Türkiyənin Ədirnə şəhərində son 1 həftə ərzində qeyri-qanuni yollarla sərhədi keçməyə cəhd edən 33 terrorçu saxlanılıb.
insanhuquqlari.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Ədirnə Valiliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, saxlanılan şəxslərdən 29-u FETÖ, 4-nün isə PKK üzvü olduğu müəyyənləşib.
Şübhəlilərin istintaqının davam etdiyi bildirilib.