SOCAR “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin Sumqayıt şəhərində vətəndaş qəbulu keçiriləcək.
Bu barədə insanhuquqlari.az-a “Azəriqaz”dan məlumat verilib
Qeyd olunub ki, 17 iyul saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Sumqayıt şəhər və Qubadlı rayon sakinlərinin müraciətləri dinləniləcək.
"Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İstehsalat Birliyinin fəaliyyəti ilə bağlı olmalıdır", - deyə məlumatda bildirilib.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Sumqayıt qaz istismarı Sahəsinə (tel: 050-845-89-03; 018-64-2-09-64) müraciət edə bilərlər.