ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Yoluxanların sayı açıqlandı

Yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2440 yeni yoluxma faktı qeydə alınıb, 2016 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

Xatırladaq ki, 04 Noyabr 2021-ci il tarixində 2706 yoluxma faktı və 29 ölüm qeydə alındığı açıqlanmışdı. 13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

XXX

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 42918 vaksin vurulub. Bbir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6134, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9669, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 27 115 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 841 784, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 986 441, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 416 480, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 438 863 təşkil edir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR