KEYFİYYƏTLİ REKLAM XİDMƏTLƏRİ ( Reklamınız 7/24 yayımda olacaq) Bizimlə əlaqə: (012) 511-53-15 , (077) 333 18 33.Ölkəmizdə söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur !!


Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Saakaşvilidən Məmmədovun təyinatına reaksiya
Türkiyə Yaxın Şərqdən qalib çıxdı - Makron
ETSN: Xəzər dənizində dalğanın hündürlüyü 4,8 metrə çatıb - FAKTİKİ HAVA
Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Gəncədə vətəndaşları qəbul edəcək
“Rəsulzadə ilə Şaumyanın elə mükalimələri var ki…”
“Rəsulzadə ilə Şaumyanın elə mükalimələri var ki…”
Teleqraf.com saytının “Brifinq” layihəsinin növbəti qonağı Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohididir. Onunla 100 il öncə bu günlərdə baş verən hadisələr – Bakının işğalı, işğaldan azad edilməsi və az sonra baş verən proseslər mövzusunda həmsöhbət olmuşuq. (I HİSSƏ) Rəsulzadənin bu istəyi bolşevikləri narahat edir Səxavət Həmid: – Solmaz xanım, Bakının işğaldan azad olunmasından danışır və yazırıq, ancaq Bakını kimlərin işğal etdiyinin üzərindən adətən səthi keçirik. Ona görə də gəlin, əvvəldən başlayaq. Bakını kimlər işğal etmişdi? Bu prosesin əsas hərəkətverici qüvvəsi kim idi? – 1917-ci ildə monarxiyanın devrilməsi ilə bütün Rusiya imperiyası ərazisində ictimai-siyasi vəziyyət dəyişdi. Bütün siyasi qüvvələr, o cümlədən Azərbaycan milli qüvvələri aktivləşdi. Ümumiyyətlə, 1917-ci il azərbaycanlılar üçün çox əlamətdar bir ildir. Aprel ayında Bakıda Ümumqafqaz Müsəlmanlarının Qurultayı keçirilir. Bir ay sonra – mayın 1-dən 11-dək isə Moskvada Ümumrusiya Müsəlmanlarının Qurultayı baş tutur. Bu qurultaylarda yollar axtarılır. Yəni, Rusiya məmləkəti dağılıb, monarxiya devilib, bəs bundan sonra nə olacaq? Çünki bunlar Rusiya imperiyasının təbəələridir. Hər iki qurultayda çox məsələ müzakirə olunub. Ancaq əsas məruzəni Məmməd Əmin Rəsulzadə edib. Məmməd Əmin və onun arxasında dayanan Türküstan, başqırd nümayəndələri hesab edirdilər ki, Rusiya demokratik-federativ bir respublika olmalıdır və bütün bu xalqlara da həmin respublikanın tərkibində milli-ərazi muxtariyyəti verilməlidir. Əslində, bu ərazini ayırmaq dövlətçiliyin əsasını qoymaq idi. Rusiyanın mərkəz ərazilərində yaşayan tatarlar, osetinlər isə milli-mədəni muxtariyyət istəyirdilər. Çox təəssüf ki, bizim də bir qrup islamçılar – “İttihad” Partiyası və sosialistlər də ərazi muxtariyyəti ideyasına qarşı çıxırlar. Qurultaylarda mübahisələr düşür. Hər iki qurultayda Məmməd Əminin irəli sürdüyü tezis qalib gəlir. Sual oluna bilər ki, bunları niyə danışıram? Çünki bunlar işğala gətirən məqamlardır. Ərazi muxtariyyəti söhbəti ta 1918-ci ilin mart hadisələrinədək qüvvədə olub. Yəni, Azərbaycan milli qüvvələri siyasi səhnəyə gəlib və dağılan bu imperiyada özlərinə milli-ərazi muxtariyyəti adlı bir dövlət quruluşu yaratmaq istəyirlər. Bax, bu istək ilk növbədə bolşevikləri narahat edir. Rusiyada qurulan Müvəqqəti Hökumətə gəldikdə isə onlar hələ idarəçilik yaradır, ən azı bir müddət Rusiyadan kənara çıxmaq söhbətlərini yaxına buraxmırdılar. Bu mənada Müvəqqəti Hökumətin ərazi muxtariyyəti qurmaq istəyən azərbaycanlılarla işi yox idi. Bakının işğalının əsası 1917-ci ildə qoyulur Ancaq elə ki, bolşeviklər hakimiyyətə gəlir, onlar əvvəla, bütün keçmiş Rusiya ərazisini bərpa etmək, ikincisi isə Bakı neftini ələ keçirmək istəyirlər. Rusiya boğulur, bolşeviklər hakimiyyətə gəlir, bir azdan vətəndaş müharibəsi başlayacaqdı. Bax, Bakının işğalının əsası 1917-ci ildə qoyulur. Bolşeviklər 1917-ci ilin dekabrın 27-29-u tarixlərində verdikləri xüsusi bir dekretlə Qafqaz üzrə fövqəladə komissar Stepan Şaumyanı Cənubi Qafqazda sovet hakimiyyətini qurması üçün bu bölgəyə göndərirlər. Üstəlik, ona tapşırıq verirlər ki, Türkiyəyə də gedib, orda ermənilər üçün bir dövlət qursun. Yəni, bolşeviklərin bu ikili siyasətinə fikir verin. Onlar ermənilərə dövlət qurulması haqqını tanıyır, hələ üstəlik onlara kömək də göndərir. Amma azərbaycanlıların belə bir haqqı tanınmır. Şaumyan əvvəl Bakıya gəlir, sonra Tiflisə gedir. Çünki əvvəlcə söhbət bütün Cənubi Qafqazda sövet hakimiyyətinin qurulmasından gedirdi. Tiflisdə güclü gürcü menşevikləri vardı. Tiflis onların əlində idi. Gürcülər II İnternasionalın üzvü idilər, dünyada tanınır, çox böyük dəstəkləri vardı. Şaumyan orda qarışıqlıq yaratmağa, canişinlik binasını tutmağa çalışır. Aleksandrovski bağında yerli ermənilərin iştirakı ilə nümayiş keçirirlər. Gürcülər çox qətiyyətli mövqe tutur. Onlar nümayiş iştirakçılarına toplardan atəş açır, nümayiş dağıdılır, iştirakçılardan ölənlər olur. Şaumyanın isə həbsinə qərar verirlər. Şaumyan həbsdən qaçır və Bakıya gəlir. Bakıda artıq belə bir qüvvə yoxdur. Düzdür, Tiflis də beynəlmiləl şəhər idi. Amma gürcülər orda hakimiyyəti öz əllərinə almışdılar. Bakıda Fətəli xan Xoyskinin başçılıq etdiyi yerli özünüidarə komitəsi var. Bütün partiyalar da açıq fəaliyyət göstərir. Hərə bir tərəfə çəkir. Burda da Bakı Soveti deyilən bir qurum yaranıb. Onun tərkibinə əvvəl sosialistlər daxil olub, sonra isə bolşeviklər Bakı Sovetini ələ keçirirlər. Bir daha vurğulamaq istəyirəm ki, bolşeviklərin Bakını ələ keçirməkdə xüsusi məqsədi Bakı nefti ilə bağlı idi. Bundan əvvəl isə Müvəqqəti Hökumət 1918-ci ilin yanvarın 5-nə Ümumrusiya Müəssislər Məclisinə seçkilər təyin etmişdi. Bütün bu məsələlər də orda həll edilməli idi. Cənubi Qafqz üzrə keçirilən həmin seçkilərdə gürcülərdən sonra azərbaycanlılar ikinci yerə çıxmışdı. Bütün Cənubi Qafqaz üzrə gürcülər 27, azərbaycanlılar isə 25,1 faiz səs toplamışdı. Azərbaycanlıların aldığı səslərin 65 faizi Müsavat Partiyasının payına düşürdü. Bolşeviklər isə Cənubi Qafqaz üzrə cəmi 3 faiz səs toplayaraq 10-cu yeri tutdular. Qüvvələr nisbəti məlum olduqdan sonra azərbaycanlılara milli hökumət qurmaq hüququ vermək lazım idi və buna gedilirdi. Bax, bolşeviklərin məqsədi o idi ki, ilk növbədə azərbaycanlılara o hüquq verilməsin. 1918-ci ilin mart qırğınlarının və Bakının işğalının da səbəbi Azərbaycanda azərbaycanlıların hakimiyyətə gəlməsinə, yəni, onlara milli hökumət qurmasına imkan verməmək idi. Şaumyanla Məmməd Əminin elə mükalimələri var ki… Ümumrusiya Müəssislər Məclisinin taleyini də bilirsiniz. Bütün Rusiya üzrə bolşeviklər 23,9 faiz səs toplaya bildilər və məclisdə üstünlüyü 62 faizdən çox səs toplamış eser və menşeviklər bloku əldə etdi. Bu tərkibdə işə başlayan Ümumrusiya Müəssislər Məclisi bolşevik platformasında durmadığı üçün bolşeviklərin bir gün sonra verdiyi dekretlə buraxıldı. Müəssislər Məclisi buraxılandan sonra Cənubi Qafqazdakı qüvvələr artıq bolşevik hakimiyyətini qəbul etmədilər və dedilər ki, biz ayrılırıq. Müəssislər Məclisinə seçilən deputatlar yığışıb Zaqafqaziya Seymini yaratdılar və idarəçiliyi öz üzərlərinə götürdülər. Seym yaranandan sonra Şaumyan “Bakinski raboçi” qəzetində yazırdı ki, burada özlərinin xan-bəy hökumətini yaratmaq istəyən Azərbaycan milli qüvvələri bir yığın xarabalıqlar alacaqlar. Məmməd Əminlə onun elə mükalimələri var ki… Məmməd Əmin onu oxuyur, yaxşı-yaxşı cavablar verir. Yəni, qəzetlərdə böyük bir fikir, həyatda isə əməl mübarizəsi gedir. Bütün bu fikir və əməl mübarizəsi, bu mübarizədə bolşeviklərin məğlub olması isə mart hadisələrinə gətirib çıxarır. Bolşeviklər başa düşürlər ki, Bakıda hakimiyyəti yalnız silahlı yolla ala bilərlər. Böyük hazırlıq gedir. Xalq bundan xəbər tutur. Mart hadisələrinin sonluğu o oldu ki, Bakı şəhəri tamamilə işğal olundu. Bakı ilə eyni gündə Şamaxı görünməmiş soyqırıma məruz qalıb. Bakı, Quba qırğınları onun yanında şükürlü olub. Yeganə şəhərdir ki, yerlə-yeksan edildi. Şamaxı soyqırımında molokanların böyük rolu var Qurban Yaquboğlu: – Mövzudan uzaqlaşmaq olmasın, amma “niyə Şamaxıya qarşı elə amansız olublar” sualını verməkdən özümü saxlaya bilmədim… – Xüsusi səbəb odur ki, Şamaxıda erməni kəndləri çox idi. Şamaxıda elə bir müqavimət də göstərilməyib. Şəhərə iki dəfə yürüş olub. Birinci yürüş Bakı ilə eyni gündə başlayıb və 4 gün davam edib. Birinci yürüş vaxtı məscidlərə toxunmayıblar. İsmayıl xan Ziyadxanov Gəncədən 800 atlı ilə şamaxılıların köməyinə gəlib, sonra ermənilərin dalınca Mədrəsəyə gedib. Ermənilər hamısı Mədrəsədən qaçıb molokanların yaşadığı Hilmilli kəndinə gediblər. Şamaxının o hala düşməsində molokanların böyük rolu var. Stepan Lalayevin başçılığı ilə 3 min nəfərlik toplu-tüfəngli qoşun Bakıdan Şamaxıya gəlib. O qoşunun qarşısında Ziyadxanovun 800 nəfərlik atlısı nə edəcəkdi? Gəlib deyib çıxın, bunlar da çıxıblar. O Lalayev də zalımın biri olub. Özü də şamaxılıdır. Ata-anasını da onun 12 yaşı olanda – 1905-ci ildə müsəlman-türk müharibəsi zamanı öldürüblər. Yəni, Şamaxı kimi bir faciə olub. Ordan Göyçay qəzasına keçiblər. Kürdəmir qəsəbəsini dağıdıblar. Cavad qəzasında da qırğınlar olub. Lənkərana da giriblər. Ancaq rus sərhəd qoşunları qaldığı üçün ayrı-ayrı kəndləri topa tutmaqla kifayətlənməli olublar. Beləliklə, Bakı quberniyası bütünlüklə işğal olunub. Mart qırğınları başa çatandan sonra bolşeviklər Bakı Soveti əvəzinə yeni hakimiyət qurumu olan Bakı Komunnasını yaratdılar. Türklər gəlməsəydi, Azərbaycan olmayacaqdı S.Həmid: – Bəs, Bakının azad edilməsi prosesi necə başladı? – 1918-ci ilin martın sonu, aprelin əvvəlində Azərbaycan milli qüvvələri bu hadisələrin hara getdiyini başa düşürdülər. Başa düşürdülər ki, türklərlə əməkdaşlıq, onların köməyi olmasa, Azərbaycanın aqibəti ağır olacaq. Gəncədə də bir qədər başqa ab-hava var idi. Artıq o aylarda Nəsib bəy Yusifbəyli Nağı bəy Şeyxzamanlını, Aslan bəy Səfikürdskini çox çətinliklə Trabzona göndərir. Ordakı türk qoşunlarına müraciət edirlər ki, gəlin, Azərbaycana yardım edin. Ancaq bunlar hələ ki, şəxsi müraciətlər idi. Türklər özləri də gəlmək istəyirdilər. Onlar düşünürdülər ki, meydan açılıb, daha rus qoşunu-filan yoxdur, böyük bir Turan dövləti yaratmaq ideyası da ortadadır və Azərbaycan da o Turan dövlətinin bir hissəsidir. Bu, bizim milli qüvvələrin, xüsusilə Məmməd Əminin sayıqlığı nəticəsində baş tutmadı. Ancaq bu da faktdır ki, türklər gəlməsəydi, Azərbaycan olmayacaqdı. Bu, yüz faiz idi. Bakı isə artıq yoxdur. İyunun 10-da bolşeviklər 16 minlik qoşunla Gəncənin üstünə gedirlər. Q.Yaquboğlu: – Nuru paşanın gəlişi necə baş verdi? – Trabzon danışığının nəticəsi olaraq mayın 25-də Nuru paşa artıq Gəncədə idi. O, 300 nəfərlə gəlmişdi. Onunla danışıq aparan qüvvələr inandırmışdılar ki, bizə zabitlər və silah-sursat lazımdır. Özümüz isə 30 min əsgər verəcəyik. Səfərbərlik keçirildi, cəmi 37 nəfər yığıldı – Amma verə bilmədik… – Gəldilər, səfərbərlik keçirdilər. Cəmi 37 nəfər yığıldı. Nuru paşanı Nəsib bəy Yusifbəyligil dəvət etmişdilər. Onlar da düşünürdülər ki, Azərbaycan bizimkidir. Bir az Turan əhval-ruhiyyəsi var idi. Ancaq sonra Zaqafqaziya Seymi səviyyəsində də rəsmi müraciət edildi və Batum müqaviləsinin IV maddəsi ilə rəsmiləşdi. Həmin maddədə göstərilirdi ki, ehtiyac yarandığı təqdirdə Osmanlı dövləti Azərbaycana hərbi köməklik edəcəkdir. Bunun kökündə İrəvanı ermənilərə vermək şərti var idi. Şərt qoyulmuşdu ki, Bakının azadlığı İrəvandan keçir. Yəni, o şəhər birbaşa təzyiq altında güzəştə gedilib. Amma real olaraq şəhərdə hakimiyyət ermənilərin əlində idi. Türklər gəlib gördülər ki, azərbaycanlıların cəmi 600-800 nəfərlik qoşunu var. Yəni, ordu yaratmaq üçün yetərli sayda əsgər yoxdur. Burdan İstanbula nə qədər kiçik və orta zabit heyəti, nə qədər silah-sursatın göndərilməsi ilə bağlı məktublar yazıldı. 10 min dəst əsgər geyimi, nə qədər at, nə qədər dəvə, nə qədər səyyar əsgər mətbəxinin göndərilməsi ilə bağlı məktublar göndərildi. Bakının azad edilməsi istiqamətində böyük bir əməliyyat başladı. Onlar Turan fikri ilə yaşayırdılar – Əməliyyat Gəncədən başlayır? – Yox, Gəncədən başlamır. Türklər Gəncəyə gələndən sonra – iyunun 17-18-də şəhərdə məşhur ağır iclas olur. Əlimərdan bəy Topşubaşov bir az sonra gəlir. Bolşeviklər onu tutmuşdular, o, Bakıda həbsə idi. Sonra həbsdən qaçır və Gəncəyə gəlir. Azərbaycan cəmiyyətinə misilsiz xidmətlər göstərən böyük mütəfəkkirimiz, alimimiz Əhməd bəy Ağayev o dövrdə qatı türkçü idi. O və Əli bəy Hüseynzadə ancaq Turan fikri ilə yaşayırlar. – Nuru paşa ilə birgə o da Azərbaycana gəlmişdi... – Bəli, mülki işlər üzrə müşavir qismində gəlmişdi. Onlarla Məmməd Əmin Rəsulzadənin fərqi nədə idi? Məmməd Əmin o dövrdə başa düşürdü ki, Osmanlı dövlətinin türk dünyası yaratmaq imkanları yoxdur. Yazılarında da bu var. Başa düşür ki, yavaş-yavaş bunlardan ayrılmaq lazımdır. Trabzona, Batuma gedən nümayəndə heyətləri deyirmişlər ki.... – Deyəsən, heç hökuməti də tanımırlar... – Heç birini tanımır. Bunlara deyirlər ki, sizə istiqlal bəyannaməsi qəbul etməklə, müstəqil dövlət yaratmaqla bağlı heç kim səlahiyyət verməyib. Azərbaycanlılar müstəqil yaşaya bilməzlər, ona qadir deyillər. Nuru paşa təbii ki, bu fikirləri söyləyənlərin arxasında dayanırdı. Ancaq deyirdi ki, mənlik deyil. Mən hərbçiyəm, gedin özünüz həll edin. Halbuki, ideya da 100 faiz ondan gəlir. Mülkədarlar da hesab edirlər ki, cümhuriyyətçilər çox demokratikdir, nəyimizə lazımdır. O boyda dövlət var (Osmanlı imperiyası nəzərdə tutulur-S.Həmid), gedib onlara birləşək. Mindən artıq imza toplanır. Aprel-may aylarında isə Trabzona, Batuma dəstə-dəstə nümayəndə heyətləri gedirmiş ki, bizi qəbul edin, Osmanlıya birləşmək istəyirik. Məmməd Əmingil ordan bura – Nəsib bəyə və digərlərinə məktublar yazırlar ki, bunları yığışdırın, bu adamların qabağını alın, qoymayın gəlsinlər. Yəni, Osmanlıya birləşmək məsələsi bu dərəcədə ciddi idi. Mən bu il həmin günlərdə Gəncədə idim. Onlar “Azərbaycan Milli Şurasının ilk iclası burda keçirilib” deyərək bunu çox təntənəli surətdə qeyd edirdilər. Mən dedim, elə ən ağır iclası da burda keçib. – Ağırlıq nədə idi? – Ağırlıq istiqlalın, müstəqil Azərbaycan taleyinin həll olunmasında idi. Təklif olunur ki, gedin Milli Şuranı da, hökuməti də buraxın, qurtardı, hamımız birləşirik. Bunu Nuru paşa özü demirdi, Əhməd bəy Ağayev deyirdi. Bilirsiniz bu fikirlərin qabağını Azərbaycan milli qüvvələri nə ilə alıblar? Başa salıblar ki, siz elə bir iş etsəniz, yəni, Milli Şura və hökuməti buraxmaq məsələsi olsa, Osmanlı hətta, Bakını azad etsə, bu, türk-Osmanlı ordusunun Azərbaycanı işğalı kimi qəbul olunacaq. Türklərin qarşısını bu arqument saxlayıb. Əks təqdirdə yüzdə yüz Azərbaycan Osmanlı dövlətinə birləşdiriləcəkdi. – Həm də çox mürəkkəb dövr idi... – Həm çox mürəkkəb dövr idi, həm də bunların nöqteyi-nəzərləri var idi. Ona görə də qınamaq olmaz. Burda hər kəsin gələcəklə bağlı özünün mövqeyi var idi. Şəxsi maraqdan söhbət getmirdi. Məsələn, Nəriman Nərimanov. Onu qınayaq ki, sən niyə bolşevik idin? Nəzəri o idi ki, xilas yolu budur. Nə yaxşı ki, bizim tariximizdə Nərimanov var. Nərimanov olmasaydı, biz də, sovet Azərbaycanı da yox idi. – Ancaq bütün hallarda Milli Şura hökuməti buraxsa da, özünü buraxmadı... – Yox, Milli Şura hökuməti buraxmayıb. Özünü buraxıb. Türklərlə kompromisə gəlinir ki, ən azı hökumət qalsın, hökumətin səlahiyyətləri genişləndirilsin, Milli Şuranın müəyyən səlahiyyətləri ona verilsin. Ancaq istiqlal söhbətini dəyişmək hüququ verilmir. Yəni, istiqlal qalır. Milli Şura buraxılan kimi hökumət də buraxılır, sonra ikinci hökumət formalaşdırılır. Bu kimi səbəblər üzündən 23 ay ərzində 5 dəfə hökumət dəyişilir. 23 ay ərzində 5 hökumətin dəyişilməsini onların başına qaxınc etmək lazım deyil. Baxmaq lazımdır ki, hansı şəraitdə bu hökumətlər buraxılır, yeni kabinetlər təşkil olunurdu. Yeni hökumətin təşkilini Fətəli Xan Xoyskiyə tapşırırlar. Yeganə məqsəd vardı - hamının fikri Bakının azad edilməsinə yönəlir. Milli Şuranın iclası iyunun 17-18-də olur. Elə həmin günlərdə bolşevik qoşunları dəmiryolu ilə gəlib Hacıqabula çıxırlar. Ermənilər Gəncədə 15 türk əsgərini öldürür S.Həmid: – Əməliyyat necə başlayır? – Gəncənin bir tərəfi, çayın bir üzü erməni məhəllələridir. Nuru paşanın ilk əməliyyatları orda olur. Bilir ki, erməni əhalisi hamısı silahlıdır. Onlara silahları təhvil verməyi təklif edir. Onlar təbii ki, razı olmurlar. Bir az əsgər göndərilir. Həmin əsgərlərdən 15 nəfərini ermənilər bağların içində öldürür. Bundan sonra türklər tamamilə o məhəllələrin içinə girib onları saf-çürük edirlər, öldürdüklərini öldürür, öldürmədiklərini tamam tərksilah edib zərərsizləşdirirlər. Yelenendorfdakı almanlar da ermənilərə dəstək olurlar Sonra məlum olur ki, Gəncə yaxınlığındakı Yelenendorf alman yaşayış məntəqəsi də silahlanıb, 4 ədəd də topları var. Biz bunu çox zaman demirik. Ancaq mən bu barədə məlumatlara rast gəldim və yazdım. Ancaq almanların silahlanması bir qədər özünümüdafiə xarakteri daşıyır. Təbii ki, qeyri-müsəlmanlar ermənilərin yanındadırlar. Türklər Yelenendorfdakı almanlarla danışıqlar aparırlar. Deyirlər, ya tərksilah olursuz, silahlarınızı alırıq, sizə dəymirik, ya ayrı yolla sizi tərksilah edirik, ya da silahlarınızı saxlayıb bizim tərəfimizə keçirsiniz. Almanlar da ağıllı xalqdır, başa düşürlər ki, burda ayrı söhbət ola bilər. Öznümüdafiə dəstəsi kimi qalırlar, qismən də bu qoşunla əməkdaşlıq edirlər. Gəncədən qurtardıqdan sonra türklərin məqsədi bolşevikləri Yelizavetpol quberniyasının ərazisinə buraxmamaqdan ibarət olur. Türk ordusu işğal olunmuş Bakı quberniyasının sərhədinədək özü gəlir. Bundan sonra artıq döyüşlər başlayır. İlk döyüş Göyçayın Qaraməryəm kəndi yaxınlığında olur. Dörd günlük bu döyüş çox ağır keçir. Türk qoşunları ilk döyüşdə məğlub olublar. Hansısa məqamları düz hesablamayıblar. Elə orda 200-dən çox itki veriblər. Türk əsgərlərinin ilk qəbirləri Göyçayda, Kürdəmirdə yaranır. Onları elə ordaca dəfn edirlər. Özü də çox şəhidləri islam qanunlarına görə döyüşdə şəhid olduqları üçün kəfənə sarımırlar, qanlı paltarları ilə dəfn edirlər. Yəni, bu hallar da olub. Beləliklə, artıq Bakının azadlığı başlayır. İki xətt ayrılır. Kürdəmir-Hacıqabul dəmiryolu ilə Azərbaycan orduları gedir. Şamaxı yolu ilə isə Nuru paşa, Xəlil paşa, Mürsəl paşanın orduları. Ərazilər alındıqca türk ordusunun vəziyyəti mürəkkəbləşir. Təchizat qalır arxada, bunlar isə tutaq ki, 100 kilometr irəliləyib. Su yox, yemək yox, çox ağır bir şəraitdə irəliləyirlər. Şamaxıda Amazasp Srvantstyanın qoşunları var, Anastas Mikoyan onların siyasi rəhbəridir, xeyli də molokan gətirib töküblər. O molokanlar ki, onların dini inancına görə, ümumiyyətlə hərbi işlərə qoşulmağa ixtiyarları yoxdur. Şamaxıda türk ordusuna çox güclü müqavimət göstərilir. Bu proses zamanı türklər molokanlara deyirlər ki, ya yığışıb gedin, ya da sizin hamınızı qıracaq və ya tərksilah edəcəyik. Bunların böyükləri gəlir, molokanlar hamısı silahlarını qoyub qaçırlar və ailələrinin yanında otururlar. Bu zaman bolşevik ordusu yavaş-yavaş dağılmağa başlayır. Şamaxı şəhəri dağılıb, amma kəndlər ermənilərin əlindədir. Camaat kəndinə qayıtmaq istəyir, ermənilər bir də girib öldürürlər, əllərində nə varsa, alırlar. Nə qədər kənd o döyüşlər zamanı dağıdılıb. Türk ordusu kənd-kənd onları ermənilərdən alır. Şamaxı ilə Bakı arasında yol başlayanda Amazasp qoşununu qoyub Bakıya qaçır. Onun ardınca da qoşunu qaçır. Belə olduğunu gördükdə Mikoyan Şaumyana məktub yazır ki, “o, xaindir, onu tutub güllələmək lazımdır”. Şamaxı tamamilə təmizlənir, ancaq qoşun qaçdığı üçün onu tam məhv edə bilmirlər. Onlar artıq Bakıya yığılmağa başlayır. Avqustun 5-də artıq türk ordusu Bakıya yetişir və Qurd Qapısı yaxınlığında dayanır. Ancaq silah-sursat yoxdur. Güllə atmağa ancaq döyüş vaxtı icazə verilir. Görəndə ki, gülləsiz döyüşmək mümkündür, süngü döyüşü başlayırdı. Ona görə də Bakının alınması 40 gün ləngiyir. Q.Yaquboğlu: – Demək olar ki, əlavə kömək gözləyiblər... – Həm əlavə qüvvə gözləyiblər, həm də bir az dincəlmək, güc toplamaq istəyiblər. Baqratuni Şaumyana deyir ki, artıq sənin ordunda entuziazm qalmayıb S.Həmid: – Bu vaxt Bakıda vəziyyət necə idi? – Bu vaxt Bakıda vəziyyət son dərəcə gərgin idi. Bolşevik hökuməti tamamilə böhran içində idi. Bir-iki dəfə eserlər bunları devirmək istəyir, sonra fikirlərindən daşınırlar. Şəhərdə aclıq hökm sürür. Mart hadisələrindən sonra onsuz da müsəlman əhalisi arasında böyük aclıq və xəstəlik var idi. Bolşeviklər şəhəri qida və digər zəruri vasitələrlə təmin edə bilmirlər, neft pulsuz daşınır. Belə bir ağır məqamda digər tərəfdən də müharibə gedir. Bolşeviklərin öz arasında böyük bir münaqişə yaranır. Yeganə çıxış yolunu ingilislərin dəvət olunmasında görürlər. İngilislər də İranın Ənzəli limanında hazır dayanıblar və bütün prosesləri izləyirlər. – Həmin vaxt Bakıda hakimiyyət dəyişikliyi də baş verir... – Bu məlumatı mən erməni mənbəyindən götürmüşəm və bolşeviklərin hakimiyyəti necə təhvil vermələrinə dair tamamilə alternativ fikirdir. Bütün erməni qoşunlarının komandanı, çar ordusunun general-mayoru olmuş Yakov Baqratuniyə 1918-ci il martın 15-də Bakıda sui-qəsd edilmişdi, onun ayağını amputasiya etmişdilər. Yeri gəlmişkən, onu da deyim ki, general Baqratuni sonradan Sentrokaspi Diktaturası tərəfindən hərbi nazir təyin olunur. Bakı azad olunan günün səhərisi – sentyabrın 16-da erməni silahlı birləşmələri ilə birgə Ənzəliyə qaçır. O, axsaya-axsaya özünü zorla gedib gəmiyə çatdırır. İyulun 26-27-də hamı onun yatağının başına – hospitala yığışır. Yəni, məsələni kabinetlərdə yox, hospitalda müzakirə edirlər. Bakı Komunnasının rəhbərliyi – Şaumyan, Prokofi Çaparidze, Şvaldayev və bütün erməni daşnak qüvvələr yığışıblar. Erməni mənbəyində iclasda iştirak edənlərin hamısının adları var. İngilislərin çağırılması məsələsi müzakirə olunur. Baqratuni soruşur ki, nə qədər ehtiyatınız var? Şaumyan cavab verir ki, 1000-1500 nəfər adamımız var. Baqratuni cavab verir ki, çox azdır. Biz bu sayda adamla türk ordusunun qabağında dayana bilmərik. Kimə ümid edirsiz? Şaumyan deyir ki, Moskvadan kömək gözləyirik. Sonradan doğrudan da Moskvadan Qriqori Petrovun qoşunu köməyə gələcəkdi. Özü də Lenin onu Ukrayna cəbhəsindən çıxararaq Bakıya göndərir. Bakının azad olunması həm də bu səbəbdən ləngiyir. Baqratuni Şaumyana deyir ki, artıq sənin ordunda entuziazm, qələbə ruhu qalmayıb. Əgər qələbə ruhu olsaydı, hətta bu qüvvələrlə də Bakını saxlamaq mümkün olardı. Bakını da bunlar öz şəhərləri bilirlər. Hesab edirlər ki, türk ordusu işğala gəlir. “Nə etmək” sualı üzərində baş sındırırlar. Daşnaklar deyirlər ki, ingilisləri çağırmaqdan başqa çarəmiz yoxdur. Şaumyan deyir, ingilisləri heç bir vəchlə çağıra bilmərik. Belədə onların cəbhəsində vəziyyət son dərəcə gərginləşir. Həmin iclasda Şaumyana deyirlər ki, ingilislərin gəlişini istəmirsən, özün də döyüşməyə qadir deyilsən, o zaman hakimiyyətdən get. Şaumyan buna razılaşır və deyir ki, mən hakimiyyətdən gedirəm. İyulun 31-də Bakı Komunnası hakimiyyətdən gedir və Sentrokaspi, yaxud Mərkəzi Xəzər diktaturası deyilən qarışıq bir hökumət yaranır. Bu hökumətin üzvü olan 2 erməni dərhal Ənzəliyə gedərək Britaniya ordusunun general-mayoru Lionel Denstervillə danışıq aparırlar. Onlar ingilis qüvvələrini Bakıya dəvət edirlər. Q.Yaquboğlu: – Sentrokaspi hökumətinin başçısı kim olur?
Prokuror və köməkçisinin işi – Məhkəmədə
Prokuror və köməkçisinin işi – Məhkəmədə
İsmayıllı rayonunun sabiq prokuroru Ülvi Abbasov və prokurorunun böyük köməkçisi Faiq Quliyevin cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İ̇nsanhuquqlari.az xəbər verir ki, cinayət işi araşdırılması üçün hakim Rəşid Hüseynovun icraatına verilib. Hazırlıq iclası sentyabrın 18-nə təyin edilib. Qeyd edək ki, İsmayıllı rayon prokurorunun böyük köməkçisi Faiq Quliyevin qanunsuz əməlləri barədə daxil olmuş vətəndaş müraciəti əsasında baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Araşdırma zamanı Faiq Quliyevin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar “İsmayıllı Tikinti-27” ASC-nin idarə heyətinin sədri Azad Əliyevdən sonuncuya məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanmaması üçün, yəni edəcəyi qanunsuz hərəkətlərə görə 14 iyul 2018-ci il tarixdə, İsmayıllı rayon prokurorluğunun inzibati binasında külli miqdarda pul vəsaitini rüşvət kimi şəxsən Azad Əliyevdən almasına əsaslı şübhələr müəyyən edilib. İstintaq zamanı, həmçinin Faiq Quliyevin 17-18 iyul tarixlərində Qalib Süleymanova məxsus karxananın fəaliyyəti ilə bağlı aparılmış araşdırma zamanı sonuncunun cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində İsmayılli rayon prokurorluğunun inzibati binasında ondan külli miqdarda rüşvət almasına da əsaslı şübhələr müəyyən edilib. Faiq Quliyevin rayon prokurorluğunda olan xidməti otağına baxış keçirilərkən seyfdə rüşvət kimi aldığı pul vəsaiti aşkar edilərək maddi sübut kimi götürülüb. İş üzrə Faiq Quliyevə Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma ) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Aparılmış xidməti yoxlama zamanı İsmayıllı rayon prokuroru Ülvi Abbasov və prokurorun böyük köməkçisi Faiq Quliyev tərəfindən vətəndaşlarla qeyri-prosessual münasibətlərə daxil olmaqla xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edilməklə “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunlarının, Baş Prokurorluq üzrə müvafiq əmrlərin, eləcə də “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərinin kobud şəkildə pozulması hallarına yol verilməsi müəyyən edilib. Eyni zamanda, istintaqın hərtərəfli, tam və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş prokurorunun 25 iyul 2018-ci il tarixli əmri ilə F.Quliyev prokurorluq orqanlarından xaric edilib, rayon prokuroru Ü.Abbasov isə vəzifədən azad olunub. Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Ülvi Abbasovun barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham elan edilib.
Tanınmış jurnalistə ev verildi
Tanınmış jurnalistə ev verildi
Axar.azAZRUENآذ Tanınmış jurnalistə ev verildi 12 Punto 14 Punto 16 Punto 18 Punto Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən tanınmış jurnalist, "CBC Sport" kanalının Xəbərlər Departamentinin şef redaktoru Rövşən Binnətliyə ev verilib. Insanhuquqlari.az xəbər verir ki, bu barədə məlumatı jurnalist özü qeyd edib. O bildirib ki, mənzil məcburi köçkünlər üçün “Qobu-Park”da inşa edilmiş yaşayış kompleksindən verilib: “Bu dəqiqələrdə həyatımda baş verən ən önəmli hadisələrdən birinin sevincini yaşayır və hisslərimi sizinlə bölüşmək istəyirəm. Bir az əvvəl mənə məcburi köçkünlər üçün “Qobu-Park”da inşa edilmiş yaşayış kompleksindən mənzil verildi. Bu, qismət olarsa, yaxın vaxtlarda qeyd edəcəyim 60 illik yubileyimə ən böyük hədiyyədir. Buna görə müraciətimə son dərəcə həssaslıqla yanaşan və müsbət cavablandıran Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya ailəm adından sonsuz təşəkkür edir, minnətdarlığımı bildirirəm. Daha bir mühüm məqamı vurğulamağı özümə borc bilirəm. Bir neçə aydır ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Rövşən Rzayev rəhbərlik edir. Bu təyinata görə Prezident İlham Əliyevə xüsusi təşəkkürümü çatdırıram. Çünki illərdir yaşayış şəraitinin yaxşılaşdırılacağını gözləyənlər artıq humanist və həssas, ən əsası isə obyektiv yanaşmanın şahididir. Təbii ki, yüksək dövləti etimada görə Rövşən müəllimi təbrik edirəm, amma eyni zamanda bildirirəm ki, bu təyinatdan ən çox udan Azərbaycan dövləti, Azərbaycan hökuməti, ilk növbədə isə məhz taleyinə qaçqınlıq, köçkünlük yazılmış biz qəlbiyaralı insanlardır”.
Xanım deputat anasını dəlixanaya saldırmaq istəyir – biabırçı əmlak davası
Xanım deputat anasını dəlixanaya saldırmaq istəyir – biabırçı əmlak davası
Milli Məclisin üzvü Sona Əliyeva doğmalarının gününü göy əskiyə büküb; Bəsirə Əliyeva: “Qızım mandatından istifadə edərək, biznesimizi iflic duruma salıb…”  Şəmkir kənd seçki dairəsindən deputat olan Sona Əliyevanın anası Bəsirə Əliyevanın gözü yaşlı qalıb. Yaşlı qadını ağlar qoyan isə özgəsi deyil, elə özünün qızı, deputat Sona Əliyevadır.  Bu ilin fevralında mətbuatda deputatın ailəsində baş verən əmlak davası haqda materiallar dərc olunub. Həmin materialların dərcindən sonra deputat Sona Əliyeva anasına, qardaşlarına qarşı atdığı qanunsuz addımlardan geri çəkilib, yaxınları sakitləşdirə, mətbuatdan gen gəzmələrinə nail ola bilmişdi.  Bunun müqabilində atası Sakit Əliyevin ölümündən 2 gün əvvəl anasından aldatma yolu ilə alınan etibarnamənin məhkəmə qaydasında ləğv edilməsinə mane olmayıb. İndi isə tamamilə əks proses gedir. Deputat yenidən anasına və qardaşlarına qarşı hərəkətə keçib, ailənin yeganə gəlir mənbəyi olan atasından qalma biznesi iflic duruma salıb, əvvəlki iddialarını irəli sürüb. Bu haqda “Yeni Müsavat”a geniş açıqlama verən deputat Sona Əliyevanın anası Bəsirə Əliyeva deyib ki, aylardır şirkətlərinin hesabına köçürülən pulları ala bilmirlər: “Qızım deputat mandatından, əlaqələrindən istifadə edərək bizim işimizi iflic duruma salıb. Hara gediriksə, kimə müraciət ediriksə, deyirlər ki, Sona deməsə, icazə verməsə biz heç bir sənəd işini görən deyilik. Dərdimizi kimə deyək, bilmirik”.  Ananın sözlərinə görə, qızı onu dəlixanaya saldıracağı ilə hədələyir: “Qardaşlarını da işdən çıxartdırmaqla, həbslə hədələyir. İstəyi odur ki, yoldaşımdan qalan əmlaka dair paylarımızdan onun xeyrinə imtina edək. Məni həyat yoldaşımın sağlıq durumu ağır olan gün – 2017-ci il dekabrın 12-də Şəmkirdəki evimizdən aldadıb Gəncədəki ASAN xidmət mərkəzinə apardı. Dedi ki, onsuz da atam öləcək, əmlakını adına keçirirəm. Mən də 10 sinif bitirmiş qadınam, nə bilim ki, yoldaşım dünyasını dəyişəndən sonra onun adına olan əmlak avtomatik adıma keçəcəkdi. Bilməzliyimdən istifadə etdi, mənim də, həyat yoldaşımın da payını öz adına keçirdi”.Deputat Sona Əliyeva  B.Əliyevanın iş üzrə redaksiyamıza təqdim etdiyi sənədlərin arasında Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin qətnaməsi də var. Məhkəmə sənədlərinə nəzər saldıqda, Sona Əliyevanın atası Sakit Əliyev ölüm ayağında olanda onun əmlakını mənimsəmək üçün hərəkətə keçdiyi aydın olur. Hakim Yaşar Həşimovun sədrliyi ilə bu il fevralın 19-da çıxarılan qətnamə üzrə iddiaçı deputatın anası Bəsirə  Əliyeva, cavabdeh isə qızı Sona Əliyeva olub. B.Əliyeva qızına və Gəncə “ASAN xidmət” mərkəzinin notariat kontoruna qarşı qaldırdığı iddiada bağışlama müqaviləsinin etibarsız hesab olunmasını tələb edib. Məhkəmə araşdırmasında məlum olub ki, deputatın atası dünyasını dəyişməzdən 2 gün əvvəl, 2017-ci il 12 dekabrda deputat anasını Gəncə ASAN Xidmət mərkəzinə aparıb. Xidmətin notariat kontorunda atasının 1994-cü ildə qurduğu “Murovdağ” kiçik müəssisəsinin nizamnamə kapitalında olan paylar barəsində bağlışlama müqaviləsi bağlanıb. Həmin müqaviləyə görə şirkətin 75 faizi deputatın adına rəsmiləşib. Məhkəmə qətnaməsində yazılır: “İddiaçı Bəsirə Əliyeva iddiasını onunla əsaslandırmışdır ki, AR Ədliyyə Nazirliyi tərəfindən 20.10.1994-cü il tarixli 17877 dövlət qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış ”Murovdağ” kiçik müəssisəsinin təsisçiləri o, oğlu Adil Sakit oğlu Əliyev, mərhum əri Sakit Səttar oğlu Əliyev və cavabdeh qızı Sona Sakit qızı Əliyeva olub. Əri Sakit Əliyev 2017-ci ilin sonlarında ağır xəstəliyə tutulub, 10 dekabr 2017-ci ildə komaya düşüb. Həkimlər onun ömrünün sonuna bir neçə gün qaldığını bildirib və 2 gün sonra əri vəfat edib. Ərinə diaqnoz qoyulduğu gündən o, demək olar ki, ağır psixoloji durumda olub. Ərinin ömrünün son günlərində bütün qohum-əqrəbaları onların evinə əri ilə vidalaşmağa gəliblər. 12.12.2017-ci il tarixdə axşamüstü, yəni saat 16:30 radələrində qızı Sona Əliyeva onu evdə bir kənara çəkərək “nə durmusan, ərin bu gün – sabah öləcək, onun bütün əmlakını isə oğlanların adlarına keçirəcək, gəl tez gedək notariat kontoruna onun bütün əmlakını sənin adına keçirək” deyib.  O, etiraz etmək istəsə də, Sona Əliyeva onun sözlərinə məhəl qoymayıb, ona “sonra gec olacaq, ərinin bütün əmlakı əlindən çıxacaq, oğlanların hamısına yiyələnəcək” və bu kimi sözlər deyərək onu evdən çıxarmağa nail olub…  Məhkəmə qətnaməsindən aydın olur ki, Bəsirə Əliyeva həyat yoldaşı vəfat edəndən sonra notariat kontorunda ona hansı sənədin imzalatdırılması ilə maraqlanıb. Öyrənib ki, əmlak onun adına deyil, qızı S.Əliyevanın adına keçirilib. Üstəlik özünün payı da əldən gedib.  Qətnamədən sitat:  “Sonradan notariat kontoruna müraciət edib notariat işi ilə tanış olarkən ona məlum olub ki, qızı Sona Əliyeva öz adına verilmiş etibarnamə ilə səlahiyyətləri ona verməyib, öz payını və ərinin payını ona bağışlayıb. Həqiqətdə isə ona yalnız adına verilmiş etibarnamə göstərilmiş və o, əmlakın ona verilməsini zənn edərək sənədlərə imza atmışdır. Ona izah olunmamışdır ki,  əslində o, öz payını və ərinin payını qızı Sona Əliyevaya bağışlayır. Əslində onun və mərhum ərinin heç vaxt belə bir fikirləri olmayıb. Əgər ərinin sağlığında belə bir fikri olsaydı qızı Sona Əliyevaya etibarnamə ilə elə birbaşa öz adından bağışlama müqaviləsi bağlayardı. Göründüyü kimi cavabdeh Sona Əliyeva onun düşdüyü durumdan və ərinin ölməsindən istifadə edib onu aldadaraq notariat kontoruna aparmış və nizamnamədəki paylarını öz adına keçirib. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə ASAN Xidmət mərkəzinin notariat kontorunda ”Murovdağ” kiçik müəssisəsindəki  nizamnamə kapitalında olan paylar barəsində bağlanmış 12 dekabr 2017-ci bağışlanma müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş edib”. Deputat S.Əliyeva məhkəmədə iştirak etməyib. O, məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə ünvanlayıb. Deputat xanım anasının ona qarşı qaldırdığı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasını etiraf edib.  Məhkəmə qətnaməsindən sitat: “Cavabdeh Sona Əliyevanın notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, o, iddiaçı Bəsirə Əliyevanın ona qarşı qaldırdığı bağışlama müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddiasını etiraf edir. Gəncə ASAN xidmət mərkəzinin notariat kontorunda 12.12.2017-ci il tarixdə bağlanmış nizamnamə kapitalının bağışlama müqaviləsinin ləğv olunmasına heç bir etirazı yoxdur və bu payların ilkin vəziyyətə qaytarılmasını xahiş edib. Bəsirə Əliyeva ilə Sona Əliyeva arasında Gəncə ASAN Xidmət mərkəzinin notariat kontorunda bağlanmış ”Murovdağ” kiçik müəssisəsinin nizamnamə kapitalındakı payların bağışlanması haqda 12.12.2017-ci il tarixli müqavilə etibarsız hesab olunub və nizamnamə kapitalındakı paylar əvvəlki vəziyyətinə qaytarılıb”.  Deputat S.Əliyeva qətnamədən şikayət verməyib. Amma hazırda da ailə müəssisələrinin işləməsinə imkan vermir. Anası bildirir ki, qızının hərəkətləri onun sağlıq durumuna çox ağır təsir edir. (Ardı növbəti sayımızda) İstinad 2018-04-17 / 14:22:15  legion.az
“Lotu Quli”ni 4 azərbaycanlı avtoritet aradan götürmək istəyir
“Lotu Quli”ni 4 azərbaycanlı avtoritet aradan götürmək istəyir
Azərbaycan kriminalları arasında yeni savaş başlayır. Bu iddia ilə Rusiyanın “Rosbalt” agentliyi çıxış edib. Agentlik Azərbaycandan olan bir sıra “qanuni oğru”ların Nadir Səlifova (“Lotu Quli”) meydan oxuduğunu yazıb. Belə ki, artıq “Quli”yə yaxın bir neçə adamın döyüldüyü xəbəri yayılıb (axar.az). “Quli”yə qarşı ittifaqın 4 “qanuni oğru”nun yaratdığı bildirilib. Bunların Rafiq Eyvazov (“Rafiq Masallinski”), Cavid Məmmədov (“Dato Ağcabədinski”), Emin Əhmədov (“Emin Hacıqabulski”) və Ceyhun Əsgərov (“Ceyhun Gəncinski”) olduğu vurğulanıb. Məhz bu “qanuni oğru”lara kənar qruplardan böyük dəstək verilib. “Quli”yə qarşı formalaşan ittifaqı əvvəllər “Rövşən Lənkəranski”nin klanına daxil olan Suxumiski qardaşlarının dəstəklədiyi bildirilir. Agentliyin mənbəsi yeni ittifaqın artıq “Quli”nin himayəsi altında çalışan biznesmenlərə qarşı hücuma keçdiyini bildirib. Hətta Azərbaycanda tərəflər arasında baş tutan toqquşmaların biri atışma ilə nəticələnib. Mənbə “Quli”nin ona qarşı olanlara cavab verməyə hazırlaşdığını bildirib. Artıq yeni əməliyyat hazırlanıb və tezliklə hücumların Moskva, Bakı və digər yerlərdə olması gözlənilir. Yada salaq ki, məşhur “qanuni oğru” “Masallı Mamed”in qohumu olduğu deyilən Rafiq 2012-ci ildə “tac” alıb. O, 2013-cü ildə Bakıda silahla tutulmuşdu. O zaman Rusiyanın primecrime.ru saytı bu həbslə bağlı sensasion bir xəbər yaymışdı. Xəbərdə bildirilirdi ki, R.Eyvazovun “taclandırılması” müəyyən şərt daxilində həyata keçirilib. Bu şərt isə ondan ibarət imiş ki, R.Eyvazov “qanuni oğru” adı aldıqdan sonra həbsxanaya girməli, burada isə “Lotu Quli”yə rəqib olmalı imiş. İddia edilirdi ki, R.Eyvazov həbsxanaya qəsdən göndərilir ki, “zon”da “qanuni oğru”nun “Quli” deyil, onun olduğu sübuta yetirilsin. 2013-cü ilin martında həbs edilən R.Eyvazov haqda bundan sonra heç bir məlumat olmadı. 2017-ci ildə tərəflərin münasibəti müharibə səviyyəsinə çatdı. Nəticədə “Quli”nin adamları Türkiyədə Rafiqi ələ keçirərək onun qulağını kəsiblər. “Dato Ağcabədinski” ilə “Quli”nin düşmənçiliyi birincinin digərinin maddi maraqlarına müdaxilə etməsindən sonra başlayıb. “Quli”nin adamları onun kamerasına daxil olaraq, bütün ətrafını vəhşicəsinə döyüblər. Bundan sonra o, Yunanıstana gedib və burada məşhur “qanuni oğru” David Sebiskveradze (“Dato Kutaiski”) ilə yaxınlaşıb. “Emin Hacıqabulski”nin 2013-cü ildə aldığı “oğru” titulunu “Quli” tanımayıb. “Ceyhun Gəncinski”yə gəlincə isə 2014-cü ildə “Quli”nin özü şəxsən onu “qanuni oğru” elan edib. Bir müddət sonra isə tərəflər arasında münasibətlər gərginləşib. “Lənkəranski”nin qətlindən sonra “Quli”nin azərbaycanlı kriminalların liderinə çevrilə biləcəyi gözlənilən idi və buna qarşı çıxanlar da olacaqdı. Rusiya mətbuatı bir neçə ay əvvəl yazmışdı ki, azərbaycanlılardan ibarət kriminal dəstələrin “Lotu Quli”nin ətrafında toplaşması prosesi gedir. “Lotu Quli” yeni kriminal qruplaşmanın lideridir və hazırda o, ən güclü yaraqlılar “ordusuna” malik olan “qanuni oğru” kimi təqdim edilirdi. Həmin məlumatlarda “Rəşad Gəncinski” kimi tanınan digər kriminal avtoritet Rəşad İsmayılovun da “Quli”nin klanına qoşulduğu bildirilirdi. Məlumatlarda deyilirdi ki, yeni klan bir-birinin ardınca Moskva və Moskva ətrafında gəlirli ticarət obyektlərini, ticarət mərkəzlərini, bazarları öz nəzarətlərinə alıb. “”Lotu Quli"nin klanı digər kriminal qruplaşmaları Moskva başda olmaqla, böyük şəhərlərdən sıxışdırıb çıxarmaqdadır. Bu proses yeni qanqster müharibəsinin başlamasına səbəb ola bilər" deyə, Rusiya xüsusi xidmət orqanlarındakı mənbə bildirmişdi. Bu yaxınlarda isə “Lotu Quli” kriminal aləmdə “Kor Əhməd” kimi çeçen əsilli Hüseyn Əhmədovun “oğru aləmi”nin genişləndirilməsi və yeni “qanuni oğru” adı alması ilə bağlı keçirdiyi toplantının qarşısını almışdı. O, “Slepoy Əhməd”in “Sabirabadlı Hikmət”in bacısı oğlu Məmmədqulu Muxtarov da daxil olmaqla, bir neçə nəfərə “qanuni oğru” adı verilməsini əngəlləmişdi. \\musavat.com\\
  «Тарифный совет игнорирует интересы потребителей»
 «Тарифный совет игнорирует интересы потребителей»
15 июля 2017 года решением Тарифного Совета Азербайджана розничная цена на бензин повышена на 0,20 маната. Согласно решению Совета, с 15 июля бензин марки АИ-92 будет стоить 0,90 маната. Предыдущая стоимость бензина этой марки составляла 0,7 маната. Известный экономист Губад Ибадоглу прокомментировал данную информацию следующим образом: «Рост цен не ограничится лишь бензином марки Aİ-92. Вслед за этим подорожает бензин других марок и практически все товары.  Повышение цен на бензин приведет к двум последствиям: психологическому (паника) и экономическому (повышение себестоимости). После повышения цен на бензин сохранить тарифы на транспорт станет невозможным. «В первую очередь подорожают поездки на такси и общественном транспорте. Вслед за этим подорожают цены на поездки в метро и железной дороге. Рост цен на перевозки скажется на окончательной стоимости всех товаров».   Губад Ибадоглу также отметил, что теперь в Азербайджане бензин марки Aİ-92 стоит 0,53 доллара, что является одним из самых высоких показателей в мире. Для сравнения, литр того же бензина в США и ОАЭ стоит 0,48 доллара, в Казахстане и Малайзии 0,44 доллара, а в Венесуле и вовсе 0,01 доллара. Между тем напомним, что 21 июня 2017 года в  Госсовете Коми с участием представителей потребительских организаций и членов местного правительства  прошли обсуждения  относительно  изменений в закон о льготных тарифах на тепловую энергию.  По окончанию обсуждений члены Госсовета  рекомендовали не повышать существующий льготный тариф на тепловую энергию.  Мы решили выяснить, предполагает ли законодательство Азербайджана обсуждение повышения цен Тарифным советом с представителями общественных организаций.    «С юридической точки зрения решение Тарифного совета  вполне законно. Тарифный совет  вовсе не обязан обсудить свое решение  с представителями общественности», - сказал 365.az адвокат Камандар Насибов.  «Существующие в Азербайджане нормативные акты создают условия для принятия таких  решений», - сообщил 365.az экономист Сабит Багиров.  По мнению экономиста, регулированием цен должен заниматься независимый регулятор, в котором должны быть представлены все заинтересованные стороны, в том числе союзы потребителей. «Я не уверен в том, что при принятии решения о повышении цен на бензин Тарифный совет консультировался с представителями Союза свободных потребителей. Но  непроведение подобных консультаций вовсе не означает нарушение законов со стороны Тарифного совета», - сказал Сабит Багиров 365.az. «Никто не консультировался с нами во время повышения цен на бензин. Тарифный совет просто не интересует позиция потребителей», - заявил нам глава Союза потребителей Азербайджана Эюб Гусейнов.  По мнению Гусейнова, если бы Тарифный совет считался с интересами потребителей, то он принял бы решение не о повышении цен на бензин, а об их понижении. «Потому, что понижение цен на бензин  обязательно  привело бы к понижению цен на другие товары и способствовало бы улучшению положения потребителей», - считает глава Союза потребителей. По мнению Эюба Гусейнова, приняв решение  о повышении цен, Тарифный совет еще раз  доказал, что работает под диктовку монополистов. «Ведь решение о повышении цен приведет к увеличению цен на все другие товары и еще большему обогащению монополистов, которые контролирует азербайджанский рынок», - заявил 365.az  глава Союза потребителей.  Рашад Рустамов  365.Az
Hacıqabul rayon Dövlət Yol Polis əməkdaşlarının
Hacıqabul rayon Dövlət Yol Polis əməkdaşlarının "Qədir-Xum" keyfi və ya DÖVLƏTƏ ETİNASIZLIQ AKTI
Azərbaycan mediasında Dövlət Yol Polis əməkdaşları ilə bağlı ilginc faktlar gündəmi zəbt etməkdədir. Qanundan kənar əməllərə yol verməklə sürücülərlə kobud davranan, onlardan rüşvət tələb etmək və tələbin alınmadığı təqdirdə digər qanunsuz vasitələrə əl atan "yol bahadırları" nədənsə son zamanlar vəzifə səlahiyyətlərini tez-tez unudurlar.. Hacıqabul Dövlət Yol Polis şöbəsində baş verən neqativ ilgilərlə bağlı OperativXeber.az-a analoji məlumatlar daxil olmaqdadır.  Məlumatlı mənbə bildirir ki, DYP əməkdaşları rayon ərazisində kobud özbaşınalıqlara yol verir, müxtəlif bəhanələrlə sürücüləri cərimə edir, onları süründürməçiliyə mə`ruz qoyurlar. Dövlətçiliyə deyil, şəxsi maralarına xidmət edən həris Hacıqabul yol polisləri, eləcə də yol hərəkətinə nəzarət tələblərini xüsusi "preyskurant" vasitəsi ilə həyata keçirirlər. Ən əsası isə, xüsusi peşə hazırlığı keçməyən naşı, təcrübəsiz kadrların yolunun məhz Hacıqabul Dövlət Yol Polis şöbəsindəndən keçməsi isə, təkcə rayon sakinlərini deyil, həmçinin Şirvan və digər ərazi sakinlərini düşündürən məsələdir.. Mənbə bildirir ki, cari ayın əvvəllərində, gecə radələrində Şirvan vətəndaşı idarə etdiyi maşınla Hacıqabul ərazisindən keçən zaman maşını xarab olmuş və bununla bağlı Hacıqabul ərazisində keşik-marşut qismində fəaliyyət göstərən Yol Polis əməkdaşlarına müraciət etmək qərarına gəlib. Lakin sürücünün bu arzusu ürəyində qalıb. Belə ki, yaxınlıqda yaşayan sakinlər sürücüyə bildiriblər ki, gecə vaxtı ərazidə bir dənə də yol polisi tapa bilməzsən, hamısı Qədir-Xumda kef çəkirlər. Bundan sonra yerli sakinlərin köməyi ilə avtomobilinin nasazlığını aradan qaldıran Şirvan sakini, operativlik nümayiş etdirmək qərarına gəlib və eşitdiklərinə əmin olmaq üçün Bakı-Hacıqabul yolunda yerləşən Qədir-Xum İstirahət Mərkəzinə gəlib və dövlət nömrə nişanı 99 YP 629 olan xidməti avtomobili restoranın həyətində saxlanıldığını, kabinədə isə iki yol polis əməkdaşının kef məclisi qurduğunun şahidi olub. Məlumatlı mənbə yol polis əməkdaşlarından birinin adının Balaxan olduğunu, digərinin isə adını öyrənə bilmədiyini bildirib.  Nəzərinizə çatdırım ki, adıçəkilən yol polis əməkdaşı Balaxan, xüsusi amansızlığına görə Hacıqabul və Şirvanda ad çıxarmış yol polis əməkdaşıdır. Eləcə də bildirilir ki, Balaxan, Hacıqabul və Şirvandan gələn sürücülərin canını boğazına yığaraq haqsız tələblərlə onlardan istədiyi məbləği alır. Maraqlıdır, xidməti ərazidə nəqliyyat vasitələrinin fasiləsiz, təhlükəsiz və maneəsiz hərəkətini, keşik post və marşrutlarında ictimai təhlükəsizliy tə`min etmək əvəzinə, istirahət mərkəzində kef məclisi quran Hacıqabul DYP əməkdaşları törətdikləri qanunsuz hərəkətlərinə hesabat verirlərmi? Əsla yox!.  Çünki qarşısında duran vəzifələri öz şəxsi ambisiyasına, kef məclislərinə qurban verən Hacıqabul rayon DYP əməkdaşları, ələlxüsus gecə saatlarında sürücülərə köməyin zəruri olduğu anlarda belə xidməti intizamı və sayıqlığı əldən verir.. Görəsən Baş Dövlət Yol Polis İdarəsi baş verənlərlə bağlı məsələyə necə münasibət bildirəcək?  Güman edirik ki, Baş İdarə tərəfindən atılacaq addım, onsuz da qarşısı alınmaz bir prosesə çevrilən yol polisi qalmaqalında həll edici məqam olacaq.. Bu həm bizə, həm də oxucularımız üçün çox maraqlı olacaq...
Vətənin güvəndiyi Milli Qəhrəman – Mədət Quliyev
Vətənin güvəndiyi Milli Qəhrəman – Mədət Quliyev
Vətən sevgisi hərbçini ya qazi edir, ya qəhrəman, ya da şəhid Mədət Quliyevi Vətən sevgisi qazi etdi, general etdi.Vətənə çoxlu Milli Qəhrəmanlar vermiş Gəncə torpağında 1958-ci ildə, gələcəkdə Milli Qəhrəman olacaq bir igid övlad dünyaya gəldi. Tarixin qəribə bir sirri var, hər bir Millətin çətin anında, o milləti xilas edəcək oğullar meydana gətirir! Mədət Quliyevi də tarix, bu çətin anlarda Azərbaycana verdi.  Tarixin keşməkeşlərində çox çətinliklərlə üz-üzə qalmış Azərbaycan, ikinci dəfə öz müstəqilliyinə qovuşmuşdu.birinci müstəqilliyində olduğu kimi, ikinci müstəqilliyi dövründə də, çoxlu problemlərlə üzləşən Azərbaycana, bu dövrdə də qəhrəman oğullar lazım idi ki, onu bu keşməkeşlərdən çıxartsın. Tarix bu oğulları Azərbaycana verdi!  Heydər Əliyev kimi bir şəxsiyyət, Azərbaycanı, ikinci müstəqilliyini əlində saxlamağa kömək oldu. Heydər Əliyevin böyük bacarığı, rəşadəti və dönməzliyi, bu dəfə Azərbaycanı öz müstəqilliyini əlində saxlamağa imkan verdi! Amma, bu işdə ona, sinəsində dükənməz vətən sevgisi gəzdirən, qeyrətli və şərəfli oğullar kömək etdi. Bu igid oğullardan biri də sevimli generalımız Mədət Quliyev idi. Daxili və xarici düşmənlərin at oynatdığı bu keşməkeşli dövrdə, vətən sevgisi kamil olan oğullar vətəni xilas edə bildi ancaq!!!  Vətəni sevmək, təkcə onun daşını, torpağını sevmək deyil, həm də bu torpağın üstündə yaşayan yaxşı insanları sevmək, pis insanları vətən naminə cəzalandırmaqdır. Bu sevgidə də yalnışlığa yol vermək olmaz! Vətəni sevən, amma bu sevgisində çoxlu yalnışlıqlara yol verən insanları da görəvdən vəzifədən uzaqlaşdırmaq lazım idi, o dövrdə. Bu insanların fəaliyyəti idi, çoxlu problemlər yaranmışdı müstəqilliyimizə, dövlətçiliyimizə.  Vətən sevgisi, həm də səriştəsizləri vəzifəsində kənarlaşdırmaqdır  Vətən sevgisi, həm də cinayətkarları cəzalandırmaqdır  Vətən sevgisi, həm də xainləri cəzalandırmaqdı  Vətən sevgisi, həm də Vətən üçün güzəştsiz addımlar atmaqdır! Qarabağ döyüşlərində saysız, hesabsız şücaətlər göstərən Mədət Quliyev, dövlətçiliyimiz üçün də, çox çətin mərhələlər keçmiş, çox çətinliklərlə üzbəüz qalmışdır.  Hansı sahədə işlər qaydasında getməyəndə, o sahəyə Mədət Quliyevi göndərirlər, o sahədə hər cür problemləri, onun aradan qaldıracağını bilirlər. Gəlin etiraf edək ki, ictimai şüurun çox da yüksək olmadığı bizim insanlarda, şəxsi ambisiyaların önə çəkilməsi, dövlətçiliyimizə çox zaman zərbələr vurur. Dövlətçilik hissinin çox da yüksək olmadığı çoxlu insanlar, vəzifədə olarkən, çoxlu problemlər yaradır işlədiyi sahələrdə. Bütün bunların qarşısının alınması üçün dövlət rəhbərləri çalışırlar ki, məsuliyyət tələb olunan sahələrə daha inamlı adamlara güvənsinlər. Bəli, belə bir adam var, bu sevimli generalımız, Azərbaycanın Milli Qəhrəmanı, Mədət Quliyevdir! Ölkə rəhbərliyi, çox gözəl bilir ki, onu hansı sahəyə rəhbər təyin etsə, orada tam bir səliqə-səhman, qayda-qanun hökm sürəcək. Orada, hər şey vətən üçün dövlətçilik üçün hesablanacaq, xalqa, dövlətə xidmət ön plana çıxacaqdır. Tarixi təcrübə göstərir ki, yeni yaranan dövlətlərdə, cinayətkarlıq, terrorizm, rüşvətxorluq, xəyanət halları tez-tez baş verir. Belə tarixi məqamlarda yüksək səbatlı, vətənpərvər, fədakar liderlər vəziyyəti tənzim edir, xilası öz üzərində görürlər. Mədət Quliyevi də ən məsul vəzifələr də bu niyyətlə göndərir ölkə rəhbərliyi. Bilirlər ki, öz qətiyyəti, qorxmazlığı, obyektivliyi, bacarığı və fədakarlığı sayəsində bu məsul vəzifəni yerinə yetirəcək layiqli şəkildə. Orada güzəştsiz şəkildə yeni bir kollektiv formalaşdıracaq, lazımsız adamlar dərhal kənarlaşdırılacaq, cəzalandırılacaq, layiqli olanlar isə dəyərləndiriləcək, yüksəldiləcək!  Məhz, yeni tariximizə, o belə bir şəxsiyyət kimi düşüb! Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin də, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsində də, İnterpolun rəisi təyin ediləndə də, Baş Penitensiar Xidmətinin I rəisi təyin ediləndə də, ona etimad göstərmişdilər. Ölkə rəhbərliyi, bilirdi ki, o öz vəzifə səlahiyyətlərini heç vaxt tamaha, şəxsi ambisiyalarına qurban verməyəcəkdir. Bir sözlə, Vətən, harada döyüş, mübarizə, mücadilə varsa , ora, öz Qəhrəmanını göndərir! Bilir ki, bu qəhrəman, heç nəyin və heç kimin qarşısında yenilmədən işinin öhdəsindən gələcək. Ən yeni tariximizin, ən müdhiş olayında da, Vətən yenə onu səslədi! Belə ki, Milli Təhlükəsizlik Nazirliyində, çox təhlükəli olaylar baş verdi. Ölkəmiz üçün, Vətənimiz üçün real təhlükə yarandı. Bütöv bir nazirlik yararsız hala gəlmişdi. Nazirliyi rüşvətxorluq, korrupsiya, özbaşınalıq, xəyanət, sarmaşıq kimi öz ağuşuna almışdır! Belə təhlükəli, qorxulu bir məqamda, Vətən öz Qəhrəmanını köməyə çağırdı! Başqa cür də ola bilməzdi! Dövlətin təhlükəsizliyi üçün bu nazirliyi, hətta bütöv ləğv etmək lazım gəldi. Təcili yeni bir qurum yaradılmalı idi. Bu qurumun yaradılmasını da, ora rəhbərliyi də, sevimli Generalımıza, Qəhrəmanımıza həvalə etdi prezident İlham Əliyev cənabları. Tez bir zamanda xainlər,rüşvətxorlar cəzalarına çatdırıldı və yeni möhtəşəm bir nazirlik yaradıldı. Bu gün isə Mədət Quliyevin sayəsində dövlətçiliyimiz, vətənin təhlükəsizliyi etibarlı əldədir. Rahat ol vətən... gözün aydın Azərbaycan!!! Fikrət Fərhadoğlu Azerinews.org
Bu Bölmənin Digər Xəbərləri
YAZARLAR