Vəkillər Kollegiyasının üzvləri üçün təlim keçiriləcək.
İnsanhuquqlari.az xəbər verir ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə UNİCEF-in Azərbaycan (Unicef Azerbaijan) Nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində vəkillər üçün “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusunda təlimin təşkil edilməsi nəzərdə tutulub.
Təlimlər 30, 31 may və 21, 22 iyun tarixlərində təşkil ediləcək.
Təlimdə iştirak edənlərə sertifikat veriləcək.
Qeydiyyat üçün: https://forms.gle/DRhrBwK7AEmL71z56
Təlim proqramı ilə aşağıda qeyd edilən link vasitəsi ilə tanış ola bilərsiniz: https://docs.google.com/.../1evL409AV.../edit