ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Almaniya vətəndaşlığı alanlar arasında suriyalılar birinci yerdədir

Baxış Sayı:64

Almaniya vətəndaşlığı alanlar arasında suriyalılar birinci yerdədir

Almaniyada 2022-ci ildə 171 fərqli ölkədən 168 mindən çox əcnəbiyə vətəndaşlıq verilib.

insanhuquqlari.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Federal Statistika İdarəsinin hesabatında bildirilib.

Statistikaya görə, vətəndaşlıq alanlar arasında suriyalılar birinci yerdədir. Belə ki, ötən il 48 min 300 suriyalıya Almaniya vətəndaşlığı verilib. İkinci yerdə 14 min 235 nəfər olmaqla türklər, üçünçü yerdə isə 6 min 810 nəfərlə iraqlılardır.

Hesabatda qeyd olunur ki, 2022-ci ildə vətəndaşlıq alan əcnəbilərin sayı 2021-ci ilə nisbətən 28 faiz artıb. Bu da əvvəlki illə müqayisədə 37 min nəfər artım deməkdir və son 20 ilin ən yüksək göstəricisidir.

Açıqlamada 5 600 ukraynalıya da Almaniya vətəndaşlığı verildiyi qeyd edilib.

2021-ci ildə vətəndaşlıq alan Suriyalıların sayı 19 min 100 olduğu halda, eyni dövrdə vətəndaşlıq alan türklərin sayı 12 min nəfər olub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR