"Doublestar Overseas L.P." Şirkətinin Azərbaycan Respublikasindakı Nümayəndəliyi məhkəməyə verilib.
insanhuquqlari.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Bakı Kommersiya məhkəməsinə müraciət edərək şirkətə qarşı iddia qaldırıb. İşin mahiyyəti açıqlanmayıb.
İddia hakim İlham Əhmədovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.