KEYFİYYƏTLİ REKLAM XİDMƏTLƏRİ ( Reklamınız 7/24 yayımda olacaq) Bizimlə əlaqə: (012) 511-53-15 , (077) 333 18 33.Ölkəmizdə söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur !!


Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Saakaşvilidən Məmmədovun təyinatına reaksiya
Türkiyə Yaxın Şərqdən qalib çıxdı - Makron
ETSN: Xəzər dənizində dalğanın hündürlüyü 4,8 metrə çatıb - FAKTİKİ HAVA
Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Gəncədə vətəndaşları qəbul edəcək

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Rafael Cəbrayılovu hansı cəza gözləyir? - Hüquqşünas

Rafael Cəbrayılovu hansı cəza gözləyir? - Hüquqşünas
Külli miqdarda borclarına görə deputat vəsiqəsini girov qoyması ilə uzun müddətdir gündəmdən düşməyən Rafael Cəbrayılovun mandatı çoxdan əlindən alınmalı idi. Çünki qanun millət vəkilinin bizneslə məşğul olmasını qadağan edir. Ancaq indi Rafael Cəbrayılov özü mandatından imtina etdiyi üçün qanunla onu heç bir cəza gözləmir. Bu sözləri Axar.az-a hüquqşünas Səməd Vəkilov dünən haqqında çıxan məlumatlara görə mandatından imtina edən millət vəkili Rafael Cəbrayılovu gözləyən cəza ilə bağlı danışarkən deyib. Hüquqşünas bildirib ki, Konstitusiyanın 89-cu maddəsi millət vəkilinin bizneslə məşğul olmasını qadağan edir: “89-cu maddə Azərbaycan Respublikası Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi haqqındadır. Oradakı bəndlərdən birində açıq-aydın qeyd edilib ki, millət vəkili sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul ola bilməz. Bu hallar müəyyən edildikdə millət vəkili deputatlıqdan məhrum edilir. Ancaq burada bir maraqlı məqam var ki, Rafael Cəbrayılov özü mandatından imtina edib. Halbuki onun tikinti biznesi ilə məşğul olması ilə bağlı mətbuatda zaman-zaman məlumatlar yayılırdı. Ancaq yayılan səs yazıları sübut etdi ki, o, həqiqətən də deputatlıq fəaliyyəti müddətində bizneslə məşğul olub. Bir millət vəkili üçün bu hal onun deputatlıq səlahiyyətlərindən məhrum edilməsi ilə nəticələnməli idi. Lakin o özü mandatdan imtina etdiyi üçün hazırda onu faktiki heç bir cəza gözləmir”. S.Vəkilov bildirib ki, onun deputat ola-ola bizneslə məşğul olması cinayət məsuliyyəti yaratmır: “Qanunvericiliyə görə, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan ictimai təhlükəli əməl cinayət sayılır. Bizim cinayət qanunvericiliyində deputatın qanunsuz sahibkarlıqla məşğul olması cinayət hesab edilmir. Qanunla bu hal qadağan olsa da, cinayət hesab edilmir. Ona görə də həmin deputata hər hansı cəza nəzərdə tutulmayıb. Rafael Cəbrayılovun qanunsuz sahibkarlıqla məşğul olması yalnız onun deputatlıq fəaliyyətinə son verilməsi ilə nəticələnə bilərdi. “Vəzifədən azad etmə” də cəza növlərindən biridir. Bu səbəbdən Rəfail Cəbrayılov üçün elə deputatlıq mandatından imtina etmək və ya imtina etmək məcburiyyətində qalmaq bir cəzadır”. Xatırladaq ki, AG Bankdan külli miqdarda kredit, iki nəfərdən isə deputat vəsiqəsini girov qoyaraq, 600 min dollar borc götürən və qaytarmayan Rafael Cəbrayılov məhkəməyə verilib. İddiaçıların tələbi yerinə yetirilib və R.Cəbrayılovun borcu qaytarması üçün qohumlarının adına olan əmlaklarının üzərinə həbs qoyulub. Faktlar ictimailəşdiyi üçün ötən gün R.Cəbrayılov deputat mandatından imtina etməsi ilə bağlı MM-ə müraciət ünvanlayıb

Teqlər:
Bu xəbər cəmi 915 dəfə oxunuldu
YAZARLAR