ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyə Azərbaycana görə Ermənistanla danışıqları təxirə saldı

Türkiyə Azərbaycana görə Ermənistanla danışıqları təxirə saldı


“Sentyabrın 14-də sərhəddə Türkiyə və Ermənistanın müvafiq idarələrinin nümayəndələri arasında iki siyasi sazişin icrasını müzakirə etmək üçün görüş keçirilməli idi. Lakin həmin vaxt Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalara görə Türkiyə tərəfinin istəyi ilə görüş təxirə salındı”.

Ermənistan KİV-in məlumatına görə, bu sözləri Ermənistan parlamentinin vitse-spikeri, Ermənistan və Türkiyə arasında normallaşma istiqamətində danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan deyib.

R.Rubinyan Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç ilə sonuncu görüşünün iyulun 14-də keçirildiyini xatırladıb.

Onun sözlərinə görə, görüşün hansı müddətə qədər təxirə salındığı barədə dəqiq tarix yoxdur.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR