KEYFİYYƏTLİ REKLAM XİDMƏTLƏRİ ( Reklamınız 7/24 yayımda olacaq) Bizimlə əlaqə: (012) 511-53-15 , (077) 333 18 33.Ölkəmizdə söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur !!


Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Daha 104 nəfər koronaya yoluxdu: ölən var
Apellyasiya məhkəmələrinin məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Kim Çen buna görə yoxa çıxıbmış - Şok iddia

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

ABŞ-dan Türkiyəyə zərbə: Ankaranın cavabı olacaq?

ABŞ-dan Türkiyəyə zərbə: Ankaranın cavabı olacaq?
ABŞ Suriyada PKK/YPG birləşmələrini silahlandıraraq, Türkiyəni təxribata çəkmək istəyir. Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu ABŞ-ın Suriyada PKK/YPG silahlılarından ibarət “Təmizlik gücü” adlı dəstə yaratmasını şərh edərkən deyib. O vurğulayıb ki, ABŞ regionda yeni bir bölücü terror qruplaşması yaradır: “ABŞ başda olmaqla, bir sıra Qərbi Avropa ölkəsi Yaxın Şərqdə, xüsusilə də Suriyada öz maraqlarına xidmət edəcək hərbi qruplaşmalardan istifadə edir. Bu mənada ABŞ-ın PKK/YPG silahlılarından ibarət “Təmizlik gücü” adlı dəstə yaratması yenilik deyil. Yəni ad dəyişsə də, mahiyyət dəyişmir”. Ekspert bildirib ki, ABŞ-ın bu addımı Türkiyənin milli maraqlarına ziddir: “Düşünürəm ki, ABŞ-ın regionda yeni bir silahlı qruplaşma yaratması ilk növbədə Türkiyəni narahat edəcək. Çünki bu dəstələr PKK/YPG silahlılarından ibarət olacaq. Türkiyənin regionda hərbi əməliyyatlar aparmasının başlıca səbəbi sərhədlərində bu terror birləşmələrinin aktivləşməsinin qarşısını almaqdır. Yəni bu mənada düşünürəm ki, Türkiyə ABŞ-ın bu təşəbbüsünə yaxın zamanda sərt reaksiya verəcək”. V.Zifəroğlu ABŞ-ın PKK/YPG qruplaşmalarını silahlandırmasının pərdəarxası məqamlarından danışıb: “ABŞ Suriya və İraqda manevr imkanlarını maksimum artırmağa çalışır. Bunun üçün də ənənəvi olaraq kürd kartından istifadə edir. Bu, istər ABŞ-ın, istərsə də ondan öncə regionda fəaliyyət göstərən İngiltərənin köhnə siyasətidir”. Ekspert deyib ki, ABŞ regionda sabitlik istəmir: “Heç kəsə sirr deyil ki, ABŞ-ın regionda ciddi maraqları var. Hazırda Suriyada davam edən nisbi sakitlik Vaşinqtonu narahat edir. Son günlər Liviyada yaşanan fəallığın yaxın günlərdə Suriyada da müşahidə ediləcəyi gözlənilir”.

Teqlər:
Bu xəbər cəmi 1275 dəfə oxunuldu
YAZARLAR