Bəhruz Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
insanhuquqlari.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilib.
İş hakim Cavid Sultanovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Yevlax şəhər sakini B.Mustafayev Ərəbşəki kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki tövlədən iri buynuzlu mal-qara oğurlayıb. O, ifadəsində əməlini etiraf edib və cinayət yolu ilə əldə etdiyi mal-qaranı ayrı-ayrı şəxslərə satdıqdığını bildirib. B.Mustafayevə qarşı Cinayət Məcəllləsinin 177.2.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.