KEYFİYYƏTLİ REKLAM XİDMƏTLƏRİ ( Reklamınız 7/24 yayımda olacaq) Bizimlə əlaqə: (012) 511-53-15 , (077) 333 18 33.Ölkəmizdə söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur !!


Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Saakaşvilidən Məmmədovun təyinatına reaksiya
Türkiyə Yaxın Şərqdən qalib çıxdı - Makron
ETSN: Xəzər dənizində dalğanın hündürlüyü 4,8 metrə çatıb - FAKTİKİ HAVA
Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Gəncədə vətəndaşları qəbul edəcək

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Sumqayıt şəhər Qeydiyyat idarəsinə müraciət edən vətəndaşlar məmmunluq hislərini əməkdaşımızla bölüşmüşlər.

Sumqayıt şəhər  Qeydiyyat idarəsinə müraciət edən vətəndaşlar məmmunluq hislərini əməkdaşımızla bölüşmüşlər.


"...Siz müqəddəs ailə, məhəbbət və dostluq ittifaqına daxil olursunuz. Qoy, bu gündən etibarən həmin tarix yeni və xoşbəxt bir ailənin yaranması kimi bayram edilsin. Sizi bura gətirən gözəl hisslər daim qəlbinizdə yaşasın. Sizə bu həyat yolunda böyük uğurlar arzulayırıq".



   Sumqayıtda ailə qurmuş xeyli cütlük nikah mərasimlərində Şəhər Qeydiyyat İdarəsinin rəisi Təranə Novruzovanın dilindən eşitdikləri bu xeyir-dua nidalarını həmişə xatırlayacaq və nikah məmurunun gülər üzünü heç vaxt unutmayacaqlar. Təranə xanım isə təkcə ailə quran gənclərin üzüklərini dəyişdirəndə deyil, elə hər gün, hər saat mehriban görünür, İdarənin nikahdan əlavə digər xidmətlərindən də istifadə üçün müraciət edən vətəndaşlara həssas yanaşır, ədliyyə orqanları işçilərinin etik davranış qaydalarına dürüst əməl edir.



Image result for Sumqayıt şəhəri     



    Sumqayıt Şəhər Qeydiyyat İdarəsi doğumun, ölümün, nikahın bağlanmasının, nikahın pozulmasının, atalığın müəyyən edilməsinin, övladlığa götürülmə, adın , ata adının və soyadın dəyişdirilməsi barədə qeydlər aparır və doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, atalığın müəyyən edilməsi və övladlığa götürmə haqqında şəhadətnamə verir. İdarə fəaliyyətini qanunvericiliyə uyğun təşkil edib, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası "Ailə Məcəlləsi"nin, kargüzarlıq qaydalarını müəyyən edən Təlimatın tələblərinə əməl edir, Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidməti ilə əlaqəli işləyir.



          İstər həmkarları arasında, istərsə də Sumqayıt şəhər sakinləri arasında özünə dərin hörmət qazanan, dərin savadı, əxlaqı, şərqli mədəniyyəti, avropalı işgüzarlığı ilə diqqəti cəlb edən Təranə Novruzova üstün məziyyətləri ilə hamının gözündə ciddi və tələbkar rəhbər işçi, fəal vətəndaşlıq mövqeyinə malik ziyalı kimi ucalmışdır. Böyük erudisiyaya, geniş məlumata, zəngin həyat təcrübəsinə malikdir. Onun kabinetinin qapısı həmişə açıqdır. Heç kimin sözünü kəsməz, səbrlə, təmkinlə dinləyər. Ələlxüsus da, cəmiyyətin həssas kateqoriyasına aid insanlara münasibətdə daha diqqətlidir. Bildiyimiz kimi, ölkə başçısının imzaladığı Fərmana əsasən, şəhid ailələrinə veriləcək 11 min manat məbləğində birdəfəlik ödəməni əldə etmək üçün sənədlər toplayan vətəndaşların yolunun düşdüyü ünvanlardan biri də məhz şəhər (rayon) qeydiyyat idarələridir. Sumqayıtda sözügedən Fərmanın şamil olunduğu ailələr Təranə Novruzovanın təhbərlik etdiyi İdarədə heç bir bürokratik maneəyə rastlaşmadan istədikləri sənədi əldə edirlər.



Image result for Sumqayıt şəhəri





          Bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olan Təranə Novruzova qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin edir. O, heç vaxt özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməmiş və bu cür təsir üçün şərait yaratmamışdır. Qanuna hörmətinin, ədalətsevərliliyinin, həqiqətpərəstliyinin şahidi olanların hamısı onun bu müstəvidə nümunə olduğunu təsdiqləyirlər. Ən müsbət cəhətlərindən biri də özünün bilik və qabiliyyətini, səy və bacarığını müntəzəm olaraq təkmilləşdirməsidir.



          Təranə Novruzova şəhərin ictimai tədbirlərin əksəriyyətində, "Ailə Günü"ndə, "Uşaqların Beynəlxalq Müdafiəsi Günü"ndə, eləcə də son illərdə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində keçirilməsi ənənə halını almış nikah mərasimlərində aparıcı söz sahibi kimi çıxış edir.   



          Təranə Novruzova jurnalistlərin də yaxın dostudur. O, Şəhər Qeydiyyat İdarəsinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst) məlumatlar almasına köməklik göstərir. Media mənsubları Təranə xanımdan aldıqları informasiyaları etibarlı sayırlar.



          Təranə xanıma Vətənin, doğma şəhərin tərəqqisi naminə fəaliyyətində, vətəndaşlara xidmət müstəvisində uğurlar arzulayırıq. Qoy, həmişə xeyir işlərə - toylara, büsatlara şahidlik etsin, nikahlarını rəsmiləşdirdiyi insanların minnətdarlıq duaları ona Allah yanında şəfaətçi olsun!





http://insanhuquqlari.az


Teqlər:
Bu xəbər cəmi 2945 dəfə oxunuldu
YAZARLAR