KEYFİYYƏTLİ REKLAM XİDMƏTLƏRİ ( Reklamınız 7/24 yayımda olacaq) Bizimlə əlaqə: (012) 511-53-15 , (077) 333 18 33.Ölkəmizdə söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur !!


Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Abşeron, Zəngilan və Şuşa rayon sakinlərinin nəzərinə
Saakaşvilidən Məmmədovun təyinatına reaksiya
Türkiyə Yaxın Şərqdən qalib çıxdı - Makron

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Vasim Məmmədəliyev dəfn edildi - Foto

Vasim Məmmədəliyev dəfn edildi - Foto
Ötən gün axşam saatlarında dünyasını dəyişən akademik Vasim Məmmədəliyevlə Bakı Dövlət Universitetində vida mərasimi keçirilir. Kult.az xəbər verir ki, vida mərasiminə bir çox ictimaiyyət və dövlət xadimləri qatılıb Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndərib. Mərasimdən sonra mərhumun nəşi İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq. *** Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev akademik haqqında fikirlərini bölüşüb: “Vasim Məmmədəliyevin həyatının böyük hissəsi BDU ilə bağlı olub. O, burada müxtəlif vəzifələrdə çalışıb. Mən onun həyatı və fəaliyyəti barədə çox danışa bilərəm. Lakin çıxışımı protokoldan uzaq tutaraq, ürək sözlərimizi demək istəyirəm. O özü ilə əvəzolunmaz, şux aurasını apardı. Vasim Məmmədəliyev heç vaxt özünü düşünməyib. Elmə, insanlara xidmət edib, heç kimin haqqını tapdalamayıb. O, yaşından asılı olmayaraq, hər kəslə öz dilində, məntiqlə əsaslandırılmış şəkildə danışırdı. Ən maraqlısı odur ki, onunla danışmaq ona qulaq asmaq qədər maraqlı idi. Bu, hər kəsə nəsib olmurdu. Öz ixtisasını dərindən mənimsəyib və yeniliklər tətbiq edirdi. O sahədə problemləri bilir və həmkərlarına məlumat verirdi. O, elə bir nadir insanlardan idi ki, paxıllıq nə olduğunu bilmirdi. Hamının rəğbətini çoxdan qazanmışdı. Son günlər isə gözümüzü yolda qoymuşdu. Biz müəllimimiz üçün çox darıxacağıq”. Daha sonra çıxış edən Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov akademik şərqsünaslıq elminə gətirdiyi yeniliklərdən bəhs edib. *** Vida mərasiminə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Vergilər naziri Mikayıl Cabbarov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Təhsil naziri Ceyhun Bayramov, Bakı meri Eldar Əzizov və digər dövlət rəsmiləri qatılıb. *** Tədbirin sonunda akademikin qardaşı Vamiq Məmmədəliyev vida mərasimində iştirak edənlərə təşəkkür edərək, onun ölüm anından danışıb: "Vasim müəllim hər şeyə layiqli insandır. Onu hamı - bütün Azərbaycan, İran sevirdi. Bu gün onu yola salırıq. Bu gün vida mərasimində çıxış edənlərə təşəkkür edirəm. Vasim müəllim ədəbiyyatı, muğamı gözəl bilirdi. Hər adamla öz dilində danışardı. Vasim müəllim sağdı və çıxışlardan hiss elədik ki, ona necə hörmət var. O ziyalı idi”. *** Akademik Vasim Məmmədəliyevlə vida mərasimi başa çatıb. Mərhumun cənazəsi Bakı Dövlət Universitetindən götürülüb. Akademikin nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılır. *** Akademik Vasim Məmmədəliyev İkinci Fəxri xiyabanda dəfn edillib. Dəfndə ademikin ailə üzvləri, BDU-nun rektoru Elçin Babayev, AYB-nin sədri Anar, millət vəkili Nizami Cəfərov, Xoşbəxt Yusifzadə və digər dövlət xadimləri iştirak edib.

Teqlər:
Bu xəbər cəmi 1750 dəfə oxunuldu
YAZARLAR