"Rusiya yeni qoşunlar toplayır və onları cəbhəyə göndərir. Bu şərtlər altında danışıqlar aparmaqda söhbət gedə bilməz".
İnsanhuquqlari.az E-huquq.az istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
O, Ukraynanın sülhə hazır olduğunu, lakin bunun diktə edilmiş sülh ola bilməyəcəyini vurğulayıb: "Biri başınıza silah dayadıqda danışıqlar apara bilməzsiniz. Ancaq Rusiya Prezidenti hələ də bunu etmək niyyətindədir"
"Biz Ukraynaya hərbi dəstək verməyə davam edəcəyik. Hazırda gördüyümüz iş vəziyyəti dəyişmək və Ukrayna üçün ədalətli sülhü mümkün etmək məqsədi daşıyır", - deyə kansler bildirib.
Lalə Salmanova