Bakıda daş karxanasında fəhləni bıçaqlamaqda təqsirləndirilən Aslan Rüstəmlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
insanhuquqlari.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası sentyabrın 5-də keçiriləcək.
Qeyd edək ki, hadisə Güzdək qəsəbəsində baş verib. Belə ki, daş karxanasında fəhlə işləyən 1990-cı il təvəllüdlü Dadaşov Misir İşi oğlu həmin karxanada fəhlə işləyən Aslan Rüstəmli əlbəyaxa dava edib. Dava zamanı A.Rüstəmli M.Dadaşovu bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. A..Rüstəmliyə qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.