"Optimal Elektronika"ya statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə cərimə yazılıb.
insanhuquqlari.azz-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, həmin maddəyə əsasən şirkət beş yüz manatadək məbləğdə cərimə edilə bilər.