ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Hüquq şirkəti cərimələndi

Baxış Sayı:13

Hüquq şirkəti cərimələndi

"Gemini" hüquq şirkətinə cərimə yazılıb.

insanhuquqlari.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü ( maliyyə monitorinqi orqanının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində verdiyi yazılı göstərişlərin maliyyə institutları tərəfindən vaxtında və ya tam icra edilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Hakim Solmaz Mustafayevnın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Protokol təsdiq olunsa, "Gemini" hüquq şirkəti iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilə bilər.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR