KEYFİYYƏTLİ REKLAM XİDMƏTLƏRİ ( Reklamınız 7/24 yayımda olacaq) Bizimlə əlaqə: (012) 511-53-15 , (077) 333 18 33.Ölkəmizdə söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur !!


Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Saakaşvilidən Məmmədovun təyinatına reaksiya
Türkiyə Yaxın Şərqdən qalib çıxdı - Makron
ETSN: Xəzər dənizində dalğanın hündürlüyü 4,8 metrə çatıb - FAKTİKİ HAVA
Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Gəncədə vətəndaşları qəbul edəcək

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Şəki Şəhər İcra Hakimiyyətinin Məsləhətçisi Əliəhmədli Toğrul Məmmədsaleh oğlu :Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir

Şəki Şəhər İcra Hakimiyyətinin  Məsləhətçisi  Əliəhmədli Toğrul Məmmədsaleh oğlu :Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir


Похожее изображение



Şəki Şəhər İcra Hakimiyyətinin Məsləhətçisi Əliəhmədli Toğrul Məmmədsaleh : Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlməsi həqiqətən də müstəqil Azərbaycanın tarixində çox böyük və özündən sonra dövr yaratmış hadisədir. Hələlik müstəqil Azərbaycanın tarixində öz miqyasına, təsir gücünə görə bundan üstün olan ikinci hadisənin adını çəkmək mümkün deyil.



Картинки по запросу Heydər Əliyev Şəki



“1992-93-cü illərin hadisələrinin üstündən illər keçdikcə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin çox önəmli hadisə olmasını gücləndirən yeni-yeni mülahizələr, yeni-yeni arqumentlər ortaya çıxır. Yəni, illər keçdikcə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının nə qədər böyük və məzmunlu tarixi hadisə olması tam çılpaqlığı ilə üzə çıxır və yeni-yeni məqamlar açılır. Deməliyəm ki, əgər doğrudan da Heydər Əliyev hakimiyyətə gəlməsəydi, o zaman ölkə daxilində baş qaldırmış xaosu, sosial narazılıqların üstündə ölkədə anarxiyanın daha da güclənməsini, talış-muğan separatizminin, erməni işğalının davam etməsinin qarşısını almaq heç cür mümkün olmazdı. Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın neft strategiyasını indiki kimi qurmaq və ölkənin mövqeyini dünya miqyasında möhkəmləndirən bir səviyyəyə gətirib çıxarmaq qeyri-mümkün olardı.



Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın regionda, xüsusilə də bizim regionumuzda bəlli dövlətlərlə tarazlı münasibətlərini indiki kimi qurmaq mümkün olmazdı. Açığını deyim ki, hətta, regionda Azərbaycan Ermənistandan başqa bir neçə dövlətlə də müharibə vəziyyətinə gəlib çıxa bilərdi. Bu, o zaman reallıq idi. Heydər Əliyev hakimiyyətə gəlməsəydi, dünya arenasında Azərbaycanın nüfuzunu, mövqeyini indiki kimi möhkəmləndirmək və stabil, dayanıqlı bir duruma malik ölkə səviyyəsinə gətirib çıxarmaq olmazdı”.



Bütün bunların kökündə ölkədə o zamankı anarxiyanın qarşısını almaq, ölkənin iqtisadi potensialını səfərbər etmək, neft strategiyasını qurmaq, ölkə neftini dünya bazarına çıxarmaq, həmçinin, neftdən gələn gəlirləri ölkə daxilində iqtisadiyyatın, milli ordunun qurulmasına və insan kapitalının inkişafına yönəltmək dayanırdı:



“Heydər Əliyev siyasi hakimiyyətə gəlməklə müstəqil Azərbaycanın tarixində həqiqətən böyük bir epoxanın başlanğıcını qoydu”.



Похожее изображение



Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışdı. Vəziyyətdən səbirlə çıxan Prezident Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi. İyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.



Картинки по запросу Heydər Əliyev



Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.



 


Xalqımız hər il 15 iyun tarixini Milli Qurtuluş günü kimi bayram edir. 15 İyun  Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xilaskar missiyası ilə yenidən hakimiyyətə qayıtması ilə tarixə düşmüşdür. Azərbaycan xalqını ən parlaq və unudulmaz tarixi günlərindən biri olan 15 iyun - Milli Qurtuluş Günü münasibətilə ürəkdən təbrik edirəm, müstəqilliyimizin əbədi və sarsılmaz olmasını, vətənimizin daha da çiçəklənməsini arzu edirəm. 


Teqlər:
Bu xəbər cəmi 1405 dəfə oxunuldu
YAZARLAR