəti də gözəl bilirdi. Dahi liderin müxtəlif sahələrdə, müxtəlif istiqamətlərdə nümayiş etdirdiyi bilik hamını təəccübləndirir və heyrətləndirirdi. Bir-birindən çox uzaq olan müxtəlif bilik və fəaliyyət sahələrində mütəxəssislərlə eyni səviyyədə söhbət aparmaq qabiliyyəti də böyük intellektin, daxili zənginliyin bir təzahürü idi. Heydər Əliyevin dərin fəlsəfi təfəkkür sahibi olması, qeyri-adi uzaqgörənliyi, sözü ilə əməlinin üst-üstə düşməsi Azərbaycan xalqının ümummilli lider təsəvvürləri ilə uyğun gəlirdi. Heydər Əliyevə olan ümumxalq sevgisinin, inamının əsas səbəblərindən biri də bu idi.Heydər Əliyev mahir natiq idi, ana dilini gözəl bilirdi, bəlağətli və aydın danışırdı. Fenomenal yaddaşı və dərin savadı mürəkkəb mətləbləri sadə dillə auditoriyaya çatdırmağa imkan verirdi.  Gözəl psixoloq idi, insanların beyninə və qəlbinə asanlıqla yol tapa bilirdi. Qeyri-adi xarizmi ona istər həmsöhbətləri, istərsə də geniş xalq kütlələri ilə dərhal ünsiyyət qurmağa və onları öz arxasınca aparmağa imkan verirdi. Öz gücünə əmin idi, fikirlərini, ideyalarını xalqa daha çox çıxışlarında, məruzələrində, birbaşa ünsiyyət vasitəsilə çatdırmağa üstünlük verirdi. Heydər Əliyev miqyaslı siyasətçi idi, yerli hadisələrə regional, regional hadisələrə beynəlxalq, beynəlxalq hadisələrə isə planetar maraqlar çərçivəsində baxmağı bacarırdı. Heydər Əliyev “ideya, ideologiya və təbliğat” universal üçlük formulasından çox məharətlə istifadə etməyi bacarırdı. O, ideyanı verir, onu ideologiyaya çevirir və həmin ideologiyanın kütlə tərəfindən mənimsənilməsini təmin edirdi. Elə Azərbaycanı birləşdirəcək universal formula olan azərbaycançılıq ideologiyasının da müəllifi, təbliğatçısı və icraedicisi, məhz, Ulu öndərimiz olub. Əslində, bir xalqın vahid ideologiya ətrafında təşkilatlanması üçün illər keçir. Yəni, hər hansı bir ideologiyanın mənimsənilməsi, öyrənilməsi və xalqın həmin ideologiyanın daşıyıcısına çevrilmə prosesi uzun illər, bəlkə də qərinələr, yüzillər aparır. Amma Ulu öndər özünəxas xüsusi çevik üsul və metodlarla bu prosesi elə etdi ki, qısa müddətdə azərbaycançılıq ideologiyası Azərbaycanın başlıca milli-siyasi ideologiyasına çevrildi. Bir qədər sonra isə bu öz müsbət bəhrəsini verdi. Azərbaycanda bu ideologiyanın bərqərar olması və mənimsənilməsi ilə ölkəmizdə etnik separatçılığa son qoyuldu.
Bu Bölmənin Digər Xəbərləri
YAZARLAR