ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Salyanda ağır yol qəzası olub, 3 nəfər ölüb, 3 nəfər yaralanıb

Salyanda ağır yol qəzası olub, 3 nəfər ölüb, 3 nəfər yaralanıb

Bakı-Salyan yolundakı qəzada ölənlərin kimliyi məlum olub.

insanhuquqlari.az xəbər verir ki, bunlar Neftçala rayon sakinləri - 1970-ci il təvəllüdlü Bağırova Dilarə Ramil qızı, 1960-cı il təvəllüdlü Mikayılova Mirsəkinə Mirqiyas qızı və 1975-ci il təvəllüdlü Hüseynova Elnurə Adil qızıdır.

***

Bakı-Salyan yolundakı qəzada xəsarət alanların kimliyi məlum olub.

insanhuquqlari.az xəbər verir ki, bunlar Neftçala rayon sakinləri - 1966-cı il təvəllüdlü Hüseynov Elxan Ramil oğlu, 2020-ci il təvəllüdlü Bağırov Baycan Bayram oğlu və 1971-ci il təvəllüdlü Ağayeva Xannənə Qabil qızıdır.

***

Bakı-Salyan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb.

Baş Dövlət Yol Polisi İdarəsindən e-huquq.az-a bildirilib ki, hadisə magistral yolun 29-cu kilometrliyində qeydə alınıb:

"İlkin məlumata görə, “Hyundai Accent” markalı 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb. Hadisə nəticəsində “Hyundai Accent” avtomobilində olan üç nəfər qadın sərnişin həlak olub. Sürücü, bir qadın və bir azyaşlı uşaq isə xəsarət alıb".

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR