“Agro Best" Qapalı Səhmdar Cəmiyyətinə cərimə protokolu yazılıb.
insanhuquqlari.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilib. İşə hakim Fərid Əliyevin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, “Agro Best" min beş yüz manat məbləğdə cərimə edilə bilər.