Türkiyənin Niğde vilayətində ağır yol-qəza hadisəsi baş verib.
insanhuquqlari.az “TRT Haber”ə istinadən xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil aşaraq yolun yaxınlığındakı sahəyə düşüb.
Hadisə nəticəsində 2 nəfər həyatını itirib, 4 nəfər yaralanıb.
Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib. Yaralılar Niğde Ömer Halisdemir Universiteti Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.