KEYFİYYƏTLİ REKLAM XİDMƏTLƏRİ ( Reklamınız 7/24 yayımda olacaq) Bizimlə əlaqə: (012) 511-53-15 , (077) 333 18 33.Ölkəmizdə söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur !!
15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibəti ilə təbrik edirik.


Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
ETSN: Xəzər dənizində dalğanın hündürlüyü 4,8 metrə çatıb - FAKTİKİ HAVA
Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Gəncədə vətəndaşları qəbul edəcək
Teymur Rəcəbov Dünya Kubokunun qalibi oldu
Rafael Cəbrayılovu hansı cəza gözləyir? - Hüquqşünas

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

ŞİRVAN ŞƏHƏR 4 SAYLI RAYONLARARASI QEYDİYYAT İMTAHAN PROSEDURLARINDAKI ŞƏFFAFLIQ RAZILIQ DOĞURUR

ŞİRVAN ŞƏHƏR 4 SAYLI RAYONLARARASI QEYDİYYAT İMTAHAN PROSEDURLARINDAKI ŞƏFFAFLIQ RAZILIQ DOĞURUR

  ÐšÐ°Ñ€Ñ‚инки по запросу Şirvan şəhərində 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsi


     Daxili İşlər Nazirliyinin vacib strukturlarından olan Baş Dövlət Yol Polisi İdarəsinin  yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işləri də təqdirəlayiqdir. Artıq neçənci ildir ki, nəqliyyat vasitələrinin sayının ilbəil artmasına baxmayaraq, yol-nəqliyyat hadisələrinin dinamikasında, qəzalarda ölən və xəsarət alanların sayında nəzərəçarpan azalma müşahidə olunur. Həyata keçirilmiş tədbirlər, o cümlədən yol hərəkəti əleyhinə olan inzibati xətaların qarşısının alınması işinin gücləndirilməsi, bu sahədə bir tərəfdən vətəndaşların maarifləndirilməsi nəticəsində onlarda qanuna hörmət hissinin daha da artması, digər tərəfdən, inzibati məsuliyyət tədbirlərinin təkmilləşdirilməsi öz müsbət nəticələrini verib. Maddi-texniki bazanın müasirləşməsi, xidmətin “elektron hökumət” dövlət proqramına uyğun qurulması, qayda pozuntularının texniki vasitələrlə aşkarlanması  müasir innovasiyaların tətbiqinə geniş imkan yaradıb. Avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət gücləndirilib.


  Yol-nəqliyyat hadisələrinin statistikasında mənfi meyllərin olmamasının bir mühüm səbəbi də əlbəttə ki, qeydiyyat-imtahan məntəqələrində prosedurların şəffaf və ədalətli şəkildə keçirilməsidir. Bu da öz növbəsində sürücülük hüququ verilən şəxslərin diqqətlə seçilməsini təmin edir.



  Müxtəlif kateqoriyalar üzrə müəyyən yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Müəyyən istisnalar olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin növləri də müxtəlifdir. Növündən asılı olmayaraq hər bir sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - «AZ» və sahibinə dair rəqəmlərlə nömrələnmiş məlumatlar, xüsusi qeydlər göstərilir.



   Sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verir; qanunvericiliklə müəyyən edilmiş məbləğdə haqq ödəyir. Müvafiq icra hakimiyyəti orqanına tələb olunan sənədləri bilavasitə və ya internet vasitəsilə təqdim edir (göndərir). Sənədlər qanunun tələblərə uyğun olduqda şəxsə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan verəcəyi tarix və vaxt barədə bilavasitə və ya internet vasitəsilə məlumat verilir. Sənədlər göstərilən tələblərə uyğun olmadıqda şəxsə uyğunsuzluğun aradan qaldırılması qaydası izah olunur. Şəxs yaşadığı və ya olduğu ərazi üzrə imtahan-qeydiyyat məntəqəsində imtahan vermək hüququna malikdir.



Əlixan Zeynalov kimə güvənir? -



İmtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi zamanı - dövlət rüsumunun, şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimənin yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməsi; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1 - 57.4-cü və 97.4-cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmayan yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması; növbələrin yaranmasını istisna edən sənədlərin qəbulu və verilməsinin elektron idarəetmə sistemi; sənədlərin qəbulu və verilməsi, həmçinin imtahan prosesini interaktiv şəkildə əks etdirən monitorlar, o cümlədən imtahan zalında videokamera; nəzəri imtahanın informasiya-kommunikasiya texnologiyaları vasitəsilə verilməsi; nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanların qəbulunda növbələri istisna edəcək sayda və imtahan verilən gün istehsal tarixi beş ildən artıq olmayan, imtahan prosesini qeydə alan videokameralarla təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə kimi şərtlər təmin olunur.   



Sürücülük vəsiqəsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının imtahan-qeydiyyat məntəqələrində yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə həmin orqan tərəfindən 30 dəqiqə ərzində verilir. Sürücülük vəsiqələrinin verilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş «Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq həyata keçirilir.



İmtahanların qəbulu və "Al", "A", "B", "C", "D", "BE", "CE" və "DE"  kateqoriyalarına aid nəqliyyat vasitələrinin, tramvay və trolleybusun idarə edilməsi üçün sürücülük vəsiqələrinin verilməsi Dövlət Yol Polisinin qeydiyyat-imtahan məntəqəsi tərəfindən aparılır. 



Traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi Kənd Təsərrüfatı Nazirliyinin Daxili İşlər Nazirliyi və Təhsil Nazirliyi ilə razılaşdırılmış təlimatı əsasında həyata keçirilir. “C”, “D”, “BE”, “CE” və “DE” kateqoriyalarına aid nəqliyyat vasitələrindən birinin, “tramvay” və “trolleybusun” idarə edilməsi məqsədi ilə sürücülük vəsiqəsi almaq üçün fiziki şəxslər, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsiilə razılaşdırılmış vahid tədris planları və proqramları əsasında tədris müəssisələrində hazırlıq kursları keçməlidirlər.Avtonəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması ilə məşğul olan bütün tədris müəssisələri Dövlət Yol Polisi İdarəsi Azərbaycan Respublikasının Vergilər Nazirliyindən alınmış məlumata əsasən uçota alır. 



Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi siyahıda nəzərdə tutulmuş xəstəliklərlə əlaqədar psixiatriya və ya narkoloji dispanserlərin uçotunda olan, yaxud nəqliyyat vasitələrini idarə etmək sahəsində üç ildən az təcrübəsi olan, yaxud son iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə nəticələnmiş yol nəqliyyat hadisəsi törətməyə, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə sürücülük hüququndan məhrum olunmuş şəxslər, avtobusları, tramvayları və trolleybusları idarə etməyə və həmin kateqoriyalar üzrə imtahanlara buraxılmırlar. Nəzəri və təcrübi imtahan qəbul edilən şəxsin sağlamlığı aşkar əlamətlərlə şübhə doğurursa, imtahanları qəbul edən DYP vəzifəli şəxsi tərəfindən o təkrar tibbi müayinəyə göndərilir.



   Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində haqsız olaraq BDYPİ-nin Şirvan şəhər 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin ünvanına həqiqətə uyğun olmayan tənqidi yazılar dərc olunur. Tərəqqipərvər KİV olaraq bildiriirik ki, əməkdaşlarımız QİM-də monitorinq aparmış, avtomotonəqliyyat vasitələrini və onların qoşqularını idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi qaydaları haqqında TƏLİMATa tam olaraq əməl edildiyinin şahidi olmuşlar. Əməkdaşlarımız imtahan verən şəxslərlə ünsiyyətdə olmuş, fikirlərini öyrənmişlər. Birmənalı olaraq ekzamenatorları hamısı onlardan imtahanın tam şəffaflıq şəraitində götürüldüyünü, heç bir korrupsiya hüquqpozması ilə qarşılaşmadıqlarını bildirərək QİM-dən razılıq ifadə etmişlər.



  Qeyd edək ki, Əlixan Zeynalov Şirvan şəhər 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi vəzifəsinə təyinatından sonra redaksiyamıza vətandaşların məktubları daxil olmaqda davam edir.  Onlar DYP rəisi cənab Ramiz Zeynalova bu təyinatla bağlı minnətdarlıqlarını çatdırılmasını istəyirlər. 



http://www.insanhuquqlari.az



 




Teqlər:
Bu xəbər cəmi 2850 dəfə oxunuldu
YAZARLAR