ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Hacıqabulda "Açıq mikrofon" aksiyası keçirildi

Baxış Sayı:38

Hacıqabulda "Açıq mikrofon" aksiyası keçirildi

Vətəndaş məmnunluğunun təmin olunmasına xidmət edən "Açıq mikrofon" aksiyası bu dəfə Hacıqabul rayonunda baş tutub.

insanhuquqlari.az xəbər verir ki, SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri aksiyaya üz tutan vətəndaşların qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyiblər.

Sakinlər mənzilə və fərdi yaşayış evinə qaz sayğacının quraşdırılması, küçə qaz xəttinin çəkilməsi, uçotu pozulmuş təbii qazın dəyərinin hesablanması və qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciət ediblər.

Daxil olan bütün müraciətlər Birliyin məsul şəxsləri tərəfindən cavablandırılıb və sakinlərə lazımi izahatlar verilib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR