KEYFİYYƏTLİ REKLAM XİDMƏTLƏRİ ( Reklamınız 7/24 yayımda olacaq) Bizimlə əlaqə: (012) 511-53-15 , (077) 333 18 33.Ölkəmizdə söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur !!
15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibəti ilə təbrik edirik.


Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
ETSN: Xəzər dənizində dalğanın hündürlüyü 4,8 metrə çatıb - FAKTİKİ HAVA
Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Gəncədə vətəndaşları qəbul edəcək
Teymur Rəcəbov Dünya Kubokunun qalibi oldu
Rafael Cəbrayılovu hansı cəza gözləyir? - Hüquqşünas

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Azərbaycan Bayrağı" ordeni lə təltif olunmuş Azərbaycan Respublikası vətəndaşları Məmmədov Arif Bilal oğlu, Həsənov Gəray Feyzulla oğlu, Tağıyev Məhəd Tağı oğlu tərəfindən prezident İlham Əliyevə müraciət edildi.

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevə "Azərbaycan Bayrağı" ordeni lə təltif olunmuş Azərbaycan Respublikası vətəndaşları Məmmədov Arif Bilal oğlu, Həsənov Gəray Feyzulla oğlu, Tağıyev Məhəd Tağı oğlu tərəfindən MÜRACİƏT Möhtərəm Prezident! Azərbaycanın bütün tərəqqipərvər vətəndaşları kimi biz də Sizin Ali Baş Koimandan kimi Azərbaycanın Silahlı Qüvvələrinin qüdrətlənməsi naminə gördüyünüz işləri təqdir edir, rəhbərliyiniz altında həyata keçrilən ordu quruculuğu tədbirlərini alqışlayırıq. Həmin tədbirlərin əməli nəticəsi kimi 2016-cı ilin aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan Ordusu qısa müddət ərzində torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bu gün cəbhə bölgəsi sayılan Cocuq Mərcanlı qəsəbəsinin abadlaşdırılması və həmvətənlərimizin bu doğma yurdlarına qayıdaraq məskunlaşması vətəndaşlarımızın ölkəmizin hərbi gücünə artmış inamının aşkar göstəricisidir. Biz aşağıda imza edənlərin sinəmizdə daşıdığımız “Azərbaycan Bayrağı” ordeni ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünü uğrunda fədakarlıq göstərmiş vətəndaşlarımıza xüsusi xidmətlərinə görə verilir. Bu ali mükafatla təltif edilənlərin sayı hal-hazırda 200 nəfərdən bir qədər çox olsa da, ümumilikdə sırf döyüş əməliyyatlarına görə bu ordenlə təltif edilənlərin sayı ən çox yüz nəfərdən bir qədər artıq olar. "Azərbaycan Respublikasının "Azərbaycan Bayrağı" ordeninin Statusu", Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 756 saylı Qanunu ilə təsdiq edilmişdir. "Azərbaycan Bayrağı" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: - Azərbaycan Respublikasında milli azadlıq hərəkatında və ictimai-siyasi fəaliyyətdə xüsusi xidmətlərinə görə; - hərb elminin və hərbi texnikanın inkişafında xüsusi xidmətlərinə görə; - Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə; - respublikada əmin-amanlığın təmin edilməsində, asayişin qorunmasında və hərbi xidmətdə xüsusi xidmətlərinə görə; - dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə. Adından da göründüyü kimi “Azərbaycan Bayrağı”ordeni əsasən ölkənin süverenliyi, ərazi bütövlüyü və müstəqilliyinin qorunmasında, həmçinin döyüş əməliyyatlarında xüsusi xidmətləri olan şəxslərə verilir. Bu yüksək mükafatı alanlar içərisində hətta elələri də vardır ki, onlar iki dəfə bu ordenə layiq görülüblər. Faktiki olaraq, onların göstərmiş olduqları şücaət, “Azərbaycanın Milli Qəhrəmanı” statusunu daşıyan şəxslərin göstərdikləri mərdlik və igidliklə müqayisəyə gələn bir addımdır. Bu ərizənin müəllifləri sırasından birinci imzanın sahibi Məmmədov Arif Bilal oğlu 1991-ci il noyabrın 1-dən etibarən 701 saylı hərbi hissənin tərkibində odlu-alovlu döyüş bölgələrində - Şuşada, Daşaltı əməliyyatında, Kəlbəcərdə, 11 ay Murovdağda, Laçın, Füzuli, Tərtər, Ağdam uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, təqvim üzrə düz 8 il hərbi xidmət keçmişdir. Ümummilli liderimiz Heydər Əliyevlə 8 dekabr 1998-ci il tarixdə baş tutan 3 dəqiqəlik görüşdə Ulu Öndərimiz ona baş leytenat rütbəsindən birbaşa mayor rütbəsi vermişdir. Arifin həmin görüşdə söylədiyi qısa nitq "Yutub" internet kanalında yayılaraq yetişməkdə olan gənc nəslə vətənpərvərlik nümunəsi kimi qiymətləndirilməkdədir. A. Məmmədov hal-hazırda da Lənkəran Dövlət Universitetində müəllim kimi mülki müdafiə fənnini tədris etməkdədir. Digər imza sahibləri də A. Məmmədovun əsgərləri olaraq onunla çiyin - çiyinə döyüşmüşlər. Tağıyev Məhəd Tağı oğlu Daşaltıdan başqa bütün yuxarıda sadalanan döyüş yollarından keçərək, II qrup əlil olmuşdur. Həsənov Gəray Feyzulla oğlu da cəsur döyüşçü olmuş, onun qardaşı da eyni hərbi hissədə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşərək şəhid oluşdur. Amma bizlər əlbəttə ki təkcə özümüz üçün istisna edilməsi niyyətində deyilik, bizimlə eyni şərəfi - "Azərbaycan Bayrağı" Ordenini daşıyan bütün silahdaşlarımız adından Sizə müraciət edirik. Çünki döyüş yoldaşlarımızın hamısının eyni istəkdə, arzuda olduğunu bilirik. Cənab Ali Baş komandan! Ölkəmizdə hal-hazırda “Milli Qəhrəman” ailəsinə dövlət tərəfindən verilən müavinatın miqdarı 1000 (min) manat müəyyən edilmişdir. Nədən belə bir diqqət və qayğı, “Azərbaycan Bayrağı” ordeninin daşıyıcılarına da şamil edilməsin? Nəzərə alsaq ki, bu gün Azərbaycanın üçrəngli Bayrağı ölkənin demək olar ki, bütün şəhər və rayonlarının, qəsəbə və kəndlərinin hamısında ən uca zirvədə dalğalanır. Ölkəmizin paytaxtı Bakı şəhərində dalğalanan və Dövlət Bayrağı Meydanında ən uca nöqtədə olan Azərbaycan Bayrağı (162 metr) dünyada Ginnesin Rekordlar Kitabına daxil edilmişdir. Bir sözlə, dövlət tərəfindən üçrəngli bayrağımızla bağlı qəbul edilən hər bir qərar, atılan addım gənc nəslin vətənpərvərlik ruhunda tərbiyyəsində, o cümlədən Azərbaycan Bayrağının daha da populyarlaşması və əzizlənməsi üçün yaxşı stimul rolu oynayır. “Azərbaycan Bayrağı” ordeninin statusu, onun əhəmiyyətini nəzərə alaraq, dövlət bu ali mükafatın daşıyıcılarına, həmçinin döyüş əməliyyatları ilə bağlı verilən tapşırıqları yerinə yetirirkən həlak olmuş şəxslərin ailələrinə maddi dəstək göstərməsi cəmiyyət tətrəfindən çox müsbət qarşılanardı. Etiraf olunmalıdır ki, hazırda bütün Azərbaycan vətəndaşları kimi bu kateqoriyadan olan insanlar da iqtisadi böhranın hiss olunan çətinliklərini öz üzərlərində hiss edirlər. Heç olmazsa, “Azərbaycanın Milli Qəhrəmanı” statusunda olan şəxslərə dövlət tərəfindən verilən maddi dəstəyin bir qismi miqdarında onlara maliyyə dəstəyi göstərilsə, bunun özü də, çox böyük stimul və ədalətli addım kimi qəbul olunar. Həmçinin, hökumət tərəfindən bu ordenin sahiblərinə, yaxud onların ailə üzvlərinə müəyyən imtyaz və güzəştlərin verilməsi məsələsi də həll edilərsə, bu da cəmiyyət tərəfindən yaxşı alqışlanardı. Öncədən təşəkkürümüzü bildiririk. İmzalar: 1. A.B.Məmmədov, 2. M.T.Tağıyev, 3. G.F.Həsənov

Teqlər:
Bu xəbər cəmi 12680 dəfə oxunuldu
YAZARLAR