KEYFİYYƏTLİ REKLAM XİDMƏTLƏRİ ( Reklamınız 7/24 yayımda olacaq) Bizimlə əlaqə: (012) 511-53-15 , (077) 333 18 33.Ölkəmizdə söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur !!
15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibəti ilə təbrik edirik.


Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
ETSN: Xəzər dənizində dalğanın hündürlüyü 4,8 metrə çatıb - FAKTİKİ HAVA
Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Gəncədə vətəndaşları qəbul edəcək
Teymur Rəcəbov Dünya Kubokunun qalibi oldu
Rafael Cəbrayılovu hansı cəza gözləyir? - Hüquqşünas

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bu gün Azərbaycanda Qurban bayramıdır

Bu gün Azərbaycanda Qurban bayramıdır
Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. İnsanhuquqlari.az xəbər verir ki, bu gün ölkənin bütün məscidlərində Qurban bayramı namazı qılınacaq. Bundan başqa, Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarlar qurban kəsəcəklər. Azərbaycanda bu gün və sabah qurban kəsmək olar. Qurban bayramı ilə əlaqədar avqustun 12-si və 13-ü ölkədə qeyri-iş günüdür. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fitvasına əsasən, bütün səmavi dinlərin əziz tutduğu Həzrət İbrahim əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün ümumbəşəri birlik və tolerantlıq mesajını çatdırır. Bu bayramın ən mühüm ayini Həcc ziyarətidir. Dünyanın hər bir yanından Həcc ziyarətinə yola düşən müsəlmanlar Kəbə evi ətrafında təvaf edirlər. Bu, müsəlman həmrəyliyinin, ilahi eşqlə çiyin-çiyinə birgə hərəkətin nümayişi kimi qəbul olunur. Səfa və Mərva dağları arasında səy etmək daim inkişaf etmək, dayanmadan çalışmaq anlamına gəlir. Həzrət Adəm əleyhissalamın hekayəsi başlayan Ərəfə çölündə toplaşaraq müsəlmanlar insani kimliyin mahiyyətinə varır, keçmişdəki səhvləri təhlil edib gələcəyə əzmlə irəliləmək üçün mənəvi güc toplayırlar. Nəhayət, Mina çölündə hər kəs öz İsmayılını qurban gətirir – şəxsiyyətin inkişafına mane olan bütün bağları kəsir. Həccin hər ayini yardımlaşaraq, düşünərək, çalışaraq dayanmadan irəliyə yönəlməyi tərənnüm edir. Qurban bayramı bu ilahi dəyərlərin unudulmamasına xidmət edir. Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır. Qurban kəsən şəxsin həmin ətdən özünə pay götürməsinin heç bir eybi yoxdur. Hədislərdə qeyd olunduğu kimi, Qurban bayramının gecəsi və günü dualar qəbul olunar.

Teqlər:
Bu xəbər cəmi 2365 dəfə oxunuldu
YAZARLAR