ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Paşinyan Praqaya sülh sazişinin ilkin versiyası ilə gedir?

Baxış Sayı:34

Paşinyan Praqaya sülh sazişinin ilkin versiyası ilə gedir?


Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının qeyri-rəsmi sammitində iştirak etmək üçün oktyabrın 6-sı Praqaya səfər edəcək.

insahuquqlari.az “Past” qəzetinə istinadən xəbər verir ki, Nikol Paşinyanın sözügedən sammitə Azərbaycan və Ermənistan arasında sülh sazişinin ilkin variantı ilə qatılacağı gözlənilir.

Bildirilir ki, sentyabrın 27-si Ağ Evdə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivanın təşəbbüsü ilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında keçirilən görüşdə sözügedən sazişin ilkin variantları müzakirə olunub.

Xatırladaq ki, Hikmət Hacıyev də öz növbəsində mətbuata açıqlamasında görüşdə müzakirə olunan məsələləri açıqlayıb. O bildirib ki, görüşün nəticələri haqda Cek Sallivan tərəfindən razılaşdırılmış qaydada məlumat verilib. “Burada əsas məqam konkret vaxt çərçivəsində sülh gündəliyi üzrə səylərin davam etdirilməsidir. Görüşdə sülh müqaviləsi üzrə danışıqlar, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması, o cümlədən humanitar gündəliyin tərkib hissəsi olan minalar və itkin düşmüş şəxslərlə bağlı məsələlər müzakirə olunub”, - Hikmət Hacıyev qeyd edib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR